Məhkəmə qərarları › İş №2(075)-1902/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1902/2021

14.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1902/2021 14.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçilər Cəmilova (Surxayeva) Nübar Nüsrət qızı, Cəmilova (Talıbova) Ülkər Nüsrət qızı və Ərizəçi3 oglunun iştirakları ilə, Ərizəçi Cəmilova (Surxayeva) Nübar Nüsrət qızı, Cəmilova (Talıbova) Ülkər Nüsrət qızı və Ərizəçi3 oglunun “sənədin onlara məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi Cəmilova (Surxayeva) Nübar Nüsrət qızı, Cəmilova (Talıbova) Ülkər Nüsrət qızı və Ərizəçi3 oglu ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Şəki Rayon Aqrar İslahat Komissiyasının 29.04.2000-ci il tarixli 04 saylı qərarı ilə Şəki rayonu Şin kəndində 393,09 ha həyətyanı torpaq sahəsinə Dövlət Torpaq və Xəritəcəmə Komitəsinin Dövlət Torpaq Kadastrı kitabında da 20.02.2010-cu il tarixdə 4894 nömrə ilə uçota alınan A N 201580 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin X1na məxsus olması hüquqi faktının müəyyən edilməsi, həmçinin həmin qərar əsasında Şəki rayon Şin kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 393,09 kv. m həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı hazırladığı hissədə adlı siyahı fayılın X1na, Cəmilova (ər soyadı ilə) Ərizəçi1, Cəmilova (ər soyadı ilə Talıbova) Ülkər Nüsrət qızına və Ərizəçi3 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi3 oglu ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 29.04.2000-ci il tarixli 04 saylı qərarı ilə Şəki rayonu Şin kəndində onların X1nın təsərrüfatında qeydiyyatada olduqlarına görə nənələrinə və onlara ailə üzvləri kimi 393,09 ha fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi verilmişdir. 20.02.2020-ci il tarixdə bu torpaq sashəsi X1nın adına X29 4894 nömrə ilə qeydiyyata alınmaqla A N 201560 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi işlənib verilmişdir. X1 07.11.2012-ci il tarixdə vəfat etmişdir. Bu torpaq sahəsinin planı və ölçüsü sənədində nənələrinin soyadı Hümmətova əvəzinə Hümbətova atasının adı Həşim əvəzinə Həkim qızı kimi qeyd edilmişdir. Halbuki, Şəki şəhər İHB-nin Baş Layısqı Kənd İcra Nümayəndəliyi tərəfindən 17.11.2012-ci il tarixdə verilmiş- AZHN537994 saylı ölüm şəhadətnaməsinə əsasən X1dır. Bu torpaq sahəsində yaşayış evi tikmişlər. Bu evin və torpaq sahəsinin daşınmaz əmlakın dövlət reystrində qeydiyata alınaraq reystrindən çıxarışın verilməsi ilə bağlı DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Bu zaman məlum olmuşdur ki, Şəki Rayon Aqrar İslahatı dövründə tərtib edilmiş kod 40409038 saylı adlı siyanda onların hamısının soyadları, ata adları və adları rus əlifbası hərfləri ilə makinada yazılmasına görə soyadları, adları və ata adları səhv qeyd edilmşdir. Belə ki, onlar hər üçü nənələrinin himayəsində böyüdükləri üçün onların soyadları nənələrinin soyadına uyğun olaraq “Hümmətova” kimi qeyd edilmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədindən göründüyü kimi onlara bu torpaq sahəsi verlmişdir. Bu sənəddə X1 əvəzinə X5 qeyd edilmıdir. DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin kompyuter bazasında adlı siyahı fayılından göründüyü kimi onların soyadları, adları və ata adları səhv qeyd edilmişdir. Qeyd etmişdir ki, bacıları Nübar və Ülkər sonradan ailə qurduqlarında ərlərinin soyadlarını daşımışlar. Buna görə də DƏDRX-nin 12 saylı Ərazi İdarəsi bu torpaq sahəsini adlarına qeydiyyata almaqdan imtina etmişdir. Buna görə də həm bu torpaq sahəsini planı və ölçüsü sənədinin nənələri X12 məxsus olması, həm də torpağın ailə üzvlərinə verilməsi adlı siyahı faylın onlara məxsus olması hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçilər Cəmilova (Surxayeva) Nübar Nüsrət qızı və Cəmilova (Talıbova) Ülkər Nüsrət qızı Ərizəçi3 oglu ilə eyni məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Cəmilova (Surxayeva) Nübar Nüsrət qızı, Cəmilova (Talıbova) Ülkər Nüsrət qızı və Ərizəçi3 oglunun tələbi əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A N seriyalı, 201580 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən və ona əlavə edilmiş ailə üzvlərina aid siyahıdan görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 aprel 2000-ci il tarixli, 08 nömrəli qərarına əsasən 393,09 kvadrat metr torpaq sahəsi Hümbətova Çiçək (Həkim) Həşim qızı, X18, X19 və X8 Şəki rayonu, Şin kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmışdır. İşdə olan AZ 362224 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 22 mart 1963-cü il təvəllüdlü X7 atası X9, anası isə X16r. İşdə olan İV-JQ 432413 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 ilə X10 arasında 02 aprel 1988ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Cəmilova soyadı verilmişdir. İşdə olan AZ XVİİ-JQ 305273 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Ərizəçi3 atası X17, anası isə X4r. İşdə ola XV-JQ 441622 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1990-cı il təvəllüdlü X13 atası X17, anası isə X4r. İşdə ola XİV-JQ 387893 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 1989-cu il təvəllüdlü X14 atası X17, anası isə X4r. İşdə olan AZ-İ 482849 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X31 ilə X23 arasında 10 may 2009-cu il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Surxayeva soyadı verilmişdir. İşdə olan AZ-İ 654468 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X20 ilə X24 arasında 24 aprel 2011-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Talıbova soyadı verilmişdir. İşdə olan AZ-İ 537994 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X21 07.11.2012-ci il tarixdə kəskin ürək çatışmamazlığı səbəbi ilə Şəki rayonu, Şin kəndində ölmüşdür. İşdə olan Şəki ŞİHB-nın Baş Layısqı İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli, 379 nömrəli arayışda görünür ki, 2010-2015-ci illərin 14-cü təsərrüfatbaşına kitabın 43-cü səhifəsinə əsasən mərhum X11 təsərrüfatbaşında X23, X24 və Ərizəçi3 adlı vətəndaşlar var. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 29 aprel 2000-ci il tarixli, 08 nömrəli qərarına əsasən 393,09 kvadrat metr torpaq sahəsi Hümbətova Çiçək (Həkim) Həşim qızı, X18, X19 və X8 Şəki rayonu, Baş Layısqı kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmışdır. Həmçinin müəyyən olundu ki, A N 201580 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində X11 adı səhvən X5 yazılmış, AN seriyalı, 201580 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əlavə edilmiş ailə üzvlərina aid siyahıda isə X6 yazılmışdır. Ərizəçilərin isə adları həmin siyahıda Cəmilova (Surxayeva) Nübar Nüsrət qızı əvəzinə X18, Cəmilova (Talıbova) Ülkər Nüsrət qızı əvəzinə X19 və Ərizəçi3 oglu əvəzinə X37 oglu kimi yazılmışdır. Əslində isə, A N 201580 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində və ona əlavə edilmiş ailə üzvləri siyahısında adı X25 və X5 yazılmış şəxs X21 ilə, X2 yazılmış şəxs Cəmilova (Surxayeva) Nübar Nüsrət qızı ilə, X3 yazılmış şəxs Cəmilova (Talıbova) Ülkər Nüsrət qızı ilə və X37 oglu kimi yazılmış şəxs Ərizəçi3 oglu ilə eyni şəxsdir və həmin, A N 201580 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi paylarına münasibətdə X15, Cəmilova (Surxayeva) Nübar Nüsrət qızına, Cəmilova (Talıbova) Ülkər Nüsrət qızına və Ərizəçi3 ogluna məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 aprel 2000-ci il tarixli, 08 saylı qərarı əsasında 393,09 kvadrat metr torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş verilmiş A N 201580 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin paylarına münasibətdə X15, Cəmilova (Surxayeva) Nübar Nüsrət qızına, Cəmilova (Talıbova) Ülkər Nüsrət qızına və Ərizəçi3 ogluna məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçilərin dövlət büdcəsinə ödədikləri 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 aprel 2000-ci il tarixli, 08 saylı qərarı əsasında 393,09 kvadrat metr torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş verilmiş AN 201580 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin paylarına münasibətdə X15, Cəmilova (Surxayeva) Nübar Nüsrət qızına, Cəmilova (Talıbova) Ülkər Nüsrət qızına və Ərizəçi3 ogluna məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar