Məhkəmə qərarları › İş №2(075)-2103/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2103/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2103/2021 02.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.08.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********66284 XİAOMİ REDMİ 9 markalı telefon üçün 408.2 (dörd yüz səkkiz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə; 28.08.2020-ci il tarixli müqaviləyə əsasən,) Samsung Paltaryuyan, HOFFMANN LED televizor üçün, 2275.2 (iki min iki yüz yetmiş beş manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 415 (dörd yüz on beş) manat dəbbə pulu, ümumilikdə 3203 manat 40 qəpik borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı "xxxx" MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər. Lakin "xxxx" MMCnin baş direktoru İsrafilzadə H.F. 04 oktyabr 2021 və 01 noyabr 2021-ci il tarixlərdə məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyəcəklərini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilərək qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin və Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 28.08.2020-ci il və 28.08.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********66284 XİAOMİ REDMİ 9 markalı telefon, Samsung Paltaryuyan, HOFFMANN LED televizor almış və nəticədə 3203.4 (üç min iki yüz üç manat, qırx qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.08.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 479.6 (dörd yüz yetmiş doqquz manat, altmış qəpik) manat (12 ay x 39 manat 80 qəpik + 2 manat ilkin ödəniş) İMEİ Kodu **********66284 XİAOMİ REDMİ 9 markalı telefon üçün ümumilikdə, 513.2 (beş yüz on üç manat, iyirmi qəpik) manat olmaqla ondan, 408.2 (dörd yüz səkkiz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə; 28.08.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2275.2 (iki min iki yüz yetmiş beş manat, iyirmi qəpik) manat (18 ay x 126 manat 40 qəpik + 0 manat ilkin ödəniş) Samsung Paltaryuyan, HOFFMANN LEİ) televizor üçün ümumilikdə, 2690.2 (iki min altı yüz doxsan manat, iyirmi qəpik) manat olmaqla ondan, 2275.2 (iki min iki yüz yetmiş beş manat, iyirmi qəpik manat ödənilməmiş hissə, 415 (dördyüz on beş) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 71.4 manat təşkil edir. İşdə olan 28.08.2020-ci il tarixli 21118817 nömrəli və 28.08.2020-ci il tarixli 21118892 nömrəli müqavilələrdən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Samsung Paltaryuyan və HOFFMANN LED televizor Cavabdeh satılmışdır. İşdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, cavabdeh, "xxxx" MMC ilə 28.08.2020-ci il və 28.08.2020-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********66284 XİAOMİ REDMİ 9 markalı telefon, Samsung Paltaryuyan, HOFFMANN LED televizor almış və nəticədə 3203.4 (üç min iki yüz üç manat, qırx qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.08.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 479.6 (dörd yüz yetmiş doqquz manat, altmış qəpik) manat (12 ay x 39 manat 80 qəpik + 2 manat ilkin ödəniş) İMEİ Kodu **********66284 XİAOMİ REDMİ 9 markalı telefon üçün ümumilikdə, 513.2 (beş yüz on üç manat, iyirmi qəpik) manat olmaqla ondan, 408.2 (dörd yüz səkkiz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 105 (yüz beş) manat dəbbə; 28.08.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2275.2 (iki min iki yüz yetmiş beş manat, iyirmi qəpik) manat (18 ay x 126 manat 40 qəpik + 0 manat ilkin ödəniş) Samsung Paltaryuyan, HOFFMANN LEİ) televizor üçün ümumilikdə, 2690.2 (iki min altı yüz doxsan manat, iyirmi qəpik) manat olmaqla ondan, 2275.2 (iki min iki yüz yetmiş beş manat, iyirmi qəpik manat ödənilməmiş hissə, 415 (dördyüz on beş) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 71.4 manat təşkil edir. Cavabdeh tərəfindən müqavilə öhdəliyinə əməl edilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı "xxxx" MMC tərəfindən Məmmədhəsənov Elnur Tellan oğluna kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh Məmmədhəsənov Elnur Tellan oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" MMC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdeh Məmmədhəsənov Elnur Tellan oğlundan tələb etməkdə haqlıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasubsüz surətdə yüksək dəbbə pulunu pulu azaldıla bilər. İddiaçı "xxxx" MMC-nin hazırkı iddia tələbinin 105 manat və 415 manat məbləğində dəbbənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 28.08.2020ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********66284 XİAOMİ REDMİ 9 markalı telefon üçün 408.2 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu; 28.08.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung Paltaryuyan, HOFFMANN LED televizor üçün, 2275,2 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Tənasübsüz dərəcədə yüksək hesablandığından 105 manat dəbbə tələbinin 85 manatına, 415 manat dəbbə tələbinin isə 365 manatına dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 223 və 227.1-cı maddələrinin tələblərinə əsasən məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 28.08.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********66284 XİAOMİ REDMİ 9 markalı telefon üçün 408.2 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu; 28.08.2020-ci il tarixli müqaviləyə əsasən, Samsung Paltaryuyan, HOFFMANN LED televizor üçün, 2275,2 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, surəti alındığı vaxtdan 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar