Məhkəmə qərarları › İş №2(075)-1960/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1960/2021

04.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1960/2021 04.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X9, Maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək 09 may 2003-cü il tarixdə Şəki şəhərində anadan olmuş, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi X11 ərizənin məzmununa uyğun izahat verərək tələbini belə əsaslandırdı ki, Ərizəçi, X10 ilə 23 dekabr 1999-cu ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 09 may 2003-cü ildə, Şəki şəhərində X6 adlı uşaqları anadan olmuşdur. Ərizəçinin qızı X6 doğulduğu andan ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir və hərəkətlərinin mənasını dərk edə bilmir. Doğulduğu andan ona an anası və atası tərəfindən zəruri qulluq göstərilmişdir. Sumqayıt şəhər Psixiatriya xəstəxanası tərəfindən verilmiş 7 iyun 2021-ci il tarixli, 86-311 nömrəli həkim-psixiatr komissiyasının rəyi ilə də, ərizəçinin qızına ağır dərəcəli əqli gerilik, daim müalicə və qulluq tələb edən davranış pozuntusu və nitq qüsuru diaqnozu qoyulmuşdur. Uzun illərdir ki, ərizəçinin qızı Nəzakət ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir, ruhi xəstəliyinə görə öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Ərizəçinin qızı X5 “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, daim müalicə və qulluq tələb edən davranış pozuntuları və nitq qüsuru" diaqnozu ilə 22 iyun 2021-ci ildə birinci dərəcəli əlillik təyin edilmişdir. Buna görə də ərizəçi, hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 izahat verərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirdi. İşdə olan AZ-İ 366092 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 09 may 2003-cü il təvəllüdlü X3 atası X10, anası isə Ərizəçidır. İşdə olan Sumqayıt şəhər psixiatriya xəstəxanası tərəfindən verilmiş 01.06.2021-ci il tarixli, 86-311 nömrəli həkim-psixiatr komissiyasının rəyindən görünür ki, 09.05.2003-cü il təvəllüdlü X6 ağır dərəcələi əqli gerilik, daim müalicə və qulluq tələb edən davranış pozuntuları və nitq qüsuru ilə F-72.1 diaqnozu qoyulmuşdur. İşdə olan 27 avqust 2021-ci il tarixdə çıxarılmış Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dait məlumatdan görünür ki, 09.05.2003-cü il təvəllüdlü birinci dərəcəli əlildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” X16 tərəfindən verilmiş 20 oktyabr 2021-ci il tarixli, 2436 saylı rəyindən görünür ki, X4 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş zədəsi ilə anadan olması, erkən psixofıziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqinin inkişaf etməməsi, ona müvafiq müalicələr təyin edilməsi, sonradan Bakı şəhər X8 müalicədə olması, sonradan psixiatrik qeydiyyata düşməsi, əqli geriliklə əlaqədar məktəbdə oxumaması, psixi vəziyyəti ilə əlaqədar İ qrup müddətsiz əlil hesab edilməsi, əqli geriliyi, fizioloji ifrazatları ilə natəmiz olması, davranış pozuntularının biruzə verməsi, hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində “Ağır dərəcəli əqli gerilik, daim müalicə və qulluq tələb edən davranış pozuntuları və nitq qüsuru ilə" diaqnozu ilə qeydiyyatda olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin inkişaf etməməsi, nəzərə çarpan ağır ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X4 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. X6 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X3 ona müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X3 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X3 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” X15 də müvafiq rəyi vardır. Ərizəçi X3 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 09 may 2003-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Şəki şəhəri, F.Sadıqov küçəsi, 2/7 saylı evdə yaşayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 09 may 2003-cü il tarixdə Şəki şəhərində anadan olmuş, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar