Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2073/2021 28.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndələri (vəkilləri) Vəkil iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 18 mart 1998-ci il tarixli, JN-278 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının paylarına münasibətdə onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrində tələblərini onunla əsaslandırmışlar ki, Ərizəçi1 xx xxxxxxx 1960-cı il tarixdə Şəki rayonu Baş Zəyzid kəndində anadan olmuşdur. 01 oktyabr 1987-ci il tarixdə Şəki şəhər İHB-nın Baş Zəyzid kənd İƏD üzrə icra nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə X4 adlı şəxsə ərə getmişdir. Nikahları qeyd edilərkən ərinin soyadına uyğun olaraq “Yaqubova” soyadını qəbul etmişdir. Nikahlar qeyd edilənədək soyadı “İsmayılova”olmuşdur. Onun şəxsiyyət vəsiqəsində və digər sənədlərində soyadı, adı və ata adı “Ərizəçi1” kimi qeyd edilmişdir. Hazırda Şəki şəhərində yaşayır. Ərizəçi2 24 avqust 1988-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində və digər sənədlərində soyadı, adı və ata adı “Ərizəçi2” kimi qeyd edilmişdir. Hazırda Şəki şəhərində yaşayır. Oğuz rayonunun Bucaq kəndi ərazisində yerləşən, onların, həmçinin ailə üzvləri X12 və X1 mülkiyyətinə verilmiş 5.36 hektar kənd təsərrüfatı məhsulları təyinatlı torpaq sahəsinə dair 18 mart 1998-ci il tarixli, JN-278 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi1 ata adı səhvən “Cumalı qızı” kimi, Ərizəçi2 adı səhvən Gülnaz” kimi qeyd edilmişdir. Onlar hazırda 18 mart 1998-ci il tarixli, JN-278 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən paylı mülkiyyətlərində olan torpaq sahəsini özgəninkiləşdirmək istəyirlər. Həmin sənəddəki ad və ya ata adlarında olan səhvlər müvafiq notoriat və reyestr əməliyyatlarının aparılmasına əngəl törədir. Onlar bu səhvlərin düzəldilməsi məqsədilə Azərbaycan Respublikası ƏMDK yanında DODRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmişlər. Həmin təşkilatdan sənədin şəxsə məxsus olması faktlarına müvafiq məhkəmələr tərəfindən baxıldığı bildirirərək ərizənin icrasından imtina edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə nümayəndələri (vəkilləri) Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Lakin ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi 12 oktyabr 2021-ci il tarixdə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçilərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X13 göstərdi ki, ərizəçilər onun uzaq qohumlarıdırlar. Ərizəçi1 X4 ilə ailə qurmuşdur. Onların Samir, Gülnar və Gülnamə adlı uşaqları anadan olmuşdur. Onların "Gülnaz"adlı uşaqları yoxdur. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X3 digər şahid X7 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: JN:278 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Oğuz rayon Aqrar İslahatı Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 50 nömrəli qərarına əsasən Oğuz rayonu Bucaq kənd sakinləri X4, Ərizəçi1 Cumalı qızı, X9, X12 və X5 5.36 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, xx xxxxxxx 1960-cı il təvəllüdlü X2 anası isə X6r. Nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X4 və X8 arasında 01 oktyabr 1987-ci il tarixdə bağlanmış nikah 50 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Yaqubov, arvada Yaqubova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 24 avqust 1988-ci il təvəllüdlü Ərizəçi2 atası X4, anası isə Ərizəçi1dır. ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli, **********08 nömrəli məktubdan görünür ki, təqdim edilmiş sənədlərdə yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onunşəxsiyyətini təsdiq edən sənəddə göstərilənadı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçilərin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçilər tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək Oğuz rayon Aqrar İslahatı Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 50 nömrəli qərarına əsasən Oğuz rayonu Bucaq kənd sakinlərinə 5.36 ha pay torpaq sahəsinin verilməsi barədə JN- 278 saylı, kod 40503018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın paylarına münasibətdə Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçilər dövlət büdcəsinə ödədikləri rüsumu tələb etmədiklərindən 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahatı Komissiyasının 18 noyabr 1997-ci il tarixli, 50 nömrəli qərarına əsasən Oğuz rayonu Bucaq kənd sakinlərinə 5.36 ha pay torpaq sahəsinin verilməsi barədə JN-278 saylı, kod 40503018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın paylarına münasibətdə Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-2073/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2073/2021
28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver