Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-190/2021 23.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı sədri X1, Cavabdeh və onun nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə hüququna xitam verilməsi, torpaq sahəsindən çıxarılma” tələbinə dаir mülki işə Şəki Rаyоn Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Turan Bələdiyyəsi ilə arasında xx xxxxx 2007-ci il tarixdə bağlanmış icarə müqaviləsi əsasında 200 ha torpaq sahəsi üzərində yaranmış icarə hüququna xitam verilməsi, Cavabdeh Turan Bələdiyyəsinin mülkiyyətində olan, xx xxxxx 2007-ci il tarixli icarə müqaviləsi əsasında icarəsinə verilmiş, xx xxxxxx 2017-ci il tarixli 1143883№li yüklülük çıxarışında qeyd olunan 200 ha torpaq sahəsindən çıxarılması, həmin torpağın Turan Bələdiyyəsinin sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmidir. Məhkəmə iclasında İddiaçı sədri X3 izahat verərək göstərdi ki, Cavabdeh bildirməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx xxxxx 2007-ci ildə bağlanmış icarə müqaviləsi əsasında Bələdiyyə mülkiyyətində olan 200 ha örüş sahəsi 55 il müddətinə onun icarəsinə verilmişdir. Ancaq cavabdeh torpaqdan təyinatı üzrə istifadə etmir və bununla da torpağın yararlığının itməsi ilə nəticələnən fəaliyyətlə məşğuldur. Həmçinin icarə haqqını ödəmir. Belə ki, cavabdehin Bələdiyyəyə xx.xx.2020-ci il tarixə 3625 manat icarə haqqı borcu yaranmışdır. Dəfələrlə cavabdehdən torpaqdan təyinatı üzrə istifadə etməyi, yaranmış icarə haqqını ödəməyi tələb elmələrinə axmayaraq cavabdeh bunu təmin etmir. Hazırki mülki işin aidiyyati üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, İddiaçı ilə onun arasında xx xxxxx 2007-ci ildə bağlanmış icarə müqaviləsi əsasında Bələdiyyə mülkiyyətində olan 200 ha əkin sahəsi 55 il müddətinə onun icarəsinə verilmişdir. Lakin o, həmin torpağı əkin sahəsi kimi icarəyə götürmüşdür. Həmin 200 ha torpaq sahəsinin 150 hektarına taxıl (arpa və buğda) əkmiş, qalan 50 hektarında isə mal-qoyun saxlamaqla təsərrüfatla məşğuldur. Xeyli müddətdir ki, o bu işlə məşğuldur. Əkdiyi buğda və arpanın bir qismini özü üçün saxlayır qalanını isə satır. O, həmin torpaq sahəsini sahibkarlıq məqsədilə icarəyə götürmüşdür. VÖEN olmaqla, fərdi sahibkar statusuna malik fiziki şəxsdir. Onda olan yüklülük çıxarışında torpaq sahəsinin təyinatı əkin kimi göstərilmişdir. O, həmin çıxarış əsasında artıq uzun müddətdir ki, subsidiya alaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Əgər torpaq sahəsinin təyinatı əkin kimi göstərilmiş olmasaydı dövlət tərəfindən ona subsidiya ayrılmazdı, həmçinin o zaman onun özü həmin torpaq sahəsinə taxıl əkməzdi və təyinatı üzrə istifadə edərdi. Hazırkı məhkəmə iclasında ona məlum olmuşdur ki, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən ona verilən çıxarışın təyinatı örüş sahəsi kimi düzəliş edilmişdir. Hesab etmişdir ki, DƏDRX-nin 12 saylı Ərazi İdarəsi onun xəbəri və razılığı olmadan torpağın yüklülük çıxarışında düzəliş etmişdir. Onun idiyədək göstərdiyi fəaliyyət qanuni olmuşdur. Mülki işin aidiyyati üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsinə etirazı yoxdur. Qanuna müvafiq qərar qəbul edilməsini əhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) X4 da Cavabdeh ilə eyni məzmunda izahat verərək, hazırki mülki işin aidiyyati üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməsinə etirazının olmadığını bildirdi. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, hazırkı mülki işə Şəki Rayon Məhkəməsində deyil, Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh (VÖEN **********) 11 saylı Ərazi Vergi Baş İdarəsində vergi ödəyicidi kimi qeydiyyatda olmaqla, fərdi sahibkar statusuna malik fiziki şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddənin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPM-in 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisə üzrə tərəflərdən hər ikisi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətinin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz kommersiya fəaliyyətindən irəli gələn münasibət olduğundan hazırkı tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Аzərbаycаn Respublikаsı MPM-nin 26.1-ci maddəsinə əsаsən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Аzərbаycаn Respublikаsı MPM-nin 44.2.2-ci mаddəsinə görə iş məhkəmədə bаxıldığı zаmаn оnun аidiyyət qаydаlаrının pоzulmаsı ilə icrааtа qəbul edildiyi аşkаr оlunаrsа məhkəmə işi bаşqа məhkəmədə bаxılmаğа verir. Göründüyü kimi iş üzrə Cavabdeh qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusuna malik olması məyyən edilmişdir. Оnа görə də mülki iş bаşqа məhkəməyə, yəni аidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 26.1, 44.2.2, 45.1, 45.2, 45.3-cü mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə Qərаrа аldı: İddiaçı Cavabdeh qarşı “icarə hüququna xitam verilməsi, torpaq sahəsindən çıxarılma” tələbinə dаir iddia ərizəsi üzrə mülki iş аidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə verilsin. Qərаrdаddаn оnun təqdim оlunduğu (аlındığı) gündən 10 (оn) gün müddətində Şəki Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-190/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-190/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver