Məhkəmə qərarları › İş №2(075)-2091/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2091/2021

26.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2091/2021 26.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi X3 “sənədin şəxsə məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi X16 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1997 ci il tarixli, 42 saylı qərarına əsasən Şəki rayonu Baş Kəldək kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,10 hektar və 0,05 hektar pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40408048, JN-151A və KOD 40408048, JN 151B saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamələrin bizə məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən ərizəçi X16 məhkəməyə tələbin azaldılması barədə ərizə təqdim edərək JN-151A, KOD 40408048 saylı və JN-151B, KOD 40408048 saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamələrin payına münasibətdə ona mıxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək göstərdi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1997 ci il tarixli, 42 saylı qərarı ilə ona və ailə üzvlərinə X17, X22, X37, X8 və X30 Şəki rayonu Baş Kəldək kəndi ərazisindən cizgidə göstəilən sərhədlər daxilində 0,10 hektar b i r , 0,05 hektar bir pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40408048, JN-151A, KOD 40408048, JN-151B saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktları verilmişdir. Sonradan ona məlum olmuşdur ki, onun adı soyadə Nəsurullayeva əvəzinə Həbıbullayeva kimi yazılmışdır. Əslində isə onun soyadı Nəsurullayevadır. Belə ki, o ailə qurarakən ərinin Həbıbullayeva soyadını götürməmişdir. Həmin sənədlərdə belə bir mexaniki yanlışlıqların getməsi onların işlərində çox çətinliklər yaradır. Ona görədə məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəni azalma hissəsində müdafiə etmiş və JN-151A, KOD 40408048 saylı və JN-151B, KOD 40408048 saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnamələrin payına münasibətdə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçilərin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi X5 tələbi əsaslıdır. Belə ki, iş materialına əlavə edilmişi JN-151A, KOD 40409018 nömrəli və JN-151B, 40408048 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 47 nömrəli qərarına əsasən X18, X9, X19, X7, X10, X11, X12 cizgidə göstərilən sərhəd daxilində 0,10 və 0.05 hektar torpaq sahəsi verilmişdir. İşdə olan AZ-T 148315 nömrəli X20 təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. İşdə olan İİ-ЖГ 285378 nömrəli X32 Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 ilə Ərizəçi 4 mart 1980-cı il tarixdə nikah bağlamış, nikahdan sonra arvada Nəsurullayeva soadı verilmişdir. İşdə olan AA******* seriya nömrəli Şəxsiyyət Vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1961-ci il təvəllüdlü X1 adı Nəsurullayevadır. İşdə olan 17 noyabr 2021-ci il tarixli, 290 nömrəli arayışdan görünür ki, X13 məxsus JN-151A və JN-151B KOD 40408048 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrdə qeyd edilmiş X14-X6r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 47 nömrəli qərarına əsasən ərizəçiyə və onun ailə üzvləri ilə birlikdə Şəki rayonu Baş Kəldək kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,10 və 0.05 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı onlara JN- 151A və JN-151B KOD 40408048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin müəyyən olundu ki, JN-151A və JN-151B KOD 40408048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi əvəzinə X2 göstərilmişdir. Əslində isə, JN-151A və JN-151B KOD 40408048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında adı olan Ərizəçi ilə X15, eyni şəxsdir və torpağa mülkiyyət hüququna dair dövlət aktı paya münasibətdə Ərizəçi aid olması müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 47 nömrəli qərarına əsasən verilmiş JN-151A və JN-151B KOD 40408048 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin” payına münasibətdə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi X5 dövlət büdcəsinə ödədikləri 10,40 manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 47 nömrəli qərarına əsasən verilmiş JN-151A, 40408048 və JN-151B, KOD 40408048 nömrəli “Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə” payına münasibətdə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar