Məhkəmə qərarları › İş №2(075)-1951/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1951/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1951/2021 01.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 25.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********40890 olan Samsung Galaxy A01 markalı telefon üçün 182,7 (yüz səksən iki manat, 70 qəpik) manat ödənilməmiş hissə, 18,3 (on səkkiz manat, 30 qəpik) manat cərimə, 20.09.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********50365 Samsung Galaxy A21s markalı telefon üçün 402 ( dörd yüz iki manat) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, ümumilikdə 643( altı yüz qırx üç) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 673 manat pulun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə 26.06.2020-ci il və 20.09.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********40890 olan Samsung Galaxy A01 markalı telefon, İMEİ Kodu **********50365 olan Samsung Galaxy A21s markalı telefon almış və nəticədə 643 (altı yüz qırx üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərin, pozmuş və nəticədə 26.06.2020-ci il tarixli müqavilə üzrə, alqı-satqı qiyməti 313,2 (üç yüz on üç manat, 20 qəpik) (12 ay x 26 manat 10 qəpik + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********40890 olan Samsung Galaxy A01 markalı markalı telefon üçün ümumilikdə 201 (iki yüz bir) manat olmaqla, ondan, 182,7 (yüz səksən iki manat, 70 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18,3 (on səkkiz manat, 30 qəpik) manat cərimə, 20.09.2020-ci il tarixli müqavilə üzrə, alqı-satqı qiyməti 486 (dörd yüz səksən altı manat) manat (12 ay x 33 50 qəpik + 84 manat ilkin ödəniş) olan İMEİ Kodu **********50365 Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə 442 ( dörd yüz qırx iki) manat olmaqla, ondan, 402 ( dörd yüz iki manat) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40 (qırx) manat cərimə miqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 214,5 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 25.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********40890 olan Samsung Galaxy A01 markalı telefon üçün 182,7 (yüz səksən iki manat, 70 qəpik) manat ödənilməmiş hissə, 18,3 (on səkkiz manat, 30 qəpik) manat cərimə, 20.09.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********50365 Samsung Galaxy A21s markalı telefon üçün 402 ( dörd yüz iki manat) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, ümumilikdə 643( altı yüz qırx üç) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 673 manat pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 25.06.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********40890 olan Samsung Galaxy A01 markalı telefon üçün 182,7 (yüz səksən iki manat, 70 qəpik) manat ödənilməmiş hissə, 18,3 (on səkkiz manat, 30 qəpik) manat cərimə, 20.09.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********50365 Samsung Galaxy A21s markalı telefon üçün 402 ( dörd yüz iki manat) manat ödənilməmiş hissə, 40 (qırx) manat cərimə, ümumilikdə 643( altı yüz qırx üç) manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 673 manat pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar