Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2365/2021 10.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə **-TN-*** dövlət qeydiyyat nişanlı, Daewoo Nexia markalı, Sedan tipli, 2006-cı il buraxılış, mühərrik G15MF975907B, Ban XWB3L31UD6A224721, gümüşü metalik rəngli, yüksüz kütləsi, 1500 sm olan avtonəqliyyat vasitəsinin alqı-satqısına dair 24.05.2021-ci il tarixli əqdin etibarsız hesab edilməsi və Cavabdehdan **-TN-*** dövlət qeydiyyat nişanlı, Daewoo Nexia markalı, Sedan tipli, 2006-cı il buraxılış, mühərrik G15MF975907B, Ban XWB3L31UD6A224721, gümüşü metalik rəngli, yüksüz kütləsi, 1500 sm olan avtonəqliyyat vasitəsinin 24.05.2021-ci il tarixli əqd üzrə aldığı vəsaitin 3-cü şəxsə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 30 sentyabr 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, 12 oktyabr 2021-ci il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, sonuncu məhkəmə baxış iclası bu günə, yəni 10 dekabr 2021-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Lakin 10 dekabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasına mülki proses tərəfləri gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-2365/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2365/2021
10.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver