Məhkəmə qərarları › İş №2(075)-1901/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1901/2021

23.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1901/2021 23.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan 08 iyun 2003-cü ildə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X5 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək tələbini belə əsaslandırdı ki, oğlu X8 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusunabənzər davranış pozuntusu özünə xidmət qabiliyyəti olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var. Dəfələrlə müxtəlif xəstəxanalarda müalicə almışdır. Epilepsiya səbəbli dərin ağıl zəyifliyindən əziyyət çəkir. X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi zərurət yaratdığından hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 izahat verərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirdi. İşdə olan AZ 563380 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 08 iyun 2003-cü il təvəllüdlü X5 anası Ərizəçi, atası isə X6r. İşdə olan Azərbaycan Respublikası Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli, 624 nömrəli rəydən görünür ki, FİZİKİ VƏZİYYƏTİ: Orta boylu, düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Qıcolma tutmalarından şikayətlənir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/T 110/70 mm c.s.b. Nəbzi dəqiqədə 62 vurğudur, ritmikdir. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunur. Göz bəbəkləri qeyri-bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər rctleksləri bərabərdir. Romberq duruşunda davamsızdır, irəli uzadılmış əl barmaqlarında əsmə vardır. Patoloji reflekslər aşkar edilmir. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəlidir. Nitq kontaktına daxil olmur. Bələdliyi zəifləmişdir, yaşadığı ünvanı, anadan olduğu ili və neçə yaşı olduğunu söyləyə bilmir. Əhvalı davamsızdır, narahat və gərgindir, bir yerdə qərar tutmur, ekspertiza otağından çıxmağa çalışır və anasının yardımı ilə zorluqla otaqda saxlanılır. Keçirilən ekspertizanın məqsədini və mahiyyətini başa düşmür və ekspertizanın nəticəsinə heç bir maraq göstərmir. Müayinə zamanı özünü həyəcanlı aparır, onda ifadə olunmuş davranış pozğunluğu müşahidə olunur. Yaddaşı zəifləmişdir. Təfəkkürü pozulmuşdur. Maraq dairəsi çox daralmışdır, fizioloji tələblərlə motivləşir . Abstrakt və məntiqi təfəkkürü yoxdur. Hal- hazırki müayinə zamanı onda qavrama pozğunluğu, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Emosiyaları və affektiv reaksiyaları dayanıqsızdır, anasına və komissiya üzvlərinə müqavimət göstərməyə cəhdlər edir. Düşdüyü vəziyyətə heç bir tənqidi yoxdur. Anasının deməsinə görə periodik olaraq yoxlanılan şəxsdə qıcolma tutmaları müşahidə olunur. İntellekti zəifləmişdir, qüsurludur. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X8 xroniki xəstəlik olan MƏRKƏZİ SİNİR SİSTEMİNİN ÜZVİ XƏSTƏLİYİ NƏTİCƏSİNDƏ QİCOLMA TUTMALARİ VƏ AĞİL ZƏİFLİYİ, İFADƏ OLUNMUŞ DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F02.8 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları,tibbi sənədlər (TSEK-dən verilmiş 20.06.2021-ci il tarixli şəhadətləndirilmə aktı, AR SN-nın Respublika Psixiatriya Xəstəxanasından verilmiş 4086/19 və 5490/19 saylı xəstəlik tarixlərindən çıxarışlar), anamnestik məlumlar və hazırki ekspertiza (ekspertiza zamanı yaşadığı ünvanı, anadan olduğu ili və neçə yaşı olduğunu söyləyə bilməməsi, əhvalının davamsız, narahat və gərgin olması, bir yerdə qərar tutmaması, ekspertiza otağından çıxmağa çalışması, özünü həyəcanlı aparması, anasına və komissiya üzvlərinə müqavimət göstərməyə cəhdlər göstərməsi, onda ifadə olunmuş davranış pozuntuları müşahidə olunması, keçirilən ekspertizanın məqsədini mahiyyətini başa düşməməi, və ekspertizanın nəticəsinə heç bir maraq göstərməməsi, yaddaşının zəif olması, təfəkkürünün pozulması, maraq dairəsinin çox daralması və fizioloji tələblərlə motivləşçosi, abstrakt və məntiqi təfəkkürünün olmaması, intellekti zəifləməsi və qüsurlu olması və s.) imkan verir. X8 BAŞ MƏRKƏZİ SİNİR SİSTEMİNİN ÜZVİ XƏSTƏLİYİ NƏTİCƏSİNDƏ QİCOLMA TUTMALARİ VƏ AĞİL ZƏİFLİYİ, İFADƏ OLUNMUŞ DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F02.8 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X8 hal-hazırda FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X5 doğuş travması ilə anadan olması, AR SN-nın Respublika Psixiatriya Xəstəxanasında 2 dəfə “MSS-nın üzvi xəstəliyi, ağıl zəifliyi və davranış pozuntuları ilə F02.8” diaqnozla stasionar müalicədə olması, keçirdiyi xəstəliklə əlaqədar olaraq ona 1 dərəcə müddətsiz əlillik təyin edilməsi, orta ümumtəhsil və yardımçı məktəblərdə oxumaması, periodik olaraq qıcolma tutmaları keçirməsi (TSEK-dən verilmiş 20.06.2021 ci il tarixli şəhadətləndirilınə aktı, AR SN-nın Respublika Psixiatriya Xəstəxanasından verilmiş 4086/19 və 5490/19 saylı xəstəlik tarixlərindən çıxarışlar), hazırki ekspertiza zamanı onda davranış, təfəkkür, yaddaş, emosiya və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı yaşadığı ünvanı, anadan olduğu ili və neçə yaşı olduğunu söyləyə bilməməsi, əhvalının davamsız, narahat və gərgin olması, bir yerdə qərar tutmaması, ekspertiza otağından çıxmağa çalışması, özünü həyəcanlı aparması, anasına və komissiya üzvlərinə müqavimət göstərməyə cəhdlər göstərməsi, onda ifadə olunmuş davranış pozuntuları müşahidə olunması, Keçirilən ekspertizanın məqsədini və mahiyyətini başa düşməməsi və ekspertizanın nəticəsinə heç bir maraq göstərməməsi, yaddaşının zəif olması, təfəkkürünün pozulması, maraq dairəsinin çox daralması və fizioloji tələblərlə motivləşçəsi, abstrakt və məntiqi təfəkkürünün olmaması, intellekti zəifləməsi və qüsurlu olması və s.) tənqidi funksiyasının zəif olması və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir. Bununla əlaqədar olaraq X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X5 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X5 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan Azərbaycan Respublikası Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixo-Nevroloji Dispanserinin də müvafiq rəyi vardır. Ərizəçi X5 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 08 iyun 2003-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 08 iyun 2003-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar