Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-193/2022 30.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1, Maraqlı şəxs X4 iştirakı ilə, Ərizəçi Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyası ərizə ilə məhkəməyə müraciət edərək, 13.01.2001-ci il tarixdə Şəki rayon Oxud kəndində anadan olmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X10 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında ərizəçi Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, mərhum X16 ilə mərhum X6 arasında bağlanılmış birgə nikahlarından anadangəlmə xəstə övladları 13 yanvar 2001-ci il təvəllüdlü X17 anadan olmuşdur. Bundan sonra X15 19.03.2009-cu il tarixdə ölmüşdür. Nargilənin ölümündən sonra X16 ilə X11 arasında 01.11.2009-cu il tarixdə nikah bağlanmışdır. 26.05.2021-ci il tarixdə uşağın atası-X16 da ölmüşdür. Sonuncunun ölümündən hal-hazıradək 13.01.2001-ci il təvəllüdlü X5 rayonu Oxud kəndində (ögey anası) X4 himayəsində yaşayır. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan göründüyü kimi X17 orta dərəcəli əqli gerilik, davranış pozğunluğu (İQ-36) diaqnozu ilə əmək qabiliyyətsiz hesab edilərək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edimiş və ona ikinci qrup əlillik dərəcəsi verilmişdir. Diaqnozdan göründüyü kimi X10 daima kənar şəxsin qulluğuna ehtiyacı var. O, səhərlər yataqdan qalxa bilmir, vəziyyəti olduqca ağır olduğu üçün hərəkətlərinin nəticəsinin mənasını başa düşmür, habelə öz hərəkətlərinə rəhbərlik edə bilmir. Bütün bunlar ailənin gündəlik həyatında və idarə olunmasında ciddi maneələr yaradır. X17 halhazırda Şəki rayonu Oxud kəndində (ögey anası) X4 himayəsində və nəzarəti altında yaşayır. Xəstəliyi səbəbli özünü sərbəst idarə etmək iqtidarında deyil. Ona deyilən söz və ifadələri şüurda dərk edə və adekvat reaksiya verə bilmir, öz fikrini və iradəsini başqasına çatdırmaq, ən xırda məişət şlərini həyata keçirmək iqtidarında deyildir. X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Həyatda başqa kimsəsi qalmayan Nicat Aslanov fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və bundan sonra qanunla müəyyən edilmiş qaydada ona qəyyum təyin edilməlidir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs X11 izahat verərək göstərmişdir ki, mərhum X16 01 noyabr 2009-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. 26 may 2021-ci il tarixdə X16 vəfat etmişdir. Fəaliyyət qabiliyyəti olmayan X10 ögey anasıdır. Aslanov Nicat hal-hazırda onun himayəsindədir. Fəaliyyət qabiliyyəti olmayan X14 qəyyum təyin edilməsinə razıdır. Ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. İşdə olan 07 fevral 2001-ci il tarixli, AZ-İ 061775 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 13 yanvar 2001-ci il təvəllüdlü X10 atası X16, anası X12r. İşdə olan 01 yanvar 2009-cu il tarixli, AZ-İ 533805 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 ilə X7 arasında 01 yanvar 2009-cu il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 46 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Aslanova soyadı verilişdir. İşdə olan 08 aprel 2009-cu il tarixli, AZ-İ 353957 seriya nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 19 mart 2009-cu il tarixdə Şəki rayonunda ölməsi, 04 aprel 2009-cu il tarixdə ölüm haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeyd edilmişdir. İşdə olan 08 iyun 2021-ci il tarixli, AZ-İİ 194624 seriya nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 26 may 2021-ci il tarixdə Şəki rayonunda ölməsi, 04 iyun 2021-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 716 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki şəhər İHB-nin Oxud kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, 05 oktyabr 2021-ci il tarixli, 654 nömrəli arayışdan görünür ki, Oxud kənd sakini 13.01.2001-ci il təvəllüdlü X17 hal-hazırda Oxud kəndində analığı 07.06.1973-cü il təvəllüdlü X4 himayəsində yaşayır. İşdə olan Şəki şəhər İHB-nin Oxud kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, 05 oktyabr 2021-ci il tarixli, 944 nömrəli arayışdan görünür ki, Oxud kənd sakini 13.01.2001-ci il təvəllüdlü X17 hal-hazırda Oxud kəndində analığı X4 himayəsində yaşayır. İşdə olan 06 oktyabr 2021-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatlarından görünür ki, X14 ikinci dərəcəli əlillik verilmiş, ona orta dərəcəli əqli gerilik, davranış pozğunluğu ilə diaqnozu qoyulmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş, 06 oktyabr 2021-ci il tarixli, **********5 nömrəli arayışdan görünür ki, Şəki rayonu, Oxud kəndində yaşayan X17 901632 nömrəli pensiya işi üzrə ayda 259,78 (iki yüz əlli doqquz) manat 78 qəpik manat məbləğində pensiya alır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər psixonevroloji Dispanser tərəfindən verilmiş 19 yanvar 2022-ci il tarixli, 37 saylı rəyindən görünür ki, FİZİKİ VƏZİYYƏTİ: Orta boylu, düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Səhhətindən şikayət təqdim etmir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/t 110/70 mm c.s.b. nəbzi dəqiqədə 68 vurğudur. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvi mikrcorqanik patologiya aşkar olunmur. Göz bəbəkləri bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər refleksləri bərabərdir. Romberq duruşunda davamsızdır, irəliyə uzadılmış əl barmaqlarında yüngül əsmə vardır. Patoloji reflekslər müəyyən olunmur. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəlidir. Zamana, məkana, ətraf mühitə və öz şəxsiyyətinə bələdliyi zəifləmişdir. Nitq kontaktına həvəssiz daxil olur, verilən suallara qısa və konkret cavablar verir, bildirir ki, məktəbdə oxumamışdır və hazırda 20 yaşı vardır. Anamnestik məlumatlar əsasən ögey anası X3 toplanmışdır. Yaddaşı nisbətən zəifləmişdir. Təfəkkürü konkretdir. Oxumaq, yazmaq vərdişləri yoxdur. Adi hesablama əməliyyatlarını düzgün aparsa da daha mürəkkəb hesablama əməliyyatlarında (vurma və bölmə əməliyyatları) səhvlər edir. Abstrakt və məntiqi təfəkkürü zəifdir, maraq dairəsi daralmışdır, fizioloji tələblərlə motivləşir. Atalar sözlərinin mənasını doğru-düzgün izah edə bilmir. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mürrikün olmur. Emosiyaları və affektiv reaksiyaları dayanıqsızdır, bir qədər narahatdır. Düşdüyü vəziyyətə tənqidi zəifdir. İntellekti inkişafdan geri qalır, İQ—56%. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X17 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ) DAVRANİŞ POZĞUNLUĞU İLƏ XBT-1O (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirir. X17 YÜNGÜL DƏRƏCƏLİ KƏMAĞİLLİQ (İFADƏ OLUNMUŞ DEBİLLİK SƏVİYYƏSİNDƏ) DAVRANİŞ POZĞUNLUĞU İLƏ XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlayıb hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X17 halhazırda FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X10 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X10 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan müvafiq rəy də vardır. Ərizəçi Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyası X10 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 13 yanvar 2001-ci il tarixdə Şəki rayonu, Oxud kəndində anadan olmuş, Şəki rayonu, Oxud kəndində yaşayan X17 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 13 yanvar 2001-ci il tarixdə Şəki rayonu, Oxud kəndində anadan olmuş, Şəki rayonu, Oxud kəndində yaşayan X17 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-193/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-193/2022
30.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver