Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2432/2021 18.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış 07 iyun 2019-cu il tarixli 037CASA191580016 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qardada 6332,27 manat əsas kredit borcu, 32,41 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 6364,68 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 037CASA191580016 saylı 07 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı “Bank Respublika“ ASC-nin Qax filialı tərəfindən Cavabdeh1nın krediti Azərbaycan Respublikasının Prezdentinin Fərmanına əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 6532,27 manat məbləğində kredit Güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. 037CASA191580016 saylı 07 iyun 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh2 arasında 037FİZAM39852202 saylı 07 iyun 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh1nın güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər Cavabdeh1, eləcədə onun zamini Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət etməyimizə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmiş, banka olan borcunu könüllü ödənilməsi üçün təklif verilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1nın 30.08.2021-ci il tarixə “Bank Respublika'' ASC-yə 6332,27 manat əsas kredit borcu, 32,41 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 6364,68 manat borcu qalmaqdadır. Məhkəmə iclası zamanı Cavabdeh2 izahat verərək göstərdi ki, 037CASA191580016 saylı 07 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı “Bank Respublika“ ASCnin Qax filialı tərəfindən Cavabdeh1 krediti Azərbaycan Respublikasının Prezdentinin Fərmanına əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 6532.27 manat məbləğində kredit Güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. 037CASA191580016 saylı 07 iyun 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh2 arasında 037FİZAM39852202 saylı 07 iyun 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borcunu qəbul edir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2019-cu il tarixli 037CASA191580016 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə, 6532,27 manat kredit verilmişdir. İş materiallarında olan, 07 iyun 2019-cu il tarixli 037FİZAM39852202 saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh2 Cavabdeh1 İddiaçı ASC qarşısındakı 07 iyun 2019-cu il tarixli 037CASA191580016 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan borclu Cavabdeh1 07 iyun 2019-cu il tarixli 037CASA191580016 saylı kredit müqaviləsi üzrə 30.08.2021-ci il tarixə İddiaçı ASC-nə olan kredit borcunun, faizlərin və peniyanın hesablanması haqqında arayışdan və çıxarışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-nə 30.08.2021-ci il tarixə 6332,27 manat əsas, 32,41 manat faiz, borcu olmaqla cəmi 6364,68 manat məbləğində borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, 037CASA191580016 saylı 07 iyun 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı “Bank Respublika“ ASC-nin Qax filialı tərəfindən Cavabdeh1nın krediti Azərbaycan Respublikasının Prezdentinin Fərmanına əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 6532,27 manat məbləğində kredit Güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. 037CASA191580016 saylı 07 iyun 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh2 arasında 037FİZAM39852202 saylı 07 iyun 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh1nın güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehlərə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin və cavabdehlər Cavabdeh2 zaminlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1, 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2019-cu il tarixli 037CASA191580016 saylı güzəştli kredit müqaviləsi ləğv edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6332,27 manat əsas kredit borcu, 32,41 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 6364,68 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyun 2019-cu il tarixli 037CASA191580016 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 6332,27 manat əsas kredit borcu, 32,41 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 6364,68 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-2432/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2432/2021
18.11.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver