Məhkəmə qərarları › İş №2(075)-2362/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2362/2021

13.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2362/2021 13.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 48 saylı qərarına əsasən Şəki rayonu, Böyük Dəhnə kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 5793,34 kv.m həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş AN seriyalı, 447643 nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair aktın və 1,44 hektar kənd təsərrüfatı məsullarının istehsalı üçün pay torpaq sahəsinin ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40400018, JN 983 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktın payına münasibətdə anası X6 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 48 saylı qərarına əsasən atası X10, anası X6 və ona birlikdə Şəki rayonu, Böyük Dəhnə kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 5793,34 kv.m həyətyanı torpaq sahəsi və 1,44 hektar kənd təsərrüfatı məsullarının istehsalı üçün pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən onlara AN seriyalı, 447643 nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair akt və KOD 40400018, JN 983 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin AN seriyalı, 447643 nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair akt və KOD 40400018, JN 983 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında paylı mülkiyyətçilərlə bağlı qeydlərdə anasının soyadı "Babayeva" əvəzinə mexaniki olaraq səhvən “Yusifova" kimi göstərilmişdir. X2 anası ilə ailə quruqdan sonra anası atasının soyadını götürməmiş, elə “Babayeva” soyadında qalmışdır. Lakin müvafiq qurumlar anasının atasının soyadını götürməsini zənn edərək qeyd edilən aktlarda anasının soyadını Yusifova kimi yazmışlar. Bununla bağlı aidiyyəti orqanlara müraciət etsə də, ona bu tələblə bağlı, yəni həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Bildirmişdir ki, onların yaşadıqları Şəki rayonu, Böyük Dəhnə kəndində "X11” adlı adam yoxdur. Həmin sənədlərdəki belə bir mexaniki yanlışlığın getməsi işinə çox çətinlik yaradır. Atası və anası rəhmətə getdikləri üçün o, torpağı öz adına keçirmək istəyir. Lakin torpağın mülkiyyət hüququna dair dövlət aktında və torpaq sahəsinin plan və ölçüsünə dair aktda belə bir səhvə yol verildiyi üçün o, torpağı öz adına keçirə bilmir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan 25 avqust 1998-ci il tarixli JN-983 KOD 40400018 saylı Torpağa Mülkiyyət Hüququna X20 görünür ki, X15, X13, Ərizəçi Şəki Rayon Aqrar İslahat Komisiyasının 25 mart 1998-ci il tarixli 48 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 1,44 ha ölçüdə verilmiş torpaq sahəsi X19 Kitabında 5522 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 48 saylı qərarına Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş AN seriyalı, 447643 nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair aktdan görünür ki, X10, X7 və Ərizəçi 5793,34 kv.m həyətyanı torpaq sahəsi ayrılmışdır. İşdə olan 14 oktyabr 2021-ci il tarixli AZ-T 177940 nömrəli X3 təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxx 1959-cu il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, atası X15, anası X8r. İşdə olan Şəki Şəhər İHB-nın Böyük Dəhnə kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 08 dekabr 2021-ci il tarixli 05/Q-2659/69 nömrəli arayışdan görünür ki, X14 və X12 arasında bağlanmış nikah 20 sentyabr 1946-cı il tarixdə 08 nömrə ilə akt qeydi tərtib olunmuş və nikaha 10 iyun 2001-ci il tarixdə X9, 08 fevral 2006-cı il tarixdə X4 vəfat etməsi ilə bağlı xitam verilmişdir. İşdə olan 17 fevral 2006-cı il tarixli, AZ-İ 171363 saylı X5 notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 08.02.2006-cı il tarixdə Şəki Rayonu, Böyük Dəhnə kəndində vəfat etmişdir. İşdə olan Şəki Şəhər İHB-nın Böyük Dəhnə kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli 702 nömrəli arayışdan görünür ki, Ərizəçi Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatdadır, yaşayır və 2021-ci ilin kənd təsərrüfatbaşına kitabına əsasən X15 onun atası, X12 isə anasıdır. İşdə olan Şəki Şəhər İHB-nın Böyük Dəhnə kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli 703 nömrəli arayışdan görünür ki, X11 adlı şəxs Şəki şəhər İHB-nin Böyük Dəhnə kənd nümayəndəliyi ərazisində qeydiyyatda olmayıb və yaşamayıb. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 48 saylı qərarına əsasən ərizəçiyə, X10 və X6 Şəki rayonu, Böyük Dəhnə kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 5793,34 kv.m həyətyanı torpaq sahəsi və 1,44 hektar kənd təsərrüfatı məsullarının istehsalı üçün pay torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən onlara AN seriyalı, 447643 nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair akt və KOD 40400018, JN 983 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin müəyyən olundu ki, JN 983 KOD 40400018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında X12 əvəzinə X1 göstərilmişdir. Əslində isə yuxarıda adları sadalanan torpağa mülkiyyət hüququna dair dövlət aktlarında adı olan X11 ilə X12 eyni şəxsdir və həmin sənədlər payına münasibətdə X6 aid olması müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 48 saylı qərarına əsasən Şəki rayonu, Böyük Dəhnə kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 5793,34 kv.m həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş AN seriyalı, 447643 nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair aktın və 1,44 hektar kənd təsərrüfatı məsullarının istehsalı üçün pay torpaq sahəsinin ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40400018, JN 983 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktın payına münasibətdə X6 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədikləri 10,40 manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 48 saylı qərarına əsasən Şəki rayonu, Böyük Dəhnə kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 5793,34 kv.m həyətyanı torpaq sahəsinin ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş AN seriyalı, 447643 nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair aktın və 1,44 hektar kənd təsərrüfatı məsullarının istehsalı üçün pay torpaq sahəsinin ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40400018, JN 983 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının payına münasibətdə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar