Məhkəmə qərarları › İş №2(075)-2101/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2101/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2101/2021 18.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 10.09.2020-ci il tarixli müqavilə üzrə Asus notebook üçün 914,9 (doqquz yüz on dörd manat, 90 qəpik) manat ödənilməmiş hissə, 91,1 (doxsan bir manat, 10 qəpik) manat cərimə və 13.09.2020-ci il tarixli müqavilə üzrə , İMEİ Kodu **********51901 olan X1 9S markalı telefon üçün 748,5 (yeddi yüz qırx səkkiz manat, 50 qəpik) manat ödənilməmiş hissə,74,5 (yetmiş dörd manat, 50 qəpik) manat cərimə, ümumilikdə 1829 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1859 manat pulun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə 10.09.2020-cu il və 13.09.2020-ci il tarixli müqavilələrə əsasən,Asus notebook, İMEİ Kodu **********51901 olan X1 9S markalı telefon almış və nəticədə 1829 (bir min səkkiz yüz iyirmi doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 976,5 (doqquz yüz yetmiş altı manat, 50 qəpik) manat (15 ay x 65 manat 10 qəpik + 0 manat ilkin ödəniş) olan Asus notebook üçün ümumilikdə 1066 (bir min altmış altı) manat olmaqla, ondan 914,9 (doqquz yüz on dörd manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 91,1 (doxsan bir manat, 10 qəpik) manat cərimə, 13.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 862 (səkkiz yüz altmış iki) manat (15 ay x 50 manat 80 qəpik + 100 manat ilkin ödəniş) olan İMEİ Kodu **********51901 olan X1 9S markalı telefon üçün ümumilikdə 823 (səkkiz yüz iyirmi üç ) manat olmaqla, ondan 748,5 (yeddi yüz qırx səkkiz manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 74,5 (yetmiş dörd manat, 50 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 175,1 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 10.09.2020-ci il tarixli müqavilə üzrə Asus notebook üçün 914,9 (doqquz yüz on dörd manat, 90 qəpik) manat ödənilməmiş hissə, 91,1 (doxsan bir manat, 10 qəpik) manat cərimə və 13.09.2020-ci il tarixli müqavilə üzrə , İMEİ Kodu **********51901 olan X1 9S markalı telefon üçün 748,5 (yeddi yüz qırx səkkiz manat, 50 qəpik) manat ödənilməmiş hissə,74,5 (yetmiş dörd manat, 50 qəpik) manat cərimə, ümumilikdə 1829 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1859 manat pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 306-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10.09.2020-ci il tarixli müqavilə üzrə Asus notebook üçün 914,9 (doqquz yüz on dörd manat, 90 qəpik) manat ödənilməmiş hissə, 91,1 (doxsan bir manat, 10 qəpik) manat cərimə və 13.09.2020-ci il tarixli müqavilə üzrə , İMEİ Kodu **********51901 olan X1 9S markalı telefon üçün 748,5 (yeddi yüz qırx səkkiz manat, 50 qəpik) manat ödənilməmiş hissə,74,5 (yetmiş dörd manat, 50 qəpik) manat cərimə, ümumilikdə 1829 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1859 manat pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar