Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1955/2021 20.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi eyni zamanda Ərizəçi1 nümayəndəsi Ərizəçi2 oglunun iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 oglunun “sənədin onlara məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 oglu ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 1999-cu il tarixli 16 nömrəli qərarı ilə Ərizəçi1 və ailə üzvlərinə fərdi yaşayış evi tikmək məqsədi üçün verilmiş 1200 kv.m torpaq sahəsinin A № ******* olan planı və ölçüsü sənədinin Ərizəçi1 və Ərizəçi2 paylarına münasibətdə onlara məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçi eyni zamanda Ərizəçi1 nümayəndəsi Ərizəçi2 oglu ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 1999-cu il tarixli 16 nömrəli qərarı ilə Ərizəçi1 və ailə üzvlərinə fərdi yaşayış evi tikmək məqsədi üçün 1200 kv.m torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinin A №0949944 olan planı və ölçüsü tərtib edilərək X10 kitabında 5 fevral 2009-cu il tarixdə 243 nömrə ilə qeydə alınmışdır. Həmin plan və ölçü sənədində hüquq sahibi kimi Ərizəçi1 qeyd olunmuşdur. Sözügedən 0.12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə də müraciət etmişlər. Sözügedən qurum 17 may 2021 -ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Şəki rayon AİK-nın fəaliyyəti dövründə tərtib olunmuş adlı siyahıda göstərilən hüquq sahiblərinin soyadının, adının və ata adının səhv qeyd olunduğu müəyyən edilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Sözügedən torpaq sahəsinin planı və ölçüsü sənədində və Şəki rayon AİKnın fəaliyyəti dövründə tərtib olunmuş adlı siyahıda Ərizəçi1 ata adı və onun, yəni Ərizəçi2 ad səhv qeyd olunmuşdur. Belə ki, Ərizəçi1 əvəzinə Ərizəçi1 Xabəli qızı, onun, yəni Ərizəçi2 əvəzinə isə X1 qeyd olunmuşdur. Mövcud problemi başqa cür həll edə bilməyəcəkləri üçün torpaq sahəsinin A №0949944 olan planı və ölçüsü sənədinin onlara məxsus olması faktının və Şəki rayon AİK-nın fəaliyyəti dövründə tərtib olunmuş adlı siyahıda göstərilən Ərizəçi1 Xabəli qızının Ərizəçi1, X2 isə Ərizəçi2 olmasının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Şəki ŞİHB-nın İnçə kənd İƏD-si üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. Sözügedən ailəni yaxından tanıyır. Paylarına münasibətdə ərizəçilərə məxsus olan torpaq sahəsinin A ******* nömrəli planı və ölçüsü sənədində adları səhv göstərilmiş Ərizəçi1 Xabəli qızı ilə Ərizəçi1 və X8 ilə Ərizəçi2 oglu eyni şəxslərdir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 oglunun tələbi əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 094944 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən və ona əlavə edilmiş ailə üzvlərina aid siyahıdan görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 15 noyabr 1999-cu il tarixli, 16 nömrəli qərarına əsasən 1200 kvadrat metr torpaq sahəsi Ərizəçi1 Xabəli qızı, X9, X5 və X3 Şəki rayonu, İnçə kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmışdır. İşdə olan XVİİİ-JQ 404316 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 1994-cü il təvəllüdlü Ərizəçi2 atası X6, anası isə Ərizəçi1dır. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1960-cı il tarixdə Şəki rayonu, İnçə kəndində anadan olmuşdur. İşdə olan Şəki ŞİHB-nın İnçə kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli, 474 nömrəli arayışdan görünür ki, İnçə kənd sakini Ərizəçi1 Şəki rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş X10 kitabında A 094944 saylı sənəddə səhvən Ərizəçi1 Xabəli qızı kimi göstərilmişdir. İşdə olan Şəki ŞİHB-nın İnçə kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 06.09.2021-ci il tarixli, 475 nömrəli arayışdan görünür ki, Ərizəçi1 ailə üzvləri arasında Ərizəçi2 əvəzinə səhvən X1 göstərilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 1999-cu il tarixli, 16 nömrəli qərarına əsasən 1200 kvadrat metr torpaq sahəsi Ərizəçi1 Xabəli qızı, X9, X5 və X3 Şəki rayonu, İnçə kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində ayrılmışdır. Həmçinin müəyyən olundu ki, A 094944 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində və ona əlavə edilmiş ailə üzvlərina aid siyahıda Ərizəçi1 adı səhvən Ərizəçi1 Xabəli qızı kimi yazılmış, A seriyalı, 094944 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əlavə edilmiş ailə üzvlərina aid siyahıda isə Ərizəçi2 oglun səhvən X14 oglu kimi yazılmışdır. Əslində isə, A 94944 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində və ona əlavə edilmiş ailə üzvləri siyahısında adı Ərizəçi1 Xabəli qızı kimi yazılmış şəxs Ərizəçi1 ilə, X14 oglu kimi yazılmış şəxs Ərizəçi2 oglu ilə eyni şəxsdir və həmin, A N 094944 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi paylarına münasibətdə Ərizəçi1 və Ərizəçi2 ogluna məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 15 noyabr 1999-cu il tarixli, 16 saylı qərarı əsasında 1200 kvadrat metr torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş verilmiş A 094944 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin paylarına münasibətdə Ərizəçi1 və Ərizəçi2 ogluna məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçilərin dövlət büdcəsinə ödədikləri 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 15 noyabr 1999-cu il tarixli, 16 saylı qərarı əsasında 1200 kvadrat metr torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş verilmiş A 094944 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin paylarına münasibətdə Ərizəçi1 və Ərizəçi2 ogluna məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1955/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1955/2021
20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver