Məhkəmə qərarları › İş №2(075)-2585/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2585/2021

16.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2585/2021 16.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “Torpaq haqqında olan çıxarışların payına münasibətdə ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Zunud kəndində yerləşən, onun və digər şəxslərin birgə mülkiyyətində olan 0,660 hektar, 0,99 hektar və 0,46 hektar torpaq sahələri ilə bağlı ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 26 avqust 2015-ci il tarixdə verilmiş **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışların payına münasibətdə ona məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək göstərdi ki, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 26 avqust 2015-ci il tarixdə verilmiş **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışlarına əsasən onun və digər şəxslərin ümumi birgə mülkiyyətlərinə müvafiq olaraq 0,660 hektar, 0,99 hektar və 0,46 hektar torpaq sahələri adlarına qeydiyyata alınmışdır. Lakin, həmin çıxarışlarda onun atasının adı Nühbala əvəzinə mexaniki olaraq səhvən Nurbala kimi göstərilmişdir. Əslində onun ata adı Nuhbaladır. Halbuki, onların Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə təqdim etdikləri çıxarışlara əsasən qeyd edilən torpaq sahələrinin digər şəxslərlə birgə ona da məxsus olduğu öz təsdiqini tapmışdır. Bununla bağlı aidiyyəti orqanlara müraciət etsələr də, onlara bu tələblə bağlı, yəni həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin sənəddəki belə bir mexaniki yanlışlıqların getməsi işinə çox çətinliklər yaradır, nəticədə onun mülkiyyət hüquqları pozulur və mülkiyyətində olan torpaq sahələrindən öz istədiyi kimi istifadə edə bilmir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Ərizəçi onun övladıdır. Qeyd etmişdir ki, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 26 avqust 2015-ci il tarixdə verilmiş **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışlarına əsasən Validənin və digər şəxslərin ümumi birgə mülkiyyətlərinə müvafiq olaraq 0,660 hektar, 0,99 hektar və 0,46 hektar torpaq sahələri adlarına qeydiyyata alınmışdır. Lakin, həmin çıxarışlarda Validənin atasının adı Nühbala əvəzinə mexaniki olaraq səhvən “Nurbala” kimi göstərilmişdir. Əslində onun ata adı, həmçinin onun ərinin adı Nuhbaladır. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 26 avqust 2015-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Şəki rayonu, Zunud kəndində yerləşən ümumi ölçüsü 0.660 ha olan torpaq sahəsi X10, X6, X7, X8, Ərizəçi Nurbala qızı, X11 və X1 xüsusi mülkiyyətindədir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 26 avqust 2015-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Şəki rayonu, Zunud kəndində yerləşən ümumi ölçüsü 0.99 ha olan torpaq sahəsi X10, X6, X7, X8, Ərizəçi Nurbala qızı, X11 və X1 xüsusi mülkiyyətində olmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 26 avqust 2015-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Şəki rayonu, Zunud kəndində yerləşən ümumi ölçüsü 0.46 ha olan torpaq sahəsi X10, X6, X7, X8, Ərizəçi Nurbala qızı, X11 və X1 xüsusi mülkiyyətində olmuşdur. İşdə olan 16 fevral 1976-cı il tarixli İİİ-ЖГ 441359 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 1976-cı il təvəllüdlü Ərizəçi atası X9, anası isə X3r. İşdə olan 07 yanvar 1980-cı il tarixli Vİ-ЖГ 396755 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 31 dekabr 1979-cu il təvəllüdlü X4 atası X9, anası isə X3r. İşdə olan 10 iyun 1988-ci il tarixli Xİİİ-ЖГ 355965 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 19 aprel 1988-ci il təvəllüdlü X2 atası X9, anası isə X3r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 26 avqust 2015-ci il tarixdə verilmiş **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışlarına əsasən onun və digər şəxslərin ümumi birgə mülkiyyətlərinə müvafiq olaraq 0,660 hektar, 0,99 hektar və 0,46 hektar torpaq sahələri adlarına qeydiyyata alınmışdır. Həmçinin müəyyən olundu ki, **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışlarında Ərizəçi atasının adı “Nühbala” əvəzinə “Nurbala” kimi göstərilmişdir. Əslində isə, **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışlarında adı Ərizəçi Nurbala qızı kimi yazılmış şəxs Ərizəçi ilə eyni şəxsdir və qeyd edilən çıxarışlar payına münasibətdə Ərizəçi məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 26 avqust 2015-ci il tarixdə verilmiş **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışların payına münasibətdə Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədikləri 100 manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 26 avqust 2015-ci il tarixdə verilmiş **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və **********72 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışların payına münasibətdə Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100,40 manat ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar