Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2300/2021 28.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı X4, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X4 cavabdeh "xxxx" ASC-nə qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi” tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində "xxxx" ASC-nin X8 Şəbəkəsi MMC-nin əməkdaşlarının tərtib etdikləri 08 sentyabr 2021-ci il tarixli, AKT R- 234234 nömrəli akt əsasında hesablanmış 601,36 manat borcun hesabımdan silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır. Həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında poçta ödəmişlər. Onlar həmişə sayğac üzrə ödəniş aparmışlar. Lakin, cavabdeh təşkilatın nümayəndələri tərəfindən yaşadıqları ünvan üzrə barəsində akt tərtib edilmişdir. Həmin əməkdaşlar qanunvericilikdə nəzərdə tutulmuş tələbləri pozaraq, barəsində belə bir akt tərtib etmişlər. Hazırda yaşadıqları ünvan üzrə yerləşən sayğacda adına qanunsuz olaraq tərtib edilmiş akt əsasında hüquqları kobud surətdə pozulmaqdadır. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə “X2 qaydalarının” tələblərini pozmuşlar, bununla da istehlakçı kimi ona nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə, X2 qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən enerji təhcizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin, həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Bundan başqa həmin aktı məişət abonenti kimi o, imzalamamışdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda ayrıca qeyd aparılmalıdır. Lakin, cavabdeh təşkilatın nümayəndələri həmin aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşlar. Cavabdeh təşkilat 2007-ci ildə onun yaşadığı ünvana quraşdırılmış sayğacı dəyişmiş və onu 14 il sonra yəni 2021-ci ildə yenisi ilə əvəz etmişdir. O, sayğaca hər hansı müdaxilə etməmişdir. Sayğac yararlılıq müddəti keçəndən sonra da onun yaşadığı ünvanda işləmiş və müvafiq enerji sərfiyyatını qeyd etmişdir. Sayğaca nəzarət və onun vaxtında dəyişdirilməsinə görə məsuliyyəti cavabdeh təşkilat daşıyır. Buna görə də məcburiyyət qarşısında qalaraq akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəməyə göndərdiyi etiraz ərizəsini müdafiə edərək izahatında göstərdi ki, iddiaçının Şəki şəhəri, Sarabski küçəsində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC- nin enerji satış bazasında İddiaçı adına olmaqla **********08499 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 08.09.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları N.Həmidov, İ.Mabudov və Ü.Əhmədov tərəfindən Şəki şəhəri, Sarabski küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X2 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının DSM möhürünə müdaxilə olunduğu və hesab mexanizminin yerindən oynadığı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X2 Qaydalarf’nın 8.32 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 08.09.2021-ci il tarixli, R234234 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən 13.09.2021-ci il tarixində Şəki EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunaraq elektrik sayğacı rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Tərtib edilmiş ******* saylı protokolu İddiaçı öz imzasıyla təsdiq etmişdir. Laboratoriyanın 17.09.2021 -ci il tarixli, 233257 saylı protokolu ilə elektrik sayğacının qurğuşun möhürünün əzildiyi barədə rəy verilmişdir. 08.09.2021-ci il tarixli, R234234 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 217 gün üçün 0.07 manatla 2170 kvt.s (dəyəri 151.90 manat) və 0.11 manatla 4086 kvt.s (dəyəri 449.46 manat) toplamda 601,36 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. “EEİQ”-nın 8.32 bəndinin tələbinə görə “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədilə ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X2yə görə yenidən hesablaşma aparılır. Həmin hesablaşma məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X2 etdiyi nəzərə alınmaqla aparılır. Bundan başq “EEİQ”-nın 7.11-ci bəndinin ikinci abzasında göstərilir ki, mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda yerində olan sayğacın 36 gün üçün sərfiyyatının toplamda 60 kvts olduğu, lakin sayğac dəyişildikdən sonrakı dövr üzrə 23 gün üçün artaraq 182 kvts olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (120 kvt s) olduqca böyükdür. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı yaşadığı Şəki şəhəri, Sarabski küçəsində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş 08.09.2021-ci il tarixli R234234 saylı akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Qeyd etmişdir ki, iddiaçının ünvanında olan sayğac 2007-ci ildə quraşdırılmışdır. Həmin sayğac isə 2021-ci ildə yenisi ilə əvəz edilmişdir. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. İddiaçının cavabdeh "xxxx" ASC-və qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarəlmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinlədikdən sonra məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir(göndərməlidir). İş materiallarında olan, abunə haqqında məlumatdan görünür ki, X1 EŞ-nin enerji satış bazasında **********08499 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt Komissiyasının sədri F.Ə.İsmayılov tərəfindən təsdiq edilmiş 23 sentyabr 2021-ci il tarixli icra vərəqinin təsdiq edilmiş surətindən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 217 gün üçün 0.07 manatla 2170 kvt.s (dəyəri 151,9 manat) və 0.11 manatla 4086 kvt.s (dəyəri 449,46 manat) toplamda 601,36 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. İş materiallarına əlavə edilmiş 08 sentyabr 2021-ci il tarixli, R seriaylı 234234 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, yoxlama zamanı sayğacın DSM möhürünə müdaxilə olunması, sayğacın hesablama mexanizminin yerindən oynaması və sıra ardıcıllığının pozulması aşkar olnumuşdur. İş materiallarına əlavə edilmiş məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında ******* nömrəli protokolun təsdiq edilmiş surətindən görünür ki, **********906955 nömrəli sayğac 21565148 nömrəli sayğacla əvəz olunmuşdur. “X2 qaydalarının” 8.15-ci bəndinə görə ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Həmin “Qaydaların” 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh 08.09.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları N.Həmidov, İ.Mabudov və Ü.Əhmədov tərəfindən Şəki şəhəri, Sarabski küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və elektrik enerjisinin istifadə qaydalarının pozulmasına dair akt tərtib etmişlər. Cavabdeh təşkilatın əməkdaşları aktın tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aktın məzmununda həmin bənddə nəzərdə tutulan pozuntulardan məhz hansının istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Sözügedən fərdi yaşayış evində yaşayan X4 həmin aktın tərtibində iştirak etməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda cavabdeh təşkilatın əməkdaşları N.Həmidov, İ.Mabudov və Ü.Əhmədov 08 sentyabr 2021-ci il tarixli, R 234234 saylı X2 qaydalarının pozulması barədə akt tərtib edilərkən həmin aktda hal şahidlərinin iştirakını təmin etməmişlər. Bundan başqa cavabdeh baxış zamanı istehlakçıya məxsus elektrik elektrik sayğacının DSM möhürünə müdaxilə olunması, sayğacın hesablama mexanizminin yerindən oynaması və sıra ardıcıllığının pozulması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin təbirincə desək qeyd edilən müdaxilənin iddiaçı tərəfindən edilməsi hər hansı sübutla təsdiqlənmir. Həmçinin məhkəmə qeyd edir ki, həmin sayğac demək olar ki, hər ay cavabdeh təşkilatın nəzarətçisi tərəfindən yoxlanılır və nəzarətçi həmin müdaxiləni bundan əvvəl də aşkar edə bilərdi. Cavabdeh təşkilatın əməkdaşları X2 zamanı istehlakçı tərəfindən X2 qaydalarının müvafiq maddəsinin posulması səbəbindən akt tərtib edərkən özləri həmin qaydaların 8.33-cü maddəsinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Beləliklə də, cavabdeh təşkilatın əməkdaşları X2 qaydalarının tələblərini pozaraq qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablamışlar. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı X4 iddiası təmin edilməli, "xxxx" ASCnin əməkdaşları tərəfindən iddiaçı X4 barəsində tərtib edilmiş 08 sentyabr 2021-ci il tarixli, R 234234 nömrəli akt əsasında hesablanmış 601,36 manat məbləğində borc onun hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı MPM-nin 216-220 və 360-cı mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçı X4 barəsində tərtib edilmiş 08 sentyabr 2021-ci il tarixli, R 234234 nömrəli akt əsasında hesablanmış 601,36 manat borc X4 hesabından silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-2300/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2300/2021
28.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver