Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2074/2021 14.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh2 nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh2, cavabdehlər Cavabdeh1 və Şəki şəhər 1 saylı Notariat Konturuna qarşı “çəkilmiş xərclərin, dəymiş maddi və mənəvi ziyan” tələbinə dair ilk iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “özbaşına tikilinin cavabdehin öz hesabına sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh3 onunla Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən 29 oktyabr 2011-ci il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; Cavabdeh3 Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 19 iyun 2013-cü il tarixli alqısatqı müqaviləsinin ləğv edilməsi və Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən 16 iyul 2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi; Qeyd edilən torpaq sahəsində inşa etdiyi qeyri-yaşayış binası ilə bağlı çəkdiyi 16000 manat xərcin, o cümlədən həmin torpaq sahəsində apardığı yaxşılaşdırma işlərinə çəkdiyi 3000 manat xərcin, cavabdehlərin həmin hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 4000 manatın, mənəvi zərərin əvəzi olaraq 2000 manatın cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman ilk İddiaçı məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən torpaq sahəsində inşa etdirdiyi qeyri-yaşayış binası ilə bağlı çəkdiyi 16000 manat xərcin, o cümlədən həmin torpaq sahəsində apardığı yaxşılaşdırma işlərinə çəkdiyi 3000 manat xərcin, cavabdehlərin həmin hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 4000 manatın, mənəvi zərərin əvəzi olaraq 2000 manatın cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia həcminin azaldılmasına dair ərizəsi MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. 02.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi (vəkili) X3 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddia üzrə İddiaçı iddiasının rədd edilməsi, Cavabdeh2 qarşılıqlı iddiasının təmin edilərək, Şəki rayonu Aşağı Göynük kəndində yerləşən xüsusi mülkiyyətində olan 0,015 ha torpaq sahəsində qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanunsuz öz başına tikdirdiyi qeyri-yaşayış sahəsinin onun öz hesabına sökülməklə, onun torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılan zaman qarşılıqlı iddiaçı Cavabdeh2 nümayəndəsi (vəkili) X3 məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək iddia tələblərinin 3-cü bəndi üzrə “İddiaçı torpaq sahəsindən çıxarılması” hissəsində tələblərini azaldılmasını bildirmiş, qalan hissədə iddia tələblərini müdafiə etmişdir. Cavabdeh2 nümayəndəsi (vəkili) X1 iddia həcminin azaldılmasına dair ərizəsi MPM-nin 53cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, öz ailəsi ilə birlikdə Şəki rayonu Aşağı Göynük kəndində yaşayır. Babasının istifadəsində olmuş, Şəki rayonu Aşağı Göynük kənindəki Xəstəxananın yanında yerləşən torpaq sahəsində 1992-ci ildə qeyri-yaşayış binası inşa etdirmiş və 1995-ci ildən bu günədək həmin qeyri yaşayış binası mağaza və ya çayxana kimi istifadə edilmiş, hazırda da çayxana kimi istifadə edilməkdədir. Çayxana ilə bağlı bütün vergiləri də özü ödəmiş, hətta həmin ünvana öz adına elektrik sayağacı da quraşdırmışdır. Halbuki, Cavabdeh2 istifadə etdiyi və qeyri-yaşayış binası tikdirdiyi həmin torpaq sahəsini qanunsuz olaraq öz adına rəsmiləşdirmişdir. Həmin torpaq sahəsi Cavabdeh2 adına sənədləşdirilərkən qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışa əsasən Şəki rayonu Aşağı Göynük kəndində yerləşən 0,015 hektar torpaq sahəsi sahibkarlıq məqsədi ilə onun adına 04 oktyabr 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bildirmişdir ki, güya o mülkiyyətində olan və Şəki rayonu Aşağı Göynük kəndində yerləşən 0,015 hektar torpaq sahəsini Cavabdeh1 15000 manata satmış, bununla bağlı güya onunla Cavabdeh1 arasında Cavabdeh3 10 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra Cavabdeh1 həmin torpaq sahəsini 29 oktyabr 2011-ci il tarixdə öz adına dövlət qeydiyyatına aldırmış, bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən MA seriyalı ******* nömrəli çıxarış verilmişdir. Eyni zamanda Cavabdeh1 mülkiyyətində olan və Şəki rayonu Aşağı Göynük kəndində yerləşən 0,015 hektar torpaq sahəsini Cavabdeh2 15000 manata satmış, bununla bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında Cavabdeh3 19 iyun 2013-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra Cavabdeh2 həmin torpaq sahəsini 16 iyul 2013-cü il tarixdə öz adına dövlət qeydiyyatına aldırmış, bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında DƏDRXnin Şəki şəhər Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bildirmişdir ki, o, Cavabdeh1 həmin torpaq sahəsini satmamışdır. Bununla bağlı Cavabdeh1 tərəfindən ona hər hansı bir məbləğdə pul verilməmişdir. Cavabdeh2 isə işin bu halından istifadə edərək həmin torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Qeyd edilən alqı-satqı müqaviləsində göstərilən 15000 manat məbləğində pul Cavabdeh1 tərəfindən ona ödənilməmiş, bunun əksini təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Cavabdeh1 müqavilə üzrə öhdəliyini icra etməməsi onun müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmağı ilə nəticələndiyindən Cavabdeh1 bu hərəkəti müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Əslində, aralarında belə bir müqavilə bağlanmamışdır. Cavabdeh1 Şəki şəhəri 1 saylı Notariat Kontorunda onunla aralarında bağlandığı müəyyən edilən 10 oktyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin müqavilə bağlandıqdan sonra öz öhdəliklərini yerinə yetirərək ona həmin müqavilədə nəzərdə tutulmuş 15000 manat pulu ödəməməsi nəzərə alınaraq onunla Cavabdeh1 arasında bağlandığı müəyyən edilən 10 oktyabr 2011-ci tarixli alqı-satqı müqaviləsi ləğv edilməlidir. Cavabdeh2 isə bütün bu olanlardan xəbəri olmuş və o, onun həmin torpaq sahəsini satmamağından, ona bununla bağlı pul verilməməsindən məlumatı olmuşdur. Mübahisə predmeti olan həmin torpaq sahəsini Cavabdeh1 əldə edən Cavabdeh2 əqdin legitimsizliyindən, eyni zamanda əldə olunmuş əmlaka digər şəxslərin mümkün iddialarından xəbəri olduğundan o, vicdansız alıcı hesab edilməlidir. Həmçinin bildirmişdir ki, vaxtilə Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən dədə-baba torpaq sahəsində dəyəri 16000 manat təşkil edən qeyri-yaşayış binası inşa etdirmişdir. Həmin qeyri-yaşayış sahəsi hazırda hazırda 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində qalmışdır. Lakin, Cavabdeh2 ona qarşı olan iddiası əsasında məhkəmə qərarına əsasən onun həmin torpaq sahəsindən çıxarılmağı qərara alınmış və həmin qətnamə icra məmurları tərəfindən icra edilmişdir. Lakin, onun həmin torpaq sahəsində inşa etdirdiyi qeyri-yaşayış binası, o cümlədən həmin torpaq sahəsində apardığı yaxşılaşdırma işlərinə çəkdiyi xərclər əlindən çıxmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda iddia tələbini məhkəməyə təqdim etdiyi iddia tələbinin azaldılması hissəsində müdafiə edir. Buna görə də məhkəmədən vaxtilə Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən torpaq sahəsində inşa etdirdiyi, hazırda 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla Cavabdeh2 mülkiyyətində qalmış qeyri-yaşayış binası ilə bağlı çəkdiyi 16000 manat xərcin, o cümlədən həmin torpaq sahəsində apardığı yaxşılaşdırma işlərinə çəkdiyi 3000 manat xərcin, cavabdehlərin həmin hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 4000 manatın, mənəvi zərərin əvəzi olaraq 2000 manatın cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi (vəkili) X3 Cavabdeh2 qarşılıqlı iddia ərizəsini müdafiə edərək məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən 0,015 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyətindədir. Həmin torpaq sahəsini Cavabdeh2 əvvəlki mülkiyyətçisi Cavabdeh1 notarial qaydada alqı-satqı müqaviləsini rəsmiləşdirmək yolu ilə 15.000 manat məbləğində nəğd pulla satın almışdır. Mülkiyyətindəki torpaq sahəsində İddiaçı yarada biləcəyi maneələrin aradan qaldırılması barədə iddia tələbləri Şəki rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli iş nömrə 2(075)-186/2017 saylı qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədən iddiaçı şikayət vermiş, lakin qətnamə dəyişilmədən saxlanılmışdır. Apellyasiya İnstansiyasının qətnaməsindən verilmiş kassasiya şikayəti də təmin ediməmiş və qətnamə dəyişilmədən saxlanılmışdır. Sözügedən məhkəmə araşdırılması aparıldığı ərəfədə hazırki İddiaçı Cavabdeh2 qarşı çıxarışın ləğv edilməsi və eyni torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınmasına dair iddia ilə Şəki rayon Məhkəməsinə müraciət etmişdir. Həmin işə hakim Kamran Süleymanovun icraatında baxılmış və iddia tələbi rədd edilmişdir. Qeyd edilən qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (məhkəmə aktlarını ərizəmə əlavə edirəm). Hazırki iş üzrə İddiaçı subyektiv mülahizələrlə əvvəlki mülkiyyətçi Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilələrin ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi və digər tələblərlə lüzumsuz məhkəmə çəkişməsinə cəlb edilməsi mülkiyyət hüquqlarını pozur və onlara əhəmiyyyətli dərəcədə zərər vurur. Belə ki, hazırki ərizə və əlavə etdiyi məhkəmə aktlarından da görülür ki, mübahisələndirilən alqı-satqı müqavilələrinə yekun hüquqi nəticə verilmiş və digər huquqmüəyyənedici sənədlərin qanuni və əsaslı olduğu həmin məhkəmə aktları ilə təsdiq edilmişdir. Bildirmişdir ki, hazırki iddiaçının mülkiyyətindəki torpaq sahəsində qanunsuz inşa etdirmiş qeyri-yaşayış sahəsindən istifadəni davam etdirir. Cavabdeh2 dəfələrlə ona müraciət edib, qanunsuz tikilinin sökülməsini tələb etsə də, hazırki iddiaçı Cavabdeh2 haqlı tələbini icra etmir və bununla da ona əhəmiyyətli dərəcədə ziyan vurur. İddiaçının öz başına tikdirdiyi həmin tikilinin onun öz hesabına sökülməsi və mülkiyyətindəki torpaq sahəsindən çıxarılmaya dair iddia əsaslı olmaqla bərabər həm də qanunidir. Hesab edir ki, iddiaçı Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla Cavabdeh2 mülkiyyətində olan vaxtilə onun tərəfindən inşa etdirmiş olduğu tikililəri sökərək oradan çıxarmalıdır. Həmçinin qeyd etmişdir ki, əvvəlki məhkəmə qətnaməsi ilə İddiaçı 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindən çıxarılması qət edildiyindən iddialarını həmin hissədə azaltmaq qərarına gəlmiş və iddialarını həmin hissədə azaltmışlar. Buna görə də İddiaçı iddiasının rədd edilməsi, Cavabdeh2 qarşılıqlı iddiasının isə qalan hissədə təmin edilərək Şəki rayonu Aşağı Göynük kəndində yerləşən 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,015 ha torpaq sahəsində İddiaçı tərəfindən qanunsuz olaraq öz başına tikdirdiyi qeyri-yaşayış sahəsi onun öz hesabına sökülərək götürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq heç bir səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh Şəki regional “ASAN Xidmət” mərkəzinin notariat ofisinin nümayəndəsi 2(075)- 2074/2021 saylı mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını, qanuna müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 04 oktyabr 2011-ci il tarixdə verilmiş MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən ümumi ölçüsü 0.015 ha olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 10 oktybar 2011-ci il tarixli “müqavilə”dən görünür ki, İddiaçı Şəki rayonu, Aşağı Göynük kəndində mülkiyyətdə olan ümumi sahəsi 0.015 ha olan torpaq sahəsini Cavabdeh1 15000 (on beş min) manata satmışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 29 oktyabr 2011-ci il tarixdə verilmiş MA seriyalı ******* saylı Çıxarışdan görünür ki, Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən ümumi ölçüsü 0.015 ha olan torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 19 iyun 2013-cü il tarixli “müqavilə”dən görünür ki, Cavabdeh1 Şəki Ərazi İdarəsinin 1028 nömrəli 14 iyun 2013-cü il tarixli Arayışına və Çıxarışına əsasən Şəki rayonu, Aşağı Göynük kəndində mülkiyyətdə olan ümumi sahəsi 0.015 ha olan torpaq sahəsini Cavabdeh2 15000 (on beş min) manata satmışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən ümumi ölçüsü 0.015 ha olan torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. İşdə olan Şəki Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli 2(075)-186/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 16 iyul 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan, Şəki rayonu, Aşağı Göynük kəndində 0,015 ha torpaq sahəsindən cavabdeh İddiaçı çıxarılması və iddiaçı Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə cavabdeh İddiaçı tərəfindən yarada biləcək maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2018-ci il tarixli, 2(107)-729/2018 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 2(075)-186/2017 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə sxlanılmışdır. Məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Şəki rayonu, Aşağı Göynük kəndində mülkiyyətdə olan ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini Cavabdeh1 satmışdır. Həmin müqaviləyə əsasən Şəki rayonu, Aşağı Göynük kəndində mülkiyyətdə olan ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə keçmişdir. Cavabdeh1 Şəki rayonu, Aşağı Göynük kəndində mülkiyyətdə olan ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini Cavabdeh2 satmışdır. Həmin müqaviləyə əsasən Şəki rayonu, Aşağı Göynük kəndində mülkiyyətdə olan ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə keçmişdir. İddiaçı bildirmişdir ki, vaxtilə Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən torpaq sahəsində qeyri-yaşayış binası tikdirmişdir. Həmin tikili hazırda qeyri-qanuni yolla 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla Cavabdeh2 mülkiyyətinə keçmiş torpaq sahəsinin hüdudları daxilində qalmışdır. Bildirmişdir ki, həmin qeyri-yaşayış binasının tikintisinə 16000 manat vəsait xərcləmiş, o cümlədən həmin torpaq sahəsində apardığı yaxşılaşdırma işlərinə də 3000 manat xərcləmişdir. Bundan başqa hesab etmişdir ki, cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində ona 4000 maddi zərər və 2000 manat mənəvi zərər də dəymişdir. Cavabdeh isə iddianı qəbul etməmiş, lakin bildirmişdir ki, 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla hazırda onun mülkiyyətində olan və vaxtilə İddiaçı tərəfindən inşa edilmiş tikililər onun öz hesabına sökülərək oradan çıxarılmalıdır. İddiaçı iddiasını, qarşılıqlı iddiaçı isə öz qarşılıqlı iddiasını müdafiə etmişdir. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”-nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri- əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı vaxtilə Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən torpaq sahəsində inşa etdirdiyi, hazırda 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla Cavabdeh2 mülkiyyətində qalmış qeyri-yaşayış binası ilə bağlı çəkdiyi 16000 manat xərcin, o cümlədən həmin torpaq sahəsində apardığı yaxşılaşdırma işlərinə çəkdiyi 3000 manat xərcin, cavabdehlərin həmin hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 4000 manatın, mənəvi zərərin əvəzi olaraq 2000 manatın cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməli, lakin Şəki rayonu Aşağı Göynük kəndində yerləşən 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,015 ha torpaq sahəsində İddiaçı qanunsuz olaraq öz başına tikdirdiyi qeyri-yaşayış sahəsi onun öz hesabına sökülərək götürülməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı və qarşılıqlı iddiaçının özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı vaxtilə Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən torpaq sahəsində inşa etdirdiyi, hazırda 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla Cavabdeh2 mülkiyyətində qalmış qeyri-yaşayış binası ilə bağlı çəkdiyi 16000 manat xərcin, o cümlədən həmin torpaq sahəsində apardığı yaxşılaşdırma işlərinə çəkdiyi 3000 manat xərcin, cavabdehlərin həmin hərəkətləri nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 4000 manatın, mənəvi zərərin əvəzi olaraq 2000 manatın cavabdehlərdən alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Şəki rayonu Aşağı Göynük kəndində yerləşən 16 iyul 2013-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışla Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,015 ha torpaq sahəsində İddiaçı qanunsuz olaraq öz başına tikdirdiyi qeyri-yaşayış sahəsi onun öz hesabına sökülsün. İddiaçı ilk iddia ərizəsi üzrə ödəmiş olduğu dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi üzrə ödəmiş olduğu dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov.
Məhkəmə qərarları › İş №2(075)-2074/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2074/2021
14.12.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver