Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1975/2021 13.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı Cavabdeh-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair ərizələrini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 3947,80 manatın 978 manatını həqiqi borc kimi çıxmaqla hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddiaçı iddia ərizəsindən görünür ki, iddia tələbi hüquqi şəxs olan Cavabdeh-nə yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə qarşı iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi “Azəriqaz” İB hüquqi şəxsdir və onun hüquqi ünvanı Yusif Səfərov küçəsi 35-dir. Cavabdeh onun törəmə müəssisəsidir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar da həmçinin müəssisənin yəni, “Azəriqaz” İB-nin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi iddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı iddia qaldırmalı olduğu halda həmin iddiaya cavabdehlik daşımayan Cavabdeh-nə qarşı iddia qaldırmışdır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də ərizə Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh-nə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1975/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1975/2021
13.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver