Məhkəmə qərarları › İş №2(075)-1967/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1967/2021

26.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1967/2021 26.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında qeydin düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsndə barəsində aparılmış doğum haqqında akt qeydində adı səhvən Gülşən deyil, Gülşan kimi qeyd edildiyindən, əslində isə Gülşən kimi qeyd edilməli olduğundan sözgüdən akt qeydinin düzgün müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, 28 sentyabr 2021-ci il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxışı iclası bu günə, yəni 26 oktyabr 2021-ci il tarixə saat 10:20-yə təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X2 ərizə təqdim edərək, hazırki tələb üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etməsi məqsədi ilə ərizənin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Ədliyyə Nazirliyi Maraqlı şəxs nümayəndəsi isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərzə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi Ərizəçi nümayəndəsi X2 ərizənin geri qaytarılması barədə ərizə təqdim etmiş, maraqlı şəxs Ədliyyə Nazirliyi Maraqlı şəxs nümayəndəsi isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda qanunun qeyd edilən tələbinə uyğun olaraq Ərizəçi ərizəsi baxılmamış saxlanmalı, ümumi qaydada yenidən məhkəmədə iddia qaldırmaq hüququ ona izah edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi “vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında qeydin düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar