Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-217/2022 24.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Ərizəçilər X16, Əlimirzəyeva (Aburahmanova) Aygün Bayram qızının, Məmmədova (Aburahmanova) Gülnar Bayram qızının və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər X30, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “dövlət aktının paylarına münasibətdə onlara məxsus olması” hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər X30, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli, 08 nömrəli qərarına əsasən Şəki rayonu Şin kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,05 hektar pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40409038, JN-110 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının paylarına münasibətdə X11, X14 və onlara məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçi X30 izahat verərək göstərmişdir ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli, 08 nömrəli qərarına əsasən onlara ailə üzvləri ilə birlikdə Şəki rayonu Şin kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,05 hektar pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40409038, JN-110 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin dövlət aktında paylı mülkiyyətçilərlə bağlı qeydlərdə adları, ata adları və soyadları səhv yazılmışdır. Belə ki, onların ad, soyad və ata adlarının X11, X14, Ərizəçi4, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 olmasına baxmayaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40409038, JN-110 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında onların ad, soyad və ata adları X12, X15, X20, X26, X21 və X13 səhv qeyd olunmuşdur. Həmçinin, paylı mülkiyyətçilərdən X11 və X14 vəfat etmişlər. Bildirmişdir ki, paylı mülkiyyətçilərdən X11 onun qaynatası, X14 isə onun əridir. Həmçinin qeyd etmişdir ki, qızları Gülnar və Aygün sonradan ailə qurmuş və ərlərinin soyadlarını götürmüşlər. Onlar qeyd edilən yanlışlıqların düzəldilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etsələr də, onlara bu tələblə bağlı, yəni həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçilər Əlimirzəyeva (Abdurahmanova) Aygün Bayram qızı, Məmmədova (Abdurahmanova) Gülnar Bayram qızı və Ərizəçi3 məhkəmə iclasında anaları X16 izahatına oxşar olan eyni məzmunlu izahatlar vermiş və ərizələrinin təmin edilməsini xahiş etmişlər. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi və Şəki regioanl “ASAN Xidmət” mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər X30, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tələbi əsaslıdır. Belə ki, işdə olan JN-0110, KOD 40409038 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli, 08 nömrəli qərarına əsasən X12, X15, X20, X26, X21 və X22 cizgidə göstərilən sərhəd daxilində 2,05 hektar torpaq sahəsi verilmişdir. İşdə olan AZ-İ 713622 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 03.02.2015-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İ 038491 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 31.01.2004-cü il tarixdə ölmüşdür. İşdə olan İİİ-JQ 344462 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 12.04.1984-cü il tarixdə X14 ilə X17 arasında nikah bağlanmışdır. Nikahdan sonra arvada Abdurahmanova soyadı verilmişdir. İşdə olan AZ ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 atası X5r. İşdə olan AZ 391066 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X27 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İşdə olan Xİİ-JQ 380323 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X23 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. İşdə olan 16 iyul 2005-ci il tarixli AZ-İ 160123 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X34 ilə X27 arasında 16 iyul 2005-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydlər kitabında 18 nömrə ilə qeyd edimişdir. Nikah bağlandıqdan sonra arvada Əlimirzəyeva soyadı verilmişdir. İşdə olan 30 yanvar 2007-ci il tarixli AZ-İ 308094 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X44 ilə X28 arasında 30 yanvar 2007-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydlər kitabında 08 nömrə ilə qeyd edimişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşdə olan 09 avqust 2014-cü il tarixli AZ-İ 966492 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 ilə X38 arasında 09 avqust 2014-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydlər kitabında 235 nömrə ilə qeyd edimişdir. Nikah bağlandıqdan sonra arvada Abdurahmanova soyadı verilmişdir. İşdə olan Şəki şəhər İHB Baş Layısqı kənd nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli 175 nömrəli arayışdan görünür ki, X3 varisləri X14, Ərizəçi4 Məmmədovna, Ərizəçi1, Ərizəçi2 və X18r. İşdə olan Şəki şəhər İHB Baş Layısqı kənd nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli 176 nömrəli arayışdan görünür ki, KOD 40409038, JN-110 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında adı X1 yazılan şəxs X11 ilə, X2 yazılan şəxs X14 ilə, X7 yazılan şəxs Ərizəçi4 Məmmədovna ilə, X10 yazılan şəxs Ərizəçi1 ilə, X8 yazılan şəxs Ərizəçi2 ilə və X13 yazılan şəxs Ərizəçi3 ilə eyni şəxsdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 01 noyabr 2021-ci il tarixdə ünvanlanmış **********41 saylı məktubdan görünür ki, Şəki rayonu, Şin kəndində yerləşən 2.05 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 11 avqust 2021-ci il tarixli müraciətlərinə DƏDRX-nin 12 saylı Ərazi İdarəsində baxılmışdır. Müraciətləri ilə bağlı tərəflərindən aparılan araşdırma zamanı təqdim etdikləri KOD 40409038, JN-110 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan X12, X15, X20, X26, X21 və X19 ad, soyad və ata adlarının səhv qeyd olunduğu müəyyən edilmişdir. İşdə olan seriya AZE 00****** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxxx 1989-cu il tarixdə Şəki rayonu, Şin kəndində anadan olmuşdur. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1987-ci il tarixdə Şəki rayonu, Şin kəndində anadan olmuşdur. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx xxxx 1964-cü il tarixdə Rusiya Federasiyası, Dağıstan Muxtar Respublikasında anadan olmuşdur. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1985-ci il tarixdə Şəki rayonu, Cumay kəndində anadan olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli, 08 nömrəli qərarına əsasən ərizəçilərə onların ailə üzvləri ilə birlikdə Şəki rayonu Şin kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,05 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən JN-110, KOD 40409038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin müəyyən olundu ki, JN-110, KOD 40409038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında X3 adı səhvən X1, X4 adı səhvən X2, Ərizəçi4 adı səhvən X7, Əlimirzəyeva (Abdurahmanova) Aygün Bayram qızının adı səhvən X10, Məmmədova (Abdurahmanova) Gülnar Bayram qızının adı səhvən X8, Ərizəçi3 adı səhvən X13 göstərilmişdir. Əslində isə, JN-110, KOD 40409038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında adı X1 yazılmış şəxs X11 ilə, X2 yazılmış şəxs X14 ilə, X7 yazılmış şəxs Ərizəçi4 ilə, X10 yazılmış şəxs Əlimirzəyeva (Abdurahmanova) Aygün Bayram qızı ilə, X8 yazılmış şəxs Məmmədova (Abdurahmanova) Gülnar Bayram qızı ilə, X13 yazılmış şəxs Ərizəçi3 ilə eyni şəxsdir və torpağa mülkiyyət hüququna dair dövlət aktı paylarına münasibətdə X11, X14, Ərizəçi4, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli, 08 nömrəli qərarına əsasən verilmiş JN-110, KOD 40409038 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın paylarına münasibətdə X11, X14 və ərizəçilər Ərizəçi4, Əlimirzəyeva (Abdurahmanova) Aygün Bayram qızı, Məmmədova (Abdurahmanova) Gülnar Bayram qızı və Ərizəçi3 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 dövlət büdcəsinə ödədikləri 100,40 (bir yüz) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli, 08 nömrəli qərarına əsasən verilmiş JN-110, KOD 40409038 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın paylarına münasibətdə X6, X9, Ərizəçi4, Əlimirzəyeva (Abdurahmanova) Aygün Bayram qızına, Məmmədova (Abdurahmanova) Gülnar Bayram qızına, Ərizəçi3 məxsus olması hüquqi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100,40 (bir yüz) manat rüsum ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-217/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-217/2022
24.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver