Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2072/2021 23.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi, Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 08 sentyabr 2000-ci il tarixdə Şəki rayonu, Qoxmuq kəndində anadan olan, həmin ünvanda qeydiyyatda olan oğlu X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X7 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək tələbini belə əsaslandırdı ki, oğlu X11 08 sentyabr 2000-ci il tarixdə Şəki rayonu, Qoxmuq kəndində əlil doğulmuşdur. Övladı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən “Ağır dərəcəli əqli gerilik davranış pozğunluğunun və özünə qulluq qabiliyyətinin kəskin enməsi diaqnozu qoyulmuşdur. Bildirmidir ki, övladı hər hans orta məktəbdə təhsil almamışdır. Anadan olduğu gündən onun himayəsindədir. Övladı ilə həyat yoldaşı qulluq edirdi. X12 tərəfindən bankamat kartı hazırlanmışdır. Lakin Bank tərəfindən Bankomat kartını himayəçilik olmadığı üçün ona vermirlər. Övladı haqda olan hər hansı sənədə qol çəkə bilmir. X2 fəaliyyət qabiliyyyətli hesab edilməsi zərurət yaratdığından hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 izahat verərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. İşdə olan AZ 202144 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 08 sentyabr 2000-ci il təvəllüdlü X7 atası Ərizəçi, anası isə X4r. İşdə olan Vİİ-ЖГ 329812 seriya nömrəli 20 aprel 1998-ci il tarixli X9 Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi və X8 20 aprel 1998-ci il tarixdə nikah bağlamışlar. İşdə olan Azərbaycan Respublikası Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş 5 noyabr 2021-ci il tarixli, 181 nömrəli rəydən görünür ki, FİZİKİ VƏZİYYƏTİ: Orta boylu, displastik bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Səhhətindən şikayət təqdim etmir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/t 120/80 mm c. s.b., nəbzi dəqiqədə 72 vurğudur. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunur. Göz bəbəkləri qeyri-bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər refleksləri qeyri-bərabərdir. Romberq duruşunda davamsızdır, irəli uzadılmış əl barmaqlarında əsmə vardır. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəsizdir. Bələdliyi pozulub, yoxlanılan şəxs verilən suallara heç bir reaksiya vermir, bütün müayinə boyu özünü narahat və gərgin aparır, səfehcəsinə gülümsəyərək qeyri-adekvat hərəkətlər edir, bəzən anlaşılmaz səslər çıxarır və bu səbəbdən anamnestik məlumatlar atası Ərizəçi toplanmışdır. Müayinə zamanı neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilmir. Əhvalı davamsızdır, davranışı kəskin pozulmuşdur. Yaddaşı zəifdir. Təfəkkürü parçalanmışdır. Oxumaq və yazmaq vərdişləri yoxdur, adi hesablama əməliyyatlarını belə apara bilmir. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Maraq dairəsi daralmışdır, fizioloji tələblərlə motivləşir. Abstrakt və məntiqi təfəkkürə malik deyil. Emosiyaları və affektiv reaksiyaları dayanıqsızdır, əsəbiliyə meyillidir. Düşdüyü vəziyyətə tənqidi yoxdur. İntellekti inkişafdan geri qalıb, şəxsiyyəti qüsurludur, İQ=38 %. Yuxanda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X11 xroniki xəstəlik olan ORTA DƏRƏCƏLİ KƏMAĞİLLİQ, İFADƏ OLUNMUŞ DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntulaj^rr^^a^xalq təsnifatı 10- cu baxış) F71.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə zfıiilküişjtämaterialları, tibbi sənədlər (TSEK-dən 27.12.2018-ci il tarixli şohadətfondirilmə akü)x, anamnestik məlumatlar və hazırki ekspertiza (ekpsertiza zamanı yoxlanılan; şəxsdə bələdliyin kobud pozulması,verilən suallara heç bir reaksiya verməməsi,müaykü'zaftıahı özünü narahat və gərgin aparması, səfehcəsinə və qeyri-adekvat gülməsi, ne^ə yaşt^otduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilrhərnəa^^ıValının davamsız olması, yaddaşının zəifləməsi, təfəkkürün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi,abstrakt və məntiqi təfəkkürünün olmaması,düşdüyü vəziyyətə tənqidinin olmaması, intellekti inkişafdan geri qalması İQ=38 %. və s. ) imkan verir. X11 uşaqlıqdan ORTA DƏRƏCƏLİ KƏMAĞİLLİQ, İFADƏ OLUNMUŞ DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X11 FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X7 uşaqlıqdan xəstə olmaqla ona xəstəliyə görə müavinət təyin edilməsi, sonralar ona İ qrup müddətsiz əlillik verilməsi, xəstəliyi ilə əlaqədar olaraq hərbi qeydiyyatdan sil İnməklə hərbi xidmətə yararsız hesab edilməsi, oxumaq və yazmaq vərdişlərinin olmaması, Şəki rayon uşaq xəstəxanasında və Bakı şəhər X6 stasionar müayinə və müalicələrdə olması, Şəki rayon Psixiatriya Xəstəxanasında müayinə olunaraq “Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” diaqnozu qoyulması (TSEKdən 27.12.2018-ci il tarixli şəhadətləndirilmə aktı), daim valideyinlərinin himayəsi və nəzarəti altında yaşaması, ətrafdakıların köməyinə ehtiyacı olması, hazırki ekspertiza zamanı onda kobud davranış, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının (ekpsertiza zamanı yoxlanılan şəxsdə bələdliyin kobud pozulması,verilən suallara heç bir reaksiya verməməsi,müayinə zamanı özünü narahat və gərgin aparması, səfchcəsinə və qeyri-adekvat gülməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının zəifləməsi, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi, maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi,abstrakt və məntiqi təfəkkürünün olmaması,düşdüyü vəziyyətə tənqidinin olmaması, intellekti inkişafdan geri qalması İQ=38 %. və s. ) aşkar edilməsi və davranışının mümükün nəticələrinin anlaya bilməməsi əsas verir. Bununla əlaqədar olaraq X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X7 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X7 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan Azərbaycan Respublikası Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixo-Nevroloji Dispanserinin də müvafiq rəyi vardır. Ərizəçi X7 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 08 sentyabr 2000-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Şəki rayonunun Qoxmuq kəndində yaşayan 08 sentyabr 2000-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahid İmanov.
Məhkəmə qərarları › İş №2(075)-2072/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2072/2021
23.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver