Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2436/2021 18.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə İddiaçı ASC-nin arasında bağlanmış 29 may 2019-cu il tarixli 037CASA191490017 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2670,75 manat əsas kredit borcu, 11,93 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 2682,68 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, 037CASA191490017 saylı 29 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Qax filialı tərəfindən Cavabdeh3 krediti Azərbaycan Respublikasının Prezdentinin Fərmanına əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2980,75 manat məbləğində kredit Güzəştli kredit müqaviləsinə əsasən reslrukturizasiya olunmuşdur. 037CASA191490017 saylı 29 may 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh2 arasında 037FİZAM48006102 saylı 29 may 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o. borclu Cavabdeh3 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 037CASA191490017 saylı 29 may 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh1 arasında 037FİZAM47837903 saylı 29 may 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh3 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər Cavabdeh3, eləcədə onun zaminləri Cavabdeh2 və Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət etməyimizə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmiş, banka olan borcunu könüllü ödənilməsi üçün təklif verilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 30.08.2021-ci il tarixə İddiaçı ASC-yə 2670,75 manat əsas kredit borcu, 11,93 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 2682,68 manat borcu qalmaqdadır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 may 2019-cu il tarixli 037CASA191490017 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 illik faiz dərəcəsi 1 faiz olmaqla 60 ay müddətinə, 2980,75 manat kredit verilmişdir. İş materiallarında olan, 29 may 2019-cu il tarixli 037FİZAM48006102 saylı və 29 may 2019-cu il tarixli 037FİZAM47837903 saylı zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 İddiaçı ASC qarşısındakı 29 may 2019cu il tarixli 037CASA191490017 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasında onunla birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. İşdə olan borclu Cavabdeh3 29 may 2019-cu il tarixli 037CASA191490017 saylı kredit müqaviləsi üzrə 30.08.2021-ci il tarixə İddiaçı ASC-nə olan kredit borcunun, faizlərin və peniyanın hesablanması haqqında arayışdan və çıxarışdan görünür ki, Cavabdeh3 İddiaçı ASC-nə 30.08.2021-ci il tarixə 2980,75 manat əsas, 2670,75 manat faiz, borcu olmaqla cəmi 2682,68 manat məbləğində borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh3 ilə "Bank Respublika” ASC arasında bağlanmış 29 may 2019-cu il tarixli 037CASA191490017 saylı “Güzəştli Kredit” müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə, illik 1% olmaqla 2980,75 manat məbləğində kredit vermişdir. Cavabdeh2 və Cavabdeh1 ilə "Bank Respublika” ASC arasında bağlanmış 29 may 2019-cu il tarixli 037FİZAM48006102 saylı və 29 may 2019-cu il tarixli 037FİZAM47837903 saylı zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehlərə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1, 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 may 2019-cu il tarixli 037CASA191490017 saylı güzəştli kredit müqaviləsi ləğv edilməli və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2670,75 manat əsas kredit borcu, 11,93 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 2682,68 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 29 may 2019-cu il tarixli 037CASA191490017 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2670,75 manat əsas kredit borcu, 11,93 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 2682,68 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-2436/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2436/2021
18.11.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver