Məhkəmə qərarları › İş №2(075)-2412/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2412/2021

25.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2412/2021 25.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 aprel 2003-cü il tarixli, 03 nömrəli qərarına əsasən Şəki rayonu Turan qəsəbəsi ərazisində 8.74 ha torpaq sahəsinin paya münasibətdə X24 və X3 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi tələbin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 aprel 2003-cü il tarixli, 03 nömrəli qərarına əsasən Şəki rayonu Turan qəsəbə sakinlərinə 8.74 ha pay torpaq sahəsinin verilməsi barədə JN:290 saylı, kod 40401027 «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın paylarına münasibətdə ona, həmçinin mərhum X24 və X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, Şəki rayonu Aqrar İslahatı Komissiyasının 25 aprel 2003-cü il tarixli, 03 saylı qərarı ilə ailələrinə 8.74 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi ayrılmış, bununla bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon torpaq şöbəsi tərəfindən JN:290 saylı, kod 40401027 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” hazırlanmış və təhvil verilmişdir. X2 və X6 vəfat etmişdir. O, mülkiyyət sənədini iş üzrə maraqlı şəxs olan DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə təqdim edərək həmin akt üzrə müəyyən edilmiş torpaq üzərində hüquqlarının qeydə alınmasını xahiş etsə də, həmin sənəddə X24 və X1 ata adı, onun isə adı və soyadı texniki olaraq səhv göstərildiyindən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X15 göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçi və onun ailə üzvlərini yaxından tanıyır. Ərizəçinin atası X24 və anası X4r. Onların Ərizəçi, X25, X26 adlı oğulları, Nuhova (Süleymanova) Rahilə Oruc qızı adlı qızları doğulmuşdur. X24 2021-ci ildə, X6 isə 2007-ci ildə vəfat etmiş, o, yas və dəfn mərasimində iştirak etmişdir. Onların “Davud” adlı uşaqları olmamışdır. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X10 və X5 digər şahid X9 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan JN:290 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 aprel 2003-cü il tarixli, 03 nömrəli qərarına əsasən Şəki rayonu Turan qəsəbə sakinləri X27, X7 və X8 8.74 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, 03 avqust 1946-cı il təvəllüdlü X18 atası Ərizəçi Nuh oğlu, anası isə X16r. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-852/70 nömrəli arayışdan görünür ki, X18 nikah akt qeydi aşkar olunmamışdır. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-851/70 nömrəli arayışdan görünür ki, X1 nikah akt qeydi aşkar olunmamışdır. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1976-cı il təvəllüdlü Ərizəçi atası X24, anası isə X4r. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 16 sentyabr 1975-ci il təvəllüdlü X17 atası X24, anası isə X4r. İşdə olan Turan qəsəbə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X18 aşağıdakı ailə üzvləri olub: Ərizəçi (oğlu), X25 (oğlu), X26 (oğlu) və X11 (qızı). İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X24 03 aprel 2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 06 oktyabr 2007-ci il tarixdə vəfat etmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli, **********09 nömrəli məktubdan görünür ki, təqdim edilmiş sənədlərdə yol verilmiş yanlışlığın düzəldilməsi ilə müraciətə baxılmaqdan imtina edilmiş və onlara məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 aprel 2003-cü il tarixli, 03 nömrəli qərarına əsasən Şəki rayonu Turan qəsəbə sakinlərinə cizgidə göstərilən sərhədlər daxilində 8.74 ha pay torpaq sahəsinin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon torpaq şöbəsi tərəfindən verilmiş JN:290 saylı, kod 40401027 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın X24, X6 və Ərizəçi paylarına münasibətdə məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumunu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.5, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 aprel 2003-cü il tarixli, 03 nömrəli qərarına əsasən Şəki rayonu Turan qəsəbə sakinlərinə cizgidə göstərilən sərhədlər daxilində 8.74 ha pay torpaq sahəsinin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon torpaq şöbəsi tərəfindən verilmiş JN:290 saylı, kod 40401027 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın X24, X6 və Ərizəçi paylarına münasibətdə məxsus olması faktı müəyyən edilsin. Ərizəçinin dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar