Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1907/2021 19.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh2-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1a, Cavabdeh2-nə və müstıqil tələb irəli sürməyən İİİ şəxs Azərbayca Respublikası İN yanında ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi qarşı qarşı “alqı-satqı müqaviləsiin etibarsız hesab edilməsi” iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Şəki 1 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmiş aşağıdakı müqavilələrin etibarsiz hesab edilməsi və onlardan yaranan hüquqi nəticələrin ləğv edilməsi;
1. ünvan 1 ünvanında 29,2 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi barədə 15 dekabr 2012-ci il tarixli 4Ə-2/12333 reyestr nömrəli müqavilənin;
2. ünvan 2 ünvanında 49,2 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi barədə 15 dekabr 2012-ci il tarixli 4Ə-2/1234 reyestr nömrəli müqavilənin;
3. ünvan 3 ünvanında 234,1 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi barədə 15 dekabr 2012-ci il tarixli 4Ə-2/1235 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi; - həmçinin 500 kv.m. ümumi sahəsi olan daşınmaz əmlakın məhv edilməsinə görə ona dəyən 120.000 manat zərər, 75 kv.m.-lik sahənin satılmasına görə 10.000 manat zərər olmaqla ümumilikdə 130.000 manat zərərin və 1.240.000 manat əldən çıxmış faydanın, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərdi ki, Cavabdeh2-nin əmlakını və torpaq sahəsini 2001-ci ilin aprel ayında 100% özəlləşdirərək, 07.05.2010-cu ilədək İdarə Heyətinin sədri vəzifəsində çalışmışdır. Bildirmişdir ki, o, 2001-ci ildə öz vəsaiti hesabına dövlət müəssisəsi olan Şəki Bazarını və əmlakını özəlləşdirərək, Şəki "xxxx"-ni əldə etmiş və həmin ASC-nin həm səhmdarı, həmdə idarə heyətinin sədri olmuşdur. 07.05.2010-ci ildə o Şəki "xxxx"xxxx"xxxx"-nin sədri təyin edilmiş Cavabdeh1 onun mülkiyyətində olan binaları müxtəlif yollarla ASC-nin balansına keçirməyə başlamışdır. Bu ərəfədə hazırda mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahələri də bazarın balansına keçirilmiş və bu yolla mənimsənilmişdir. 2012-ci ilin sentyabr ayının 24-də ona qarşı uydurma cinayət işinin açılmasına nail olanlar bu yolla onun digər əmlaklarını ayrı-ayrı şəxslərin adına saxta sənədlər düzəldirərək dağıtmaq niyyətində olmuşlar. 2012-ci ilin oktyabr ayında güya Şəki bazarına yaxın ərazidə yeni bazar tikdirdiyi zaman dələduzluq etdiyinə görə barəsində CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Barəsində olan cinayət işinin istintaqını aparan müstəntiq ona bildirmişdir ki, “yeni il qabağı azadlığa çıxmaq istəyirsə üç qeyri-yaşayış sahəsini onlar dediyi adamların adlarına rəsmiləşdirməliyəm.” Buna görə də onun tərəfindən verilmiş etibarnamə əsasında ona məxsus olan ünvan 1 ünvanında 29,2 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi, ünvan 2 ünvanında 49,2 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi və ünvan 3 ünvanında 234,1 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi uyğun olaraq 15 dekabr 2012-ci il tarixli, 4Ə-2/12333 reyestr nömrəli, 15 dekabr 2012-ci il tarixli 4Ə-2/1234 reyestr nömrəli və 15 dekabr 2012ci il tarixli 4Ə-2/1235 reyestr nömrəli müqavilələrlə özgəninkiləşdirilmişdir. O, həmin zaman qeyd edilən qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsi üçün etibarnaməyə qol çəkməyə məcbur olmuşdur. 2010-cu ilin may ayından, 14 dekabr 2012-ci ilədək zorla əlindən alınan həmin daşınmaz əmlaklardan faydalanan "xxxx" ASC-nin sədri Cavabdeh1 15 dekabr 2012-ci il tarixdə Şəki şəhəri, S.Rəhman 1C ünvanında yerləşən bu daşınmaz əmlakı notarial qaydada 40-2/1235 reyestr nömrəli alqı-satqı müqaviəsi ilə rəsmiləşdirməklə Cavabdeh2-nin balansına daxil etmişdir. Hətta həmin əmlakın ətrafında yerləşən 230 kv.m. torpaq sahəsini də hissə-hissə olmaqla qanunsuz olaraq ayrı-ayrı adamlara satmışdır ki, bunun 75 kv.m.-lik sahəsi ona məxsus olmuşdur. Bununla da ona 10.000 manat zərər dəymişdir. Bu daşınmaz əmlakdan əlavə, həmin notariat kontorunda rəsmiləşdirilən 15 dekabr 2012-ci il tarixli 4Ə-2/1233 reyestr nömrəli notarial müqavilə ilə ünvan 5 ünvanında yerləşən 29,2 kv.m. ümumi sahəsi olan daşınmaz əmlak və 15 dekabr 2012-ci il tarixli, 4Ə-2/1234 reyestr nömrəli notarial müqavilə ilə Şəki şəhəri, S.Rəhman küçəsi ünvanında yerləşən 49,2 kv.m. sahəsi olan daşınmaz əmlaklar da qanunsuz yolla Cavabdeh2-nin balansına keçirilmişdir. Hər üç müqavilədən görünür ki, müqavilələr alqısatqı müqaviləsi olsa belə orada ondan qanunsuz alınan əmlaklara görə heç bir ödəniş edilməmiş, əmlakların dəyəri onun bazara olmayan borcu ilə əvəzləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, həm Cavabdeh1, həm də ki, Cavabdeh2 qanunsuz yolla onun əmlaklarını yalan əqd əsasında özgəninkiləşdirmiş və mənimsəmişlər. Əgər həqiqətən də onun Cavabdeh2-yə borcu var idisə ən azından bazar bu borcu sübuta yetirməli və bundan sonra onun əmlaklarını əldə etməli idi. Reallıqda isə onun ümumiyyətlə Cavabdeh2-yə nəinki borcu olmamışdır, əksinə o öz vəsaiti hesabına ASC-nin balansını artırmaqla əvəzsiz olaraq öz pulu hesabına bütün əmlakını və onun altında yerləşən torpaq sahəsini özəlləşdirərək əlavə 81 ticarət köşkü tikməklə fəaliyyətini təmin etmişdir. Bu daşınmaz əmlaklardan əlavə, “AZƏRİTTİFAQ”ın balansında olan və tərəfindən özəlləşdirilən ümumi sahəsi 500 kv.m.-dən artıq olan daşınmaz əmlakı 2011-2012-ci il tarixlərdə məhv etməklə həmin daşınmaz əmlakın altında olan torpaq sahəsini və daşınmaz əmlakın arxasında olan 250 kv.m. torpaq sahəsini mənimsəmişlər. Nəticədə ona 120.000 manat zərər dəymişdir. Bütün qeyd edilənlərdən də görünür ki, cavabdeh ASC və onun rəhbəri olan digər cavabdeh öz əməlləri ilə həm onun mülkiyyətində olan daşınmaz əmlakları mənimsəməklə, həm ona 400.000 manat zərər vurmuşlar, həm də ki, bu 11 illik müddət ərzində 1.240.000 manat əldən çıxmış faydası olmuşdur. Göstərmişdir ki, 500 kv.m. 75 kv.m.-lik ümumi sahəsi olan daşınmaz əmlaklar hazırda mövcüd deyil, həmin əmlaklar bazarın içərisində olmuşlar. O, əmlaklar Cavabdeh1 və Cavabdeh2 tərəfindən sökülərək məhv edilmişdir. Əlavə olaraq göstərmişdir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2014-cü il tarixli, 1(091)-003/14 saylı hökmü ilə CM-nin 179.3.2 və 213.1-ci maddələri təqsirli bilinmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 5 il 9 ay 17 gün azadlıqdan məhrum etmə cəzasının 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən iddia müddətinin tətbiq edilməsi ilə razılaşmır. İddia müddətini ötürməmişdir. Belə ki, bununla bağlı məhkəmələrdə çoxsaylı iddiaları olmuşdur. Bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(075)-3581/2017 saylı qətnaməsi üzrə Qaffarov Qüdrət Camal oğlunun iddiası üzrə cavabdeh olmuşdur. Həmin mülki iş üzrə izahat verərkən qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsi üçün etibarnaməyə qol çəkməyə məcbur edildiyi əmlaklar hazırda mübahisələndirdiyi 3 müqavilə üzrə olan əmlaklarıdır. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və müstıqil tələb irəli sürməyən İİİ şəxs Azərbayca Respublikası İN yanında ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab edir. Lakin Cavabdeh1 məhkəməyə etiraz ərizəsi göndərmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2-nin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında məhkəməyə etiraz ərizəsi və iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində 3 müqavilənin, yəni 15 dekabr 2012-ci il tarixli 4Ə- 2/12333 reyestr nömrəli müqavilənin, 15 dekabr 2012-ci il tarixli 4Ə-2/1234 reyestr nömrəli müqavilənin və 15 dekabr 2012-ci il tarixli 4Ə-2/1235 reyestr nömrəli müqavilənin etibarsızlığını qoysa da, iddia ərizəsinin təsviri hissəsində həmin müqavilələrin məzmununun nədən ibarət olmasını, müqavilələrin hansı növ müqavilə (alqı-satqı, bağışlama və.s) olması, müqavilə tərəflərinin kimlər olması və müqavilələrin məzmunu barədə təfsilatlı məlumat verməmiş, müqavilələrin təsdiq edilmiş surətlərini iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin iddiaçı iddia ərizəsində tələb etdiyi 120.000 manat zərər, 10.000 manat zərər olmaqla ümumilikdə 130.000 manat zərərin və 1.240.000 manat əldən çıxmış faydanın hansı formada əmələ gəldiyi barədə nə iddia ərizəsinin təsviri hisəsində heç bir qeyd aparmamış və ya bu barədə hər-hansısa sübutu iddia ərizəsinə əlavə etməmişdir. İddia ərizəsində etibarsız hesab edilməsi tələb edilən 15 dekabr 2012-ci il tarixli 4Ə-2/1235 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı X9 tərəfindən cavabdehlər X4, Şəki "xxxx"-nə, ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə və Şəki 1 saylı Dövlət Notariat Kontoruna qarşı cavabdehlər X6 ilə Şəki "xxxx"nin arasında bağlanılmış 15 dekabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Şəki "xxxx"-nin adına mülkiyyətin qeydə alınmasına barədə RX seriyalı ******* saylı reyestrdən çıxarışların ləğv edilməsi tələbinə dair iddia ilə müraciət etmiş və Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli, 2(107)- 2217/2017 saylı qətnaməsi ilə iddiaçı X5 cavabdehlər X4, Şəki "xxxx"-nə, ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə və Şəki 1 saylı Dövlət Notariat Kontoruna qarşı cavabdehlər X6 ilə Şəki "xxxx"-nin arasında bağlanılmş 15 dekabr 2012-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Şəki "xxxx"-nin adına mülkiyyətin qeydə alınmasına barədə RX seriyalı ******* saylı reyestrdən çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edimişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2018-ci il tarixli 1997/18 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli 2(107)-2217/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən də görünür ki, X2 etibarnaməsi əsasında nümayəndəsi X12 ilə hüquqi şəxs olan Şəki "xxxx"-nin etibarnaməsi əsasında X7 arasında bağlanmış 15 dekabr 2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə X2 mülkiyyətində olan ünvan 7 ünvanında 0.0255 ha torpaq sahəsində yerləşən 234 1 kv.m üumi sahəsi olan qeyri-yaşayış binasının X4 məxsus ½ hissəsini Şəki "xxxx"-nə 25000 (iyirmi beş min) manata satmış, həmin qeyri-yaşayış binasının dəyəri olan 25000 (iyirmi beş min) manat X2 Şəki "xxxx"-nə olan borcu əvəzində çıxılmışdır. X6 iddia ərizəsində Şəki “Bazar ASC"-yə heç bir borcunun olmamasını qeyd etsə də, onun barəsində Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən həmin məsələ ilə bağlı ittiham hökmü çıxarılmış və həmin hökm hal-hazıradək qüvvədədir və preyudisial əhəmiyyətə malikdir. İddiaçı X2 mübahisələndirdiyi 15 dekabr 2012-ci il tarixli 4Ə-2/1235 reyestr nömrəli müqavilənin məzmunundan da göründüyü kimi müqavilə X2 etibarnaməsi əsasında nümayəndəsi X11 ilə hüquqi şəxs olan Şəki "xxxx"-nin etibarnaməsi əsasında X7 arasında bağlanmış və o, həmin müqavilə üzrə tərəf olmamışdır. Göstərmişdir ki, iddiaçı özü məhkəmə iclasında bildirir ki, qeyd edilən əmlaklarının özgəninkiləşdirilməsi üçün 2012-ci ildə etibarnamə vermişdir. Deməli iddiaçının həmin müqavilələri keçən 9 ildə mübahisələndirmək imkanı olmuşdur. Lakin iddiaçı qeyd edilən müddətdə bunu etməmişdir. Buna görə iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş X2 etibarnaməsi əsasında X11 ilə hüquqi şəxs olan "xxxx" ASC-nin etibarnaməsi əsasında X7 arasında bağlanmış 15 dekabr 2012-ci il tarixli 4Ə-2/12333 reyestr nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X6, Şəki Ərazi İdarəsinin 2502 nömrəli, 14 dekabr 2012-ci il tarixli arayışına və qeydiyyat vəsiqəsinə əsasən ona məxsus ünvan 1 ünvanında, 0,0038 ha torpaq sahəsində yerləşən, 29,2 kv.m ümumi sahəsi olan qeyriyaşayış binasını "xxxx" ASC-nə 15000 manata satmışdır. X6 qeyri-yaşayış sahəsinin dəyəri olan 15000 manatı alıcı "xxxx" ASC-nə olan borcun əvəzinə çıxılmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş X2 etibarnaməsi əsasında X11 ilə hüquqi şəxs olan "xxxx" ASC-nin etibarnaməsi əsasında X7 arasında bağlanmış 15 dekabr 2012-ci il tarixli 4Ə-2/12334 reyestr nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X6, Şəki Ərazi İdarəsinin 2503 nömrəli, 14 dekabr 2012-ci il tarixli arayışına və çıxarışa əsasən ona məxsus Şəki şəhəri, Sabit Rəhman küçəsi ünvanında 0,0058 hatorpaq sahəsində yerləşən, 49,2 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasını "xxxx" ASC-nə 30000 manata satmışdır. X6 qeyri-yaşayış sahəsinin dəyəri olan 30000 manatı alıcı "xxxx" ASC-nə olan borcun əvəzinə çıxılmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş X2 etibarnaməsi əsasında X11 ilə hüquqi şəxs olan "xxxx" ASC-nin etibarnaməsi əsasında X7 arasında bağlanmış 15 dekabr 2012-ci il tarixli 4Ə-2/12335 reyestr nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X6, Şəki Ərazi İdarəsinin 2501 nömrəli, 14 dekabr 2012-ci il tarixli arayışına və qeydiyyat vəsiqəsinə əsasən ona məxsus ünvan 8 ünvanında 0,0255 ha torpaq sahəsində yerləşən, 234,1 kv.m ümumi sahəsi olan qeyriyaşayış binasınının ona məxsus ½ hissəsini "xxxx" ASC-nə 25000 manata satmışdır. X6 qeyri-yaşayış sahəsinin dəyəri olan 25000 manatı alıcı "xxxx" ASC-nə olan borcun əvəzinə çıxılmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Seriya RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 9 ünvanında 0,0255 ha torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 234,1 kv.m olan qeyri –yaşayış binası ½ hissədə "xxxx" ASC-nin, ½ hissədə isə X5 xüsusi mülkiyyətindədir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Seriya RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında, 0,0038 ha torpaq sahəsinin üzərindən yerləşən ümumi sahəsi 29,2 kv.m olan qeyri-yaşayış binası "xxxx" ASC-nin xüsusi mülkiyətindədir. İşdə olan Şəki Rayon Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(075)-3581/2017 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, cavabdehlər X6 ilə Şəki "xxxx"-nin arasında bağlanılmış 15 dekabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Şəki "xxxx"-nin adına mülkiyyətin qeydə alınmasına barədə RX seriyalı ******* saylı reyestrdən çıxarışın ləğv edilsi qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli, 2(107)- 2217/2017 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(075)-3581/2017 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X5 cavabdehlər X4, Şəki "xxxx"-nə, ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə və Şəki 1 saylı Dövlət Notariat Kontoruna qarşı “cavabdehlər X6 ilə Şəki "xxxx"-nin arasında bağlanılmış 15 dekabr 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Şəki "xxxx"-nin adına mülkiyyətin qeydə alınmasına barədə RX seriyalı ******* saylı reyestrdən çıxarışların ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2018-ci il tarixli, 1997/18 saylı qərarının təsdiq edilmiş surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 iyun 2014-cü il tarixli, 1(091)- 003/14 saylı hökmünün təsdiq edilmiş surətindən görünür ki, X2 CM-nin 179.3.2 və 213.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib CMnin 179.3.2-ci maddəsi ilə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 213.1-ci maddəsi ilə 1 il 6 ay müddətə dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və ya qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi,CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilən cəzalar qismən toplamaq yolu ilə 1 il 6 ay müddətə dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və ya qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, X2 həbsdə saxlandığı 1 il 8 ay 13 gün CPM-nin 158.6-cı maddəsinə əsasən ona təyin olunmuş 7 il 6 ay müddətə müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxaılması, üzərində qəti olaraq 5 il 9 ay 17 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, X2 barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 5 il 9 ay 17 gün azadlıqdan məhrum etmə cəzasının 1 il sınaq müddəti ilə şərti hesab edilməsi, hökm qanuni qüvvəyə mindikdən onra Azərbaycan Respublikası Baş Prokurorluğunun depozitində olan 77000 manat məbləği puldan 2300 manatı Şəki rayonu, Kiş kənd sakini X8 ödənilməsi üçün Şəki rayon İcra şöbəsinin depozit hesabına, qalan hissəsinin isə "xxxx" ASC-nin hesabına köçürülməsi hökm edilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. İddiaçı qanunla qorunan mülkiyyət hüququnun pozulduğunu əsas gətirərək, pozulmuş hüququnu bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müqavilələrin etibarsız hesab edilməsi və onlardan yaranan hüquqi nəticələrin ləğv edilməsinin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilməsi barədə iddia ərizəsinin dəlilləri ilə razılaşmayaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında ona məxsus olan ünvan 1 ünvanında 29,2 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi, ünvan 2 ünvanında 49,2 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi və ünvan 3 ünvanında 234,1 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsi uyğun olaraq 15 dekabr 2012-ci il tarixli, 4Ə-2/12333 reyestr nömrəli, 15 dekabr 2012-ci il tarixli 4Ə-2/1234 reyestr nömrəli və 15 dekabr 2012-ci il tarixli 4Ə- 2/1235 reyestr nömrəli müqavilələrlə özgəninkiləşdirilmişdir. Göründüyü kimi hər üç müqavilə 15 dekabr 2012-ci il tarixində bağlanmışdır. İddiaçının məhkəmə iclasında dediyi kimi həmin müqavilələrin bağlanmasından elə 2012-ci ildə də xəbəri olmuşdur. Bundan başqa iddiaçı Şəki Rayon Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(075)-3581/2017 saylı qətnaməsi üzrə Qaffarov Qüdrət Camal oğlunun iddiası üzrə cavabdeh olmuşdur. Həmin mülki iş üzrə iddia predmeti ünvan 3 ünvanında 234,1 kv.m. ümumi sahəsi olan qeyriyaşayış sahəsinin özgəninkiləşdirilməsi barədə 15 dekabr 2012-ci il tarixli, 4Ə-2/1235 reyestr nömrəli müqavilənin etibarsızlığı olmuşdur. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(075)-3581/2017 saylı qətnaməsi üzrə cavabdeh kimi verdiyi izahatında qeyd etdiyi “üç qeyri-yaşayış sahəsi” dedikdə hazırda mübahisələndirdiyi əmlkaları nəzərdə tutmuşdur. Göründüyü kimi iddiaçı 2017-ci ildən sonra da hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Mülki Məcəllənin 423-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Bütün yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən müqavilələrin etibarsızlığına əsas ola biləcək hər hansı sübut və ya dəlil məhkəməyə təqdim edilməmişdir. Buna görə də iddiaçı tərəfindən iddia tələbi üzrə mübahisələndirilən müqavilələr etibarsız hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Bundan başqa T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 dekabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Plenumun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Həmçinin qeyd etmişdir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi iddiaçının qeyd edilən müqavilələrin bağlanmasından azından 8 ildir ki, xəbəri olmuş, lakin onun etibarsız olduğu gündən 1 il ərzində məhkəməyə iddia ərizəsi ilə müraciət etməmiş, bundan 8 il ötdükdən sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəfərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisləri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə işin hallarını, qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddiaçının mübahisələndirdiyi müqavilələr qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış və onların etibarsızlığı üçün heç bir əsas yoxdur. Məhkəmə iddiaçıya iddia tələbinin “onlardan yaranan hüquqi nəticələrin ləğv edilməsi” və “həmçinin 500 kv.m. ümumi sahəsi olan daşınmaz əmlakın məhv edilməsinə görə ona dəyən 120.000 manat zərər, 75 kv.m.-lik sahənin satılmasına görə 10.000 manat zərər olmaqla, ümumilikdə 130.000 manat zərərin və 1.240.000 manat əldən çıxmış fayda” hissələrinin dəqiqləşdirilməsini təklif etmiş, lakin iddiaçı tələbinin qeyd edilən hissələrinə hər hansı yazılı dəqiqləşmə verməmişdir. Lakin məhkəmə iclasında izahatında bildirmişdir ki, “onlardan yaranan hüquqi nəticələrin ləğv edilməsi” dedikdə həmin müqavilələrin hüquqi nəticəsi kimi verilmiş çıxarışları nəzərdə tutur. Buna görə də məhkəmə müqavilələri etibarsız edilməməsi qənaətinə gəldiyindən, hesab etmişdir ki, onlardan yaranan hüquqi nəticələr də ləğv edilməməlidir. İddia tələbinin digər hissəsinə münasibət bildirərək göstərmişdir ki, 500 kv.m. 75 kv.m.-lik ümumi sahəsi olan daşınmaz əmlaklar hazırda mövcüd deyil, həmin əmlaklar bazarın içərisində olmuşlar. Qeyd edilən əmlaklar Cavabdeh1 və Cavabdeh2 tərəfindən sökülərək məhv edilmişdir. İddiaçı onun mülkiyyətində Bazar ərazisində 500 kv.m. və 75 kv.m.-lik ümumi sahəsi olan daşınmaz əmlaklarının olmasına, onların məhv edilməsinə görə ona dəyən 120.000 manat zərər, sahənin satılmasına görə 10.000 manat zərər olmaqla, ümumilikdə 130.000 manat zərərin və 1.240.000 manat əldən çıxmış fayda itirilməsinə görə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buna görə də məhkəmə iddianı bu hissədə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bütün yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı Şəki 1 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmiş ünvan 1 ünvanında 29,2 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi barədə 15 dekabr 2012-ci il tarixli, 4Ə-2/12333 reyestr nömrəli müqavilənin; - ünvan 11 ünvanında 49,2 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi barədə 15 dekabr 2012-ci il tarixli, 4Ə-2/1234 reyestr nömrəli müqavilənin; - ünvan 3 ünvanında 234,1 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi barədə 15 dekabr 2012-ci il tarixli, 4Ə-2/1235 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilələrdən yaranan hüquqi nəticələrin ləğv edilməsi; həmçinin 500 kv.m. ümumi sahəsi olan daşınmaz əmlakın məhv edilməsinə görə ona dəyən 120.000 manat zərər, 75 kv.m.-lik sahənin satılmasına görə 10.000 manat zərər olmaqla, ümumilikdə 130.000 manat zərərin və 1.240.000 manat əldən çıxmış faydanın cavabdehlərdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Şəki 1 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmiş ünvan 1 ünvanında 29,2 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi barədə 15 dekabr 2012-ci il tarixli, 4Ə-2/12333 reyestr nömrəli müqavilənin; - ünvan 11 ünvanında 49,2 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi barədə 15 dekabr 2012-ci il tarixli, 4Ə-2/1234 reyestr nömrəli müqavilənin; - ünvan 3 ünvanında 234,1 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi barədə 15 dekabr 2012-ci il tarixli, 4Ə-2/1235 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilələrdən yaranan hüquqi nəticələrin ləğv edilməsi; həmçinin 500 kv.m. ümumi sahəsi olan daşınmaz əmlakın məhv edilməsinə görə ona dəyən 120.000 manat zərər, 75 kv.m.-lik sahənin satılmasına görə 10.000 manat zərər olmaqla, ümumilikdə 130.000 manat zərərin və 1.240.000 manat əldən çıxmış faydanın, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Cahid İmanov