Məhkəmə qərarları › İş №2(075)-1897/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1897/2021

14.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1897/2021 14.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi” tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində "xxxx" ASC-nin X5 Şəbəkəsi MMC-nin əməkdaşlarının tərtib etdikləri 11 aprel 2021-ci il tarixli, 215253 nömrəli akt əsasında hesablanmış 470 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır. Həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtı-vaxtında poçta ödəmişdir. Həmişə sayğac üzrə ödəniş aparmışdır. Lakin cavabdeh təşkilatın nümayəndələri 11 aprel 2021-ci il tarixdə evimə gələrək sayğacın istifadə müddətinin bitdiyini bildirərək sayğacın çıxarılaraq yenisi ilə əvəz edilməsi barədə akt tərtib etmişlər. O da etiraz etməyərək akta imza etmiş və sayğac yenilənmişdir. Bildirmişdir ki, həmin sayğac 2007-ci ildə yaşadığı ünvana quraşdırılmışdır. Sayğacın texniki göstəricilərinə əsasən 7 ildək istismar edilməsi nəzərdə tutulsa da sayğac həmin ünvanda təxminən 14 il işləmişdir. Daha sonra isə onun barəsində akt tərtib edilrək, cərimə edilmişdir Həmin akt tərtib edilərkən cavabdeh təşkilatın əməkdaşları qanunvericilikdə nəzərdə tutulmuş tələbləri kobud surətdə pozmuşlar. Yəni, akt tərtib edilərkən nəinki hal şahidlərinin iştirakı təmin edilmiş, ümumiyyətlə barəsində akt tərtib edilən şəxsin iştirak etməsi üçün hər hansı bir təşəbbüs irəli sürməmişlər. Bütün bunlar deməyə əsas verir ki, cavabdeh təşkilatın əməkdaşları hər hansı bir araşdırma aparmadan illik planı bitirmək məqsədi ilə öz kabinetlərində oturaraq onun barəsibdə belə bir akt tərtib etmişlər. O, sayğaca hər hansı müdaxilə etməmişdir. Sayğacın küçə yolunda quraşdırıldığını və buna görə də həmin sayğaçın təhlükəsizliyinə cavabdeh təşkilatın məsuliyyət daşımasını bildirmişdir. Həmçinin göstərmişdir ki, cavabdeh təşkilatın nümayəndələri ayda ən azı bir dəfə qeyd edilən sayğaca baxış keçirirlər. O da qəbz göstəricisinə əsasən mütamadi olaraq ödənişlərini etmişdir. Göstərmişdir ki, onlar əsasən Bakı şəhərində yaşadıqlarından, Şəkidəki bəhsi keçən ünvanda daha çox yayda yaşayırlar. Çünki övladları, nəvələri yay aylarında Şəkiyə istirahətə gəlirlər. Buna görə də cavabdehin vətəndaşın saldosundakı enerji sərfiyyatı ilə bağlı arqumentlərini qəbul etmir. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə göndərdiyi etiraz ərizəsini müdafiə edərək izahatında göstərdi ki, iddiaçının Şəki şəhəri, F.Abdurəhmanov küçəsində yaşadığı fərdi yaşayış evi “Azərişıq" ASC-nin enerji satış bazasında İddiaçı Bəlıyar oğlunun adına olmaqla **********16591 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 11.04.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları N.Məmmədkərımov, N.Həmidov və Ə.Əhmədov tərəfindən Şəki şəhəri, F.Abdurəhmanov küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektnk hesablaşma sayğacına İddiaçı və iddiaçının nümayəndəsi hal şahidi N.Abdulkənmovun iştirakı ilə “X1 Qaydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının “A” möhürünə müdaxilə olunduğu və qurğuşun möhürünün qırıq olduğu aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 11.04.2021-ci il tarixli, R215253 saylı akt tərtib olunmuş və tərtib olunmuş aktı İddiaçı və iddiaçının nümayəndəsi, hal şahidi İddiaçı öz imzaları ilə təsdiq etmişdirlər. Tərtib olunmuş akta əsasən 11.04.2021-ci il tarixində Şəki EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir Tərtib edilmiş protokolu İddiaçı oz imzasıyla təsdiq etmişdir. Laboratoriyanın 27.04.2021-ci il tarixli, 216571 saylı protokolu ilə elektrik sayğacının qurğuşun möhürünün siminin qırıq olduğu, üst “A” ştamp möhürünə və kassa mexanizminə müdaxilə olunduğu barədə rəy verilmişdir 11.04 2021-ci il tarixli, R215253 saylı akta əsasən “Azərişıq" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yukə uyğun 215 gün üçün 0.07 manat a 1210 kvt.s (dəyəri 84,70 manat) və 0,11 manatla 3240 kvt.s (dəyəri 365,40 manat) toplamda 450,10 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. “EEİQ”-nın 8.32 bəndinin tələbinə görə “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aparılır. Həmin hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınmaqla aparılır. Bundan başq “EEİQ”-nın 7.11-ci bəndinin ikinci abzasında göstərilir ki, mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır. Abonentin "abunə haqqında” məlumatına nəzər saldıqda 07.02.2021-ci il tarixdən 26.04.2021-ci il tarixə qədər 107 gün üçün sərfıyyatn toplamda 628 kvt.s olduğu, lakin sayğac dəyişildikdən sonrakı dövr üzrə, yəni 08.05.2021-ci il tarixdən 09.08.2021-ci il tarixə kimi 103 gün üçün artaraq 893 kvt.s olduğu görünür. Abonentin "abunə haqqında” məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (265 kvt.s) olduqca böyükdür. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ümumiyyətlə barəsində akt tərtib edilən şəxsin iştirak etməsi üçün hər hansı bir təşəbbüs irəli sürülməmişdir. Halbuki, akt tərtib edlən zaman İddiaçı və hal şahidi İddiaçı iştirakı təmin edilmiş və həmin şəxslər tərtib olunmuş aktı öz imzaları ilə təsdiq etmişdirlər. İddiaçı iddia tələbində silinəcək məbləği 470 manat göstərmişdir. İddiaçıya akt əsasında 450,10 manat hesabat aparılmışdır. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı yaşadığı Şəki şəhəri F.Abdurəhmanov küçəsində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş akt EEİQ-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchızatı müəssisəsinə ödənilməlidir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, istehlakçının yaşadığı ünvana ilk sayğac 2007-ci ildə quraşdırılmış və sayğacın istismar müddəti onun texniki göstəricisinə əsasən 7 ildir. Lakin sayğacda qüsur aşkarlanmırsa o daha uzun müddətə işləyə bilrər. Həmçinin göstərmişdir ki, sayğac dəyişdirildikdən sonra sayğacdan keçən enerji yükü əhəmiyyətli artmışdır. Bu onu göstərir ki, iddiaçı sayğaca müdaxilə etmişdir. Sonda İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmsını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını dinlədikdən sonra məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir(göndərməlidir). İş materiallarında olan, abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********16591 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri F.Ə.İsmayılov tərəfindən təsdiq edilmiş 03 may 2021-ci il tarixli icra vərəqinin təsdiq edilmiş surətindən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 215 gün üçün 0.07 manatla 1210 kvt.s (dəyəri 84,70 manat) və 0.11 manatla 3240 kvt.s (dəyəri 365,40 manat) toplamda 450,10 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İş materiallarına əlavə edilmiş 11 aprel 2021-ci il tarixli, R seriaylı 215253 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, EEİQ-na uyğun olaraq sayğac uçot dəstinə baxış keçirilən zaman sayğacın (A) möhürünə müdaxilə və qurğuşun möhürün qırıq olduğu aşkar olnumuşdur. İş materiallarına əlavə edilmiş məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında ******* nömrəli protokolun təsdiq edilmiş surətindən görünür ki, ********** nömrəli sayğac 21254575 nömrəli sayğacla əvəz olunmuşdur. “X1 qaydalarının” 8.15-ci bəndinə görə ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Həmin “Qaydaların” 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı elektrik sayğacının nasaz olması ilə bağlı ona əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacın yenisi ilə əvəzlənməsi günündə **********16591 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı 11 aprel 2021-ci il tarixə itirilmiş enerji sərfiyyatı kimi 450.10 manat cərimə yazılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı istifadəsində olan elektrik sayğacına əsassız hesablanmış qeyd edilən elektrik enerjisi borcu silinməlidir. Məhkəmə araşdırması nəticəsində 11 aprel 2021-ci il tarixli, R seriyalı 215253 nömrəli akt əsasında İddiaçı 450,10 manat borcun hesablanması müəyyən edilmişdir. Bundan başqa cavabdeh baxış zamanı sayğacın (A) möhürünə müdaxilə və qurğuşun möhürün qırıq olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin təbirincə desək qeyd edilən müdaxilənin iddiaçı tərəfindən edilməsi hər hansı sübutla təsdiqlənmir. Həmçinin məhkəmə qeyd edir ki, həmin sayğac demək olar ki, hər ay cavabdeh təşkilatın nəzarətçisi tərəfindən yoxlanılır və nəzarətçi həmin müdaxiləni bundan əvvəl də aşkar edə bilərdi. Cavabdeh təşkilatın əməkdaşları X1 zamanı istehlakçı tərəfindən X1 qaydalarının müvafiq maddəsinin posulması səbəbindən akt tərtib edərkən özləri həmin qaydaların 8.33-cü maddəsinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Beləliklə də, cavabdeh təşkilatın əməkdaşları X1 qaydalarının tələblərini pozaraq qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablamışlar. Göründüyü kimi iddiaçı onun hesabına yazılmış 470 manat borcun silinməsini xahiş etsə də Akt əsasında ona yazılmış cərimə borcu 450.10 qəpik olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş 11 aprel 2021-ci il tarixli, R 215253 nömrəli akt əsasında hesablanmış 450,10 manat məbləğində borc onun hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı MPM-nin 216-220 və 360-cı mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 11 aprel 2021-ci il tarixli, R 215253 nömrəli akt əsasında hesablanmış 450,10 manat borc İddiaçı hesabından silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar