Məhkəmə qərarları › İş №2(075)-258/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-258/2021

23.02.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-258/2021 23.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "İddiaçı" ASC-nin arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 037CASA191540006 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi, X1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5346.58 manat əsas kredit borcu, 27.48 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 5374.06 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X5 zahat verərək göstərdi ki, 037CASA191540006 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Qax filialı tərəfindən Cavabdeh1 krediti Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 5458,58 manat məbləğində kredit Güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. 037CASA191540006 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh3 arasında 037FİZAM48407002 saylı xx xxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh1 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 037CASA191540006 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh2 arasında 037FİZAM48405802 saylı xx xxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh1 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdelılər Cavabdeh1, eləcə də onun zaminləri Cavabdeh3 Sələr oğluna və X3 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət etmələrinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmiş, banka olan borcunu könüllü ödənilməsi üçün təklif verilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2020-ci il tarixə “İddiaçı" ASC-yə 5346.58 manat əsas kredit borcu. 27.48 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 5374.06 manat borcu qalmaqdadır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərdi ki, 037CASA191540006 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Qax filialı tərəfindən onun krediti Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 5458,58 manat məbləğində kredit Güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. 037CASA191540006 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh3 arasında 037FİZAM48407002 saylı xx xxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən zamin, onun güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 037CASA191540006 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh2 arasında 037FİZAM48405802 saylı xx xxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən zamin, onun güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borcunu qəbul edir. Lakin maddi imkanı aşağı olduğundan borcunu vaxtında ödəyə bilməmişdir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh3 digər Cavabdeh1 izahatına oxşar olan izahat vermişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsnə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 037CASA191540006 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsndən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 60 ay müddətinə illik 1% dərəcəsi ilə 5458,58 manat manat məbləğində kredit verilmişdir. İşdə olan 037FİZAM48405802 saylı xx xxxx 2019-cu il tarixli və 037FİZAM48407002 saylı xx xxxx 2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, əmmədov Şahin Kamil oğlunun 037CASA191540006 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə xx xxxxxxxx 2020-ci il tarixə 5346,58 manat əsas, 27,48 manat faiz olmaqla, cəmi 5374,06 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki 037CASA191540006 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Qax filialı tərəfindən Cavabdeh1 krediti Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən 60 av müddətinə illik 1% dərəcəsi ilə 5458,58 manat məbləğində kredit Güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. 037CASA191540006 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh3 arasında 037FİZAM48407002 saylı xx xxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh1 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 037CASA191540006 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh2 arasında 037FİZAM48405802 saylı xx xxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh1 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdeh X4 və onun zaminləri Cavabdeh3 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5346.58 manat əsas kredit borcu, 27.48 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 5374.06 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. İddiaçı ASC -nin Cavabdeh1 ilə "İddiaçı" ASC-nin arasında bağlanmış xx xxxx 2019cu il tarixli 037CASA191540006 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi, X1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5346.58 manat əsas kredit borcu, 27.48 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 5374.06 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair mülki iş üzrə İddiaçı ASC-nin iddia tələbinin “cavabdeh X6 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 37CASA191540006 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi” ilə əlaqədar hissəsinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-258/2021 saylı qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5346.58 manat əsas kredit borcu, 27.48 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 5374.06 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. İddiaçı ASC -nin Cavabdeh1 ilə "İddiaçı" ASC-nin arasında bağlanmış xx xxxx 2019cu il tarixli 037CASA191540006 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi, X1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 5346.58 manat əsas kredit borcu, 27.48 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 5374.06 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair mülki iş üzrə İddiaçı ASC-nin iddia tələbinin “cavabdeh X6 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 37CASA191540006 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi” ilə əlaqədar hissəsinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-258/2021 saylı qərardadı nəzərə alınsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar