Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2002/2021 08.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, ərizəçi olmaqla, digər ərizəçi Məmmədova (Cəlalova) Günay Şəhliyar qızının etibarnamə üzrə nümayəndəsi Ərizəçi3, Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Məmmədova (Cəlalova) Günay Şəhliyar qızının «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Məmmədova (Cəlalova) Günay Şəhliyar qızı ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən Şəki rayonu Cəfərabad kənd sakinlərinə 2.13 ha pay torpaq sahəsinin verilməsi barədə JN-124 saylı, kod 40411018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın paylarına münasibətdə Ərizəçi2 və Məmmədova (Cəlalova) Günay Şəhliyar qızına, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən Şəki rayonu Cəfərabad kənd sakinlərinə 0.27 ha pay torpaq sahəsinin verilməsi barədə JN:203A nömrəli, kod 40411018 «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin paylarına münasibətdə Ərizəçi3, Ərizəçi2 və Məmmədova (Cəlalova) Günay Şəhliyar qızına məxsus olması faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Məmmədova (Cəlalova) Günay Şəhliyar qızı ərizələrində tələblərini onunla əsaslandırmışlar ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli. 41 saylı qərarına əsasən Ərizəçi3, X23, X18, X1, Məmmədova (Cəlalova) Günay Şəhliyar qızına, Ərizəçi2 birlikdə Şəki rayonu Cəfərabad kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2.13 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40411018, JN 124 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin dövlət aktında paylı mülkiyyətçilərlə bağlı qeydlərdə Məmmədova (Cəlalova) Günay Şəhliyar qızının adı və soyadı, Ərizəçi2 soyadı isə səhv yazılmış, yəni Məmmədova (Cəlalova) Günay Şəhliyar qızının adı və soyadı “Cəlalova Günay” əvəzinə mexaniki olaraq səhvən “Nəbiyeva Gülnar” kimi, Ərizəçi2 soyadı isə “Cəlalov” əvəzinə səhvən “Nəbiyev” kimi göstərilmişdir. Bundan başqa Şəki rayonu Aqrar islahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən Ərizəçi3, X13ma, Məmmədova (Cəlalova) Günay Şəhliyar qızına, Ərizəçi2 birlikdə Şəki rayonu Cəfərabad kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0.27 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40411018, JN 203A saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin dövlət aktında paylı mülkiyyətçilərlə bağlı qeydlərdə Ərizəçi3 adı, Məmmədova (Cəlalova) Günay Şəhliyar qızının adı, soyadı, atasının adı və Ərizəçi2 isə adı və atasının adı səhv yazılmışdır. Yəni Ərizəçi3 adı “Şəhliyar” əvəzinə səhvən “Şəhriyar” kimi, Məmmədova (Cəlalova) Günay Şəhliyar qızının adı, soyadı səhvən “X8” kimi, Ərizəçi2 isə adı və atasının adı “Cəlalov, Şəhliyar” əvəzinə səhvən “Nəbiyev, Şəhriyar kimi göstərilmişdir. Bununla bağlı aidiyyəti orqanlara müraciət etsələr də, onlara bu tələblə bağlı, yəni həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Onların yaşadıqlar Cəfərabad kəndində “X9, X14 (birinci akt üzrə), X19, X8 və X15 (ikinci akt üzrə)” adlı adamlar yoxdur. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında ərizəçi olmaqla, digər ərizəçi Məmmədova (Cəlalova) Günay Şəhliyar qızının etibarnamə üzrə nümayəndəsi Ərizəçi3 ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi2 Ərizəçi3 verdiyi izahatla eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, sözügedən yanlışlığın aradan qaldırılması onların həmin mülkiyyət sənədləri üzrə müəyyən edilmiş torpaq üzərində hüquqlarının qeydə alınması üçün lazımdır. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçilərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi3, Ərizəçi2 və Məmmədova (Cəlalova) Günay Şəhliyar qızının tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X16 göstərdi ki, ərizəçilər onun həmkəndliləridir. Ərizəçi3 X10 ilə ailə qurmuşdur. Onların Müşviq və Günay adlı uşaqları anadan olmuşdur. Uşaqların soyadları “Cəlalov”dur. Günay sonradan ailə həyatı qurmuş, “Məmmədova” soyadını götürmüşdür. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq bildirdi ki, Ərizəçi3 babası “Cəlal” olduğundan nəvələr babanın soyadı ilə gedirlər. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X5 digər şahid X2 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: JN:124 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Cəfərabad kənd sakinləri Ərizəçi3, X35, X24, X10, X9 və X6 2.13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. JN:203A nömrəli (kod ********) «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən X19, X10, X8 və X7 0.27 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1963-cü il təvəllüdlü Ərizəçi3 atası X30, anası isə X20r. Nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 və X11 arasında 19 avqust 1986-cı il tarixdə bağlanmış nikah 13 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Nəbiyev, arvada Nəbiyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 18 yanvar 1988-ci il təvəllüdlü X3 atası Ərizəçi3, anası isə X4r. Nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X21 və X17 arasında 24 iyun 2012-ci il tarixdə bağlanmış nikah 161 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1992-ci il təvəllüdlü Ərizəçi2 atası Ərizəçi3, anası isə X4r. Nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 və X25 arasında 25 iyun 2021-ci il tarixdə bağlanmış nikah 368 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Cəlalov, arvada Cəlalova soyadı verilmişdir. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 27 sentyabr 2021-ci il tarixli, **********80 nömrəli məktubdan görünür ki, təqdim edilmiş sənədlərdə yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçilərin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçilər tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Cəfərabad kənd sakinlərinə 2.13 ha pay torpaq sahəsinin verilməsi barədə JN-124 saylı, kod 40411018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın paylarına münasibətdə Ərizəçi2 və Məmmədova (Cəlalova) Günay Şəhliyar qızına, həmçinin Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Cəfərabad kənd sakinlərinə 0.27 ha pay torpaq sahəsinin verilməsi barədə JN:203A nömrəli, kod 40411018 «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin paylarına münasibətdə Ərizəçi3, Ərizəçi2 və Məmmədova (Cəlalova) Günay Şəhliyar qızına məxsus olması faktları müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçilər dövlət büdcəsinə ödədikləri rüsumu tələb etmədiklərindən 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Cəfərabad kənd sakinlərinə 2.13 ha pay torpaq sahəsinin verilməsi barədə JN-124 saylı, kod 40411018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın paylarına münasibətdə Ərizəçi2 və Məmmədova (Cəlalova) Günay Şəhliyar qızına məxsus olması faktı müəyyən edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən Şəki rayonu Cəfərabad kənd sakinlərinə 0.27 ha pay torpaq sahəsinin verilməsi barədə JN:203A nömrəli, kod 40411018 «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin paylarına münasibətdə Ərizəçi3, Ərizəçi2 və Məmmədova (Cəlalova) Günay Şəhliyar qızına məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-2002/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2002/2021
08.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver