Məhkəmə qərarları › İş №2(075)-223/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-223/2021

16.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-223/2021 16.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon X6 xx xxxxxx 1997-ci il tarixli 41 saylı qərarına əsasən, 40411018, JN 211A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan torpaq sahəsinin paya münasibətdə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Şəki rayon X6 xx xxxxxx 1997-ci il tarixli, 41 saylı qərarına əsasən ona X12, X8, X9 və X10 birlikdə torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon Torpaq Şöbəsi tərəfindən kod: 40411018, JN 211A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin Şəhadətnamədə paylı mülkiyyətçilərlə bağlı qeydlərdə onun adı səhvən yazılmış, yəni "Ərizəçi” əvəzinə mexaniki olaraq səhvən “X4” kimi göstərilmişdir. Bununla bağlı aidiyyəti orqanlara müraciət etsə də onlara bu tələblə bağlı, yəni həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Onların yaşadıqları Cəfərabad kəndində X4 adlı adam yoxdur. Həmin sənəddəki belə bir mexaniki yanlışlıqların getməsi işlərində çox çətinliklər yaradır. Ona görə də məcburiyyət qarşısında qalaraq, hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, ərizəçi onun həyat yoldaşıdır. Ərizəçinin adı Ərizəçidır və ona aid bütün sənədlərdə həmin qaydada yazılmışdır. Lakin 40411018, JN 211A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ərizəçinin adı səhvən Qərənfil kimi qeyd edilmişdir. Halbuki, onlar yaşayan kənddə X4 adlı adam yoxdur. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan JN-211A, KOD 40411018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X6 xx xxxxxx 1997-ci il tarixli, 41 saylı qərarına əsasən Şəki rayonu, Cəfərabad kənd sakinləri X19, X11, X15, X16 və X10 0,08 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. İşdə olan AЗ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 1968-ci il təvəllüdlü X3 atası X17, anası isə X13r. İşdə olan İV-JQ ******* seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X19 ilə X7 arasında xx xxxx 1987-ci il tarixdə bağlanmış nikah 13 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Şəki şəhər İHB-nın Cəfərabad kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 29 nömrəli arayışdan görünür ki, X5 adlı şəxs nümayəndəlik ərazisində yaşamır. İşdə olan Şəki şəhər İHB-nın Cəfərabad kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 30 nömrəli arayışdan görünür ki, KOD 404110** JN ***A nömrəli dövlət aktındaki X4 ilə Ərizəçi eyni adamdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, JN-211A, KOD 40411018 nömrəli “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə“yə əsasən Şəki rayonu X6 xx xxxxxx 1997-ci il tarixli, 41 saylı qərarına ilə Şəki rayonu, Cəfərabad kənd sakinləri X19, X11, X15, X16 və X10 0,08 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. Həmçinin müəyyən olundu ki, JN-211A, KOD 40411018 nömrəli “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə“də Ərizəçi adı səhvən Qərənfil kimi yazılmışdır. Əslində isə JN-211A, KOD 40411018 nömrəli “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə“də adı X1 yazılmış şəxs Ərizəçi ilə eyni şəxsdir və həmin şəhadətnamə payına münasibətdə Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu X6 xx xxxxxx 1997-ci il tarixli, 41 saylı qərarı ilə verilmiş JN-211A, KOD 40411018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də adı səhv olaraq qeyd edilmiş X2 Ərizəçi ilə eyni şəxs olması və JN-211A, KOD 40411018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-nin payına münasbiətdə Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu X6 xx xxxxxx 1997-ci il tarixli, 41 saylı qərarı ilə verilmiş JN-211A, KOD 40411018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də ata adı səhv olaraq qeyd edilmiş X2 Ərizəçi ilə eyni şəxs olması və JN-211A, KOD 40411018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-nin payına münasibətdə Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar