Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1895/2021 12.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 “dövlət aktının paylarına münasibətdə onlara məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, JN 396, KOD 40409018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı-nın Şəki rayonu Baş Layısqı kəndində yaşayan Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 izahat verərək göstərdi ki, o, xx.xx.1949-cu il tarixdə Şəki rayonunun Baş Layısqı kəndində anadan olmuşdur. Şəki Rayon Aqrar İslahat Komissiyasının 29.05.1998-ci il tarixli 46 saylı qərarı ilə ona və ailə üzvlərinə 3,33 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzrə onların adına JN-396 KOD 40409018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. qızı Ərizəçi1 özünə düşən payın ayrıca qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Lakin oradan sənədlərdəki adlarda uyğunsuzluq olması və həmin uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Uyğunsuzluğa səbəb isə ondan ibarətdir ki, Dövlət aktının 10 qrafanın yalnız 4-cüsündən başqa bütün qrafalarında onun adı səhvən "Nimət" əvəzinə, "Niymət" və “Nemət” kimi, qızı Ərizəçi1 ata adı isə "Nemət" qeyd olunmuşdur. Əslində isə onun adı Nimətdir. Mövcud problemi başqa cür həll edə bilməyəcəkləri üçün Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi1 da Ərizəçi2 ilə eyni məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi və Şəki regioanl Maraqlı şəxs1tariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçilərin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 tələbi əsaslıdır. Belə ki, məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmişi JN- 396, KOD 40409018 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən X12, X5, X10, X11, X13, X7, X6, X8, Ərizəçi1 Nemət qızı və X9 cizgidə göstərilən sərhəd daxilində 3,33 hektar torpaq sahəsi verilmişdir. İşdə olan 05/Q-1005/70 nömrəli doğum haqqında arayışdan görünür ki, Ərizəçi2 xx xxxxxxx 1949-cu ildə Şəki rayonunun Baş Layısqı kəndində anadan olmuşdur. X1, anası X3r. İşdə olan Xİİİ-JQ 467594 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1989-cu il təvəllüdlü Ərizəçi1 atası Ərizəçi2, anası isə X4r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən ərizəçilərə onların ailə üzvləri ilə birlikdə Şəki rayonu Baş Layısqı kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 3,33 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı onlara JN:143 KOD 40409018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin müəyyən olundu ki, JN:143 KOD 40409018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi2 adı Nimət əvəzinə Nemət, Ərizəçi1 ata adı Nimət əvəzinə Nemət kimi göstərilmişdir. Əslində isə, JN:143 KOD 40409018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında adı X2 yazılmış şəxs Ərizəçi2 ilə, Ərizəçi1 Nemət qızı kimi yazılmış şəxs Ərizəçi1 ilə eyni şəxsdir və torpağa mülkiyyət hüququna dair dövlət aktı paylarına münasibətdə Ərizəçi2 və Ərizəçi1 məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən verilmiş JN-396, KOD 40409018 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın paylarına münasibətdə ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 dövlət büdcəsinə ödədikləri 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən verilmiş JN-396, KOD 40409018 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın paylarına münasibətdə ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məxsus olması hüquqi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1895/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1895/2021
12.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver