Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1886/2021 12.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı və onun nümayəndəsi X11, Cavabdeh nümayəndəsi X6 və vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı və gözlənilən mülkiyyət hüququ olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz olaraq aparılmış tikinti işlərinin onun öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, 1968-ci ildə X17 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşamağa başlamışlar. Çingizlə onun birgə nikahlarından Kamran, Mehriban və İmran adlarında 3 uşaqları olmuşdur. Əri Çingiz 19 mart 2014-cü il tarixdə vəfat etmişdir. Cavabdeh xx.xx.1969-cu ildə qeyd edilən miras əmlakda anadan olmuş, orada böyümüş və 24.08.1993-cü il tarixdə ailə quraraq arvadı ilə birlikdə mübahisəli əmlakda yaşamağa başlamışlar. Vaxtı ilə cavabdeh və ailəsinə miras əmlakda olan 1 otaq və 1 aynabənd ayırmışlar. Hazırda onlara ayrılmış otaqlarda cavabdehə və onun ailəsinə məxsus əşyaları qalsa da onlar həyətin digər hissəsində 2 mərtəbəli ev tikdirərək orada yaşayırlar. Mübahisə predmeti olan ev və torpaq sahəsi Çingizlə Alməmmədin adına olmuşdur. Qeyd edilən ev və torpaq sahəsi əri Çingizə onun atası X9 miras qalmışdır. X19 onun qaynatasıdır. Hümbətin 4 oğlu, 5 qızı olmuşdur. Hümbət evi övladları Tofiq, Fərrux, Alməmməd və Çingiz adlı 4 qardaş arasında bölmüşdür. Bu yaxınlarda notariat orqanına müraciət edərək mərhum ərindən miras qalmış əmlakı öz adına rəsmləşdirmək istəmişdir. Notariat orqanı mübahisə predmeti olan evi 19.03.2014-cü ildə vəfat etmiş X17 ilə onun birgə nikah müddətində əldə etdikləri əmlak kimi qiymətləndirərək ona ümumi birgə əmlakının 1/2 hissəsinə mülkiyət hüququnun olması barədə 12 noyabr 2020-cı il tarixli reyestrdə 2V- 548 № ilə qeyd edilmiş Mülkiyyət hüququ haqqında şəhadətnamə vermişdir. Bundan sonra 12 noyabr 2020-ci il tarixli 2V-548 № reyestr nömrəli Mükiyyət hüququ haqqında şəhadətnamə ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, 25.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. O, həmin miras əmlaka gəlin gələrkən qeyd edilən ev 4 otaqdan ibarət olmuşdur. 1971-ci ildə öz atası qeyd edilən miras torpaqda alt üst olmaqla onlar üçün 2 otaq da inşa etdirmişdir. Həmin dövrlərdə miras əmlak qaynatasının adına olmuş və sonradan həmin əmlak bağışlama yolu ilə əri Çingizin və Alməmmədin adına keçmişdir. Lakin, həmin mirasda ərinin sağlığında birgiə təsərrüfatı idarə etdikləri müddətdə kifayət qədər yaxşılaşdırma işləri aparmışlar. Hesab edir ki, həmin miras əmlak 1976-cı ildə onların birgə nikah dövründə alındığından notariat orqanı düzgün olaraq ona mülkiyyət hüququna dair şəhadətnamə vermişdir. Lakin, Cavabdeh iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Şəki regional “ASAN” mərkəzində notariat ofisi tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli 2V-548 № reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin, X1 verilmiş 25.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli 2V-548 № reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, X1, yəni ona verilmiş 25.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2 (075)-929/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh tələbi təmin edilmişdir. O, Şəki Rayon Məhkəməsinin 2(075)-929/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsini qanuni və ədalətli hesab etməsə də, Cavabdeh həmin iddiasının nəticəsi ünvan 1 ünvanında yerləşən əmlakın əvvəlki mülkiyyətçinin adına, yəni onun mərhum ərinin adına qaytarılması ilə nəticələnə bilər. Bu isə həmin torpaq sahəsinin və torpaq sahəsində birgə nikahda inşa etdikləri fərdi yaşayış evinin bir hissəsinin vərəsə olaraq onun və digər uşaqlarının adına qeydiyyata alınacağının əyani sübutudur. Digər övladları isə həmin paylarından yalnız onun xeyrinə imtina edəcəklərini bildirirlər. Nəticə etibarı ilə Cavabdeh onlarla birgə mülkiyyətçi statusunu alacaqdır. Lakin, Cavabdeh həmin torpaq sahəsində qanunsuz olaraq özünə fərdi yaşayış evi inşa etdirmişdir. Halbuki, həmin qanunsuz tikilinin altında yerləşən torpaq sahəsi Cavabdeh mülkiyyətində deyildir və həmin torpaq sahəsinə onun və digər vərəsələrin də gözlənilən və faktiki mülkiyyət hüquqları vardır. Cavabdeh isə hüquqlarını qeydiyyata aldırmadığı, hansı ki, onun gözlənilən mülkiyyətinə aid olan torpaq sahəsində qanunsuz və icazəsiz olaraq iki mərtəbəli tikinti inşa etmişdir. Həmçinin, həmin ərazi Qoruq ərazisi hesab edilir və həmin ərazidə tikinti işlərinin aparılması qadağandr. O, bu qədər müddətdə həmin tikinti işlərinin sökülməsi ilə bağlı Qoruq ərazisinin səlahiyyətli şəxsləri tərəfindən müəyyən tədbirlərin görüləcəyini gözləsə də, heç bir nəticə olmamışdır. Buna görə də hazırki tələblə özü məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehn qanunsuz olaraq inşa etdirdiyi mübahisə predmeti olan tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində deyildir. Mübahisə predmeti olan tikililərin inşa edilməsinə lazımi icazələr alınmamış və cavabdeh həmin tikilini ümumi birgə mülkiyyətindəki torpaq sahəsində inşa etdirmişdir. Həmin tikilinin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətində, istifadəsində və icarəsində deyildir. Cavabdeh həmin tikilini heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq inşa etməklə, mülkiyyətimdə olan torpağı zəbt etmişdir. Həmin tikililərin saxlanması onun hüquqlarını və qanunla qorunan mənafelərini pozur. Məhkəmə içlasında həmçinin bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 2 (075)-929/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti versə də Apellyasiya məhkəməsindən şikayətindən imtina etmişdir. Bununla da Şəki rayon məhkəməsinin qeyd edilən qətnaməsi qanuni qüvvəsini almış və mübahisəli ev üzrə olan çıxarış əvvəlki vəziyyətinə qayıtmışdır. Hazırda qeyd edilən mübahisəli evin paylı mülkiyyətçiləri mərhum həyat yoldaşı Çingiz və oğlu İmrandır. Çingizin isə o, Kamran, İmran və qızı olmaqla 4 vərəsəsi vardır. Onlar hamısı Çingizdən qalan mirası faktiki olaraq qəbul etsələr də rəsmi olaraq hələ qəbul etməmişlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X20 İddiaçı ilə oxşar olan eyni məzmunlu izahat verərək iddianı təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X13 izahat verərək göstərdi ki, hazırda mübahisə predmeti olan Şəki şəhəri, Vidadi küçəsində yerləşən 37 saylı ev cavabdehin mərhum atası X10 və əmisi X5 mülkiyyətində olmuşdur. Cavabdeh onun həyat yoldaşıdır. Cavabdeh xx.xx.1969-cu ildə qeyd edilən miras əmlakda anadan olmuş, orada böyümüş və 24.08.1993-cü il tarixdə onunla ailə quraraq onu adı çəkilən evə gəlin gətirmişdir. Cavabdeh doğulduğu, o özü isə gəlin gəldiyi vaxtdan hal-hazıradək miras əmlakda yaşayırlar. Cavabdehin atası toy etdikdən sonra onlara yaşamaları üçün miras əmlakdan 2 otaq və 1 aynabənd ayırmışdır. Həmin otaqlarda hal-hazırda da yaşayırlar. Həmçinin həyətin digər bir hissəsində hal-hazırda övladları üçün ev inşa etdirmişlər. Cavabdehin atası X17 19 mart 2014-cü il tarixdə vəfat etmişdir. Cavabdehin atasının vəfatından sonra ondan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Cavabdehin atasından qalmış mirası həmin vaxtdan faktiki qəbul edərək idarə etməyə başlamış və indiyədək miras əmlakda yaşamaqdadır. Belə ki, atasının yas mərasiminin bütün xərcini cavabdeh çəkmiş və onun qəbrüstü abidəsinin götürülməsində yalnız o vəsait xərcləmişdir. Bununla da cavabdeh atasından miras qalmış əmlakı faktiki olaraq o qəbul etmişdir. Lakin bu yaxınlarda cavabdehə məlum olmuşdur ki, anası İddiaçı notariat orqanına müraciət edərək mərhum atasından miras qalmış əmlakı onların birgə nikah zamanı əldə etdiklərini bildirmişdir. Buna görə də notariat orqanı mübahisə predmeti olan evi 19.03.2014-cü ildə vəfat etmiş X17 ilə sağ qalmış arvadı İddiaçı ilə birgə nikah müddətində əldə etdikləri əmlak kimi qiymətləndirərək ona ümumi birgə əmlakının 1/2 hissəsinə mülkiyət hüququnun olması barədə 12 noyabr 2020-cı il tarixli reyestrdə 2V-548 № ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə vermişdir. Bundan sonra iddiaçı anası İddiaçı həmin 12 noyabr 2020-ci il tarixli 2V-548 № reyestr nömrəli Mükiyyət hüququ haqqında şəhadətnamə ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək 25.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Lakin həmin fərdi yaşayış evi cavabdehin mərhum atası X17 ilə anası İddiaçı birgə nikahları zamanı alınmamış, həmin fərdi yaşayış evi cavabdehin babası X14 məxsus olmuş, onun vəfatından sonra həmin ev onun övladları Çingizə və Alməmmədə miras qalmışdır. Cavabdehin mərhum atası X17 ilə anası İddiaçı 1968-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar və cavabdehin onun anası İddiaçı Məmməd- Hüseyn qızı ünvan 2 evə gəlin gəlmişdir. Bildirmişdir ki, mübahisə predmeti olan ev və torpaq sahəsi notariat orqanı tərəfindən əsassız olaraq Ç.Qarayevlə arvadı İddiaçı arasında birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilərək İddiaçı ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 133.2 kv/m olan fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsinin 14 hissəsinin verilməsini nəzərdə tutan mülkiyyət hüququ haqqında şəhadətnamə vermişdir. Ona görə də qeyd edilən miras əmlak və torpaq sahəsi birgə nikah dövründə əldə edilmədiyindən əmlak bütün vərəsələr arasında bərabər bölünməli idi. Ona görə də Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli 2V-548 № reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin, İddiaçı verilmiş 25.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli 2V-548 № reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı verilmiş 25.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 30 iyun 2021 -ci il tarixli 2(075)-929/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər X27Hüseyn qızı, Şəki regional “ASAN” xidmət mərkəzndə notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində qarşı “mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddianın təmin edilməsi, Şəki regional “ASAN” xidmət mərkəzndə notariat ofisi tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli 2V-548 № reyestr nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və İddiaçı verilmiş 25.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 30 iyun 2021 -ci il tarixli 2(075)-929/2021 saylı qətnaməsindən narazı qalan cavabdeh İddiaçı apelyasiya şikayəti vermiş və lakin apellyasiya məhkəməsində İddiaçı şikayətindən imtina etmişdir. İddiaçı özü belə etiraz edir ki, mübahisələndirdiyi torpaq sahəsi onun mülkiyyətində deyil və bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə onun subyektiv hüququ belə yoxdur. Lakin göstərmişdir ki, Şəki rayon məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi qanuni qüvvəsini almış və mübahisəli ev üzrə olan çıxarış əvvəlki vəziyyətinə qayıtmışdır. Hazırda qeyd edilən mübahisəli evin paylı mülkiyyətçiləri qaynatası Çingiz və qaynı İmrandır. Çingizin isə Əminə, Kamran, İmran və qızı olmaqla 4 vərəsəsi vardır. Kamran atası Çingizdən qalan mirası faktiki olaraq qəbul etsə də rəsmi olaraq hələ qəbul etməmişdir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili X7 da Cavabdeh nümayəndəsi X13 ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 1741/2162 nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Vidadi küçəsində yerləşən 37 saylı ev ½ hissədə X11, ½ hissədə X10 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 02 noyabr 2020-ci il tarizli ər-arvadın ümumi amlakmdakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X22 təsdiq etmişdir ki, Azerbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən 19.03.2014-cü ildə vəfat etmiş X3 qalmış arvadı Azərbaycan Respublikası, ünvan 4 qeydiyyatda olan İddiaçı (AZE00******, 25.01.2003 - Şəki ŞRPŞ, FİN:xxxxxxx, d/t:xx.xx.1950) onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 3/6 hissəsinə mülkiyyət hüququ vardır. X10 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı DƏDRX-nin 12 saylı Şeki Ərazi İdarəsi tərəfindən 08.09.2020-ci il tarixdə X12 verilmiş **********28-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki Şəhəri, X33 küçəsi, ev 37 ünvanında yerləşən ümumi sahəsi 133.2 kv/m olan fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsinin 1/2 hissəsindən ibarətdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 02 noyabr 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X2 Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 19.03.2014-cü il tarixdə vəfat etmiş-X10 vərəsələri: Azərbaycan Respublikası, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı, Azərbaycan Respublikası, ünvan 4 ünvanında qeydiyyatda olan X20 və onlann nər biri miras əmlakdan 1/6 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi Tərəfindən 08.09.2020-ci il tarixdə X12 verilmiş **********28-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X33 küçəsi, ev 37 ünvanında yerləşən daşınmaz əmlak 0,07 ha torpaq sahəsinin və ümumi sahəsi 133.2 kv/m olan fərdi yaşayış evinin mərhum X12 məxsus 1/2 hissəsindən ibarətdir. QEYD: Əmlakın 3/6 hissəsi ilə bağlı ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakın 1/6 hissəsi mərhumun adında açıq saxlanılır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 02 noyabr 2020-ci il tarixli miras payın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Şəki regional “ASAN xidmət“ mərkəzinin notariat ofisində verilmiş 02.11.2020-ci li tarixli, 2V-549 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən 1/6 (altıda bir) hissə miras payını verəsə sırasından olan X15 bağışlamışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 08.01.2021-ci il tarixli, 4501 nömrəli, **********28-10301 reyestr nömrəli texniki pasportun və çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X33 küçəsi, ev 37 (yeni qaydalarla: az5500, Şəki şəhəri, X33 küçəsi, ev 43) ünvanında yerləşən fərdi yaşayış evi ½ hissədə X10, 8/12 hissədə X11 və 3/12 hissədə İddiaçı mülkiyyətindədir. İşdə olan Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(075)-929/2021 saylı qətnaməsindən görünür ki, Şəki Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli 2V-548 № reyestr nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi və İddiaçı verilmiş 25.01.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir. İşdə olan Şək Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 2(107)-1727/2021 saylı qərardadından görünür ki, Şəki Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına cavabdeh İddiaçı münasibətdə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən olundu ki, cavabdeh İddiaçı oğludur. İddiaçı 05.06.1968-ci il tarixdə miras qoyan X17 ilə ailə qurmuş və onların birgə nikahlarından 3 övladı olmuşdur. Həmin uşaqlardan biri də Cavabdehdir. Müəyyən olundu ki, Cavabdeh xx.xx.1969-cu ildə qeyd edilən miras əmlakda anadan olmuş, orada böyümüş və 24.08.1993-cü il tarixdə ailə quraraq adı çəkilən miras əmlakda yaşamağa başlamışdır. Cavabdeh doğulduğu vaxtdan hal-hazıradək miras əmlakda yaşayır. Cavabdehin atası Çingiz toy etdikdən sonra Kamrana və ailəsinə yaşamaları üçün miras əmlakdan 2 otaq və 1 aynabənd ayırmış və onlar hazırda da həmin otaqlarda yaşayırlar. Həmçinin Cavabdeh həyətin digər bir hissəsində övladları üçün yeni bir ev inşa etdirmişdir. Cavabdehin atası X17 19 mart 2014-cü il tarixdə vəfat etmiş, anası isə sağdır. Göründüyü kimi hazırda qeyd edilən mübahisəli ev və onun altındakı torpaq sahəsi ½ hissədə Çingizin, ½ hissədə isə İmranın mülkiyyətindədir. İmranın isə vərəsəsi kimi Əminə, Kamran, İmran və qızı qalmışdır. Deməli Kamran atası Çingizin vərəsəsi kimi qeyd edilən miras evdən və torpaqdan miras payı almaq hüququ və o həmin miras əmlakdan pay almaqla “gözlənilən mülkiyyət hüququ” vardır. Belə olduğu halda Cavabdeh tərəfindən mübahisəli ünvanda tikilmiş evin altında olan torpaq sahəsinin kimin mülkiyyətində olması müəyyən olunmur. Yəni həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair hər hansı sübut mövcud deyildir. Buna görə də məhkəmə iddianı əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Avropa Məhkəməsi «Önəryıldız Türkiyəyə qarşı» qərarında xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Həmin qərarda Avropa Məhkəməsi həmçinin vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur və ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyət»ə bərabərdir. Ə.Ə.Axverdiyevin şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarının 73-cü paraqrafında qeyd edilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından mülkiyyət hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. X24 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X25rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Avropa Məhkəməsi presedentlərində göstərildiyi kimi yaşayış evini Cavabdeh inşa etdirdiyi üçün həmin ev ona məxsusdur. Həmin yaşayış evi Avropa Məhkəməsinin presedentlərinə görə «mühüm iqtisadi maraq» kəsb edir və həmin yaşayış evi üzərində onun ən azından istifadə, həmçinin “gözlənilən” hüququ vardır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenimununun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15.04.2002-ci ildən konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanıyır. İnsan və vətəndaş hüquqları və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən insan hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüqüq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüqaqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqları üzrə Avropa məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı yaşadığı və gözlənilən mülkiyyət hüququ olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz olaraq aparılmış tikinti işlərinin onun öz hesabına sökülməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı yaşadığı və gözlənilən mülkiyyət hüququ olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz olaraq aparılmış tikinti işlərinin onun öz hesabına sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1886/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1886/2021
12.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver