Məhkəmə qərarları › İş №2(075)-1893/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1893/2021

12.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1893/2021 12.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 XXX qızının nümayəndəsi X2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 XXX qızının “sənədin onlara məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 XXX qızı ərizə ilə məhkəməyə müraciət edərək, JN 012A, KOD 40403018 saylı "Torpağa mülkiyyət hüququna dair" Şəhadətnamənin onlara, yəni Şəki rayonu Aydınbulaq kəndində yaşayan Ərizəçi1 və Ərizəçi2 XXX qızına məxsus olması faktının müəyyən edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 XXX qızının nümayəndəsi X3 ərizədə göstərilən tələbi müdafiə edərək bildirdi ki, ərizəçilər onun valideynləridir. Ərizəçi Məhəmədin xx.xx.1940-cı il tarixdə Gürcüstan Respublikasının Boqdanov rayonunda anadan olmuşdur. 04.10.1968-ci il tarixdə İbrahimova (Astanova) Tamomla rəsmi nikaha daxil olmuşlar. Şəki Rayon Aqrar İslahat Komissiyasının 08.11.1997-ci il tarixli 39 saylı qərarı ilə atası və anasına 0,12 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzrə ərizəçilərin adına JN-012A KOD 40403018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Ərizəçilər özlərinə məxsus olan torpaq sahəsini nəvələrinə bağışlamaq üçün Maraqlı şəxs1nə müraciət etmişlər. Lakin Maraqlı şəxs1ndən bildirmişdir ki, mülkiyyət hüququna dair sənəddə adları səhv qeyd olunduğundan hər hansı əməliyyat aparılması mümkün deyil. Uyğunsuzluğa səbəb isə ondan ibarətdir ki, JN 012A, KOD 40403018 saylı "Torpağa mülkiyyət hüququna dair" Şəhadətnamənin 1-ci qrafasında ərizəçi Məhəmədinin adı səhvən "Məhyəddin", ata adı isə "Dinəli", həyat yoldaşının adı da “Tamom” əvəzinə "Tamam" qeyd olunmuşdur. Uyğunzuluğun aradan qaldırılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə də müraciət etmişlər. Lakin oradan da həmin uyğunsuzluğun aradan qaldırılmasının imkanları xaricində olması qeyd olunmuş və məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Mövcud problemi başqa cür həll edə bilməyəcəkləri üçün JN 012A, KOD 40403018 saylı "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxslər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu Xətai Səmədov 19 sentyabr 2021 və 04 oktyabr 2021-ci il tarixlərdə məhkəməyə məktub göndərərək, işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 XXX qızının tələbi əsaslıdır. Belə ki, işdə olan JN-012A, KOD 40403018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” dən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 saylı qərarına əsasən Şəki rayonu, Aydınbulaq kənd sakinləri X4 və İbrahimova Tamama 0,12 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. İşdə olan Vİ-Tİ 295635 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1941-ci il təvəllüdlü Astanova Tamomun atası Nağıyev Astan, anası isə Nağıyeva Gülxandır. İşdə olan İİ-XYA 278468 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1940-cı il təvəllüdlü Ərizəçi1 atası İbrahimov Binəli, anası isə İbrahimova Nərgizdir. İşdə olan İİ-XYA 166431 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 ilə Astanova Tamom arasında 04 oktyabr 1968-ci il tarixdə bağlanmış nikah 87 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Şəki şəhər İHB-nın Aydınbulaq kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 08.10.2021-ci il tarixli, 355 nömrəli arayışdan görünür ki, Ərizəçi1 məxsus JN 012A saylı (kod:********) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onun adı səhvən Məhyəddin, ata adı isə Binəli deyil səhvən Dinəli kimi, həyat yoldaşının adı isə Tamom kimi deyil, səhvən Tamam kimi göstərilmişdir. X1 və həyat yoldaşı Ərizəçi2 XXX qızıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, JN-012A, KOD 40403018 nömrəli “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə“yə əsasən Şəki rayonu, Aydınbulaq kənd sakinləri X4 və İbrahimova Tamama 0,12 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. Həmçinin müəyyən olundu ki, JN-012A, KOD 40403018 nömrəli “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə“də Ərizəçi1 adı səhvən Məhyəddin, ata adı isə Dinəli kimi yazılmış, Ərizəçi2 XXX qızının isə adı Tamam kimi yazılmışdır. Əslində isə JN- 012A, KOD 40403018 nömrəli “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə“də adı X7 kimi yazılmış şəxs Ərizəçi1 ilə İbrahimova Tamam kimi yazılmış şəxs isə Ərizəçi2 XXX qızı ilə eyni şəxslərdir və həmin şəhadətnamə paylarına münasibətdə Ərizəçi1 və Ərizəçi2 XXX qızına məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 saylı qərarı ilə verilmiş JN- 012A, KOD 40403018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin paylarına münasibətdə Ərizəçi1 və Ərizəçi2 XXX qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçilərin dövlət büdcəsinə ödədikləri 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 08 noyabr 1997-ci il tarixli, 39 saylı qərarı ilə verilmiş JN-012A, KOD 40403018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin paylarına münasibətdə Ərizəçi1 və Ərizəçi2 XXX qızına məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar