Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2036/2021 10.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15 fevral 2003-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəsində tələbini belə əsaslandırmışdır ki, həyat yoldaşı X7 15 fevral 2003cü il tarixdə anadan olmuşdur. Daima kənar şəxsin qulluğuna ehtiyacı var. Hal-hazırda o, uzun müddətdir ki, fəaliyyət qabiliyyətsizdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 ərizəyə etirazının olmadığını bildirərək ərizənin həllini məhkəmənin mülahizəsinə buraxdı. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən verilmiş 21 oktyabr 2021-ci il tarixli, 2445 nömrəli rəydən görünür ki, 15 fevral 2003-cü il təvəllüdlü X4 Ağır dərəcəli əqli gerilik müəyyən olunur. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş zədəsi ilə anadan olması, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqinin inkişaf etməməsi, ona müvafiq müalicələr təyin edilməsi, sonradan Bakı şəhər X6 müalicədə olması, 23.07.2021-ci il tarixdən Şəki Rayon Psixiatriya Xəstəxanasında “Ağır dərəcəli əqli gerilik” diaqnozu ilə dispanser qeydiyyatda olması, əqli geriliklə əlaqədar məktəbdə oxumaması, psixi vəziyyəti ilə əlaqədar İ qrup müddətsiz əlil hesab edilməsi, əqli geriliyi, fizioloji ifrazatları ilə natəmiz olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin inkişaf etməməsi, nəzərə çarpan ağır ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlirəm ki, X7 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İşdə olan Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 13 sentyabr 2021-ci il tarixli, 856 nömrəli arayışdan görünür ki, 15 fevral 2003-cü il təvəllüdlü X7 23 iyul 2021-ci il tarixdən “Ağır dərəcəli əqli gerilik” diaqnozu ilə xəstəxananın dispanser müşahidəsindədir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göründüyü kimi X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X3 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Məhkəmə Psixiatrik Ekspertizasının da müvafiq rəyi vardır. Ərizəçi X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 15 fevral 2003-cü il tarixdə Şəki rayonu Cumay kəndində anadan olmuş, Şəki rayonu Cumakənd kəndində qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15 fevral 2003-cü il tarixdə Şəki rayonu Cumay kəndində anadan olmuş, Şəki rayonu Cumakənd kəndində qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-2036/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2036/2021
10.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver