Məhkəmə qərarları › İş №2(075)-2587/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2587/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2587/2021 03.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer Aspire 3 kompüter üçün 992 (doqquz yüz doxsan iki) manat ödənilməmiş hissə, 99 (doxsan doqquz) manat cərimə, 01 mart 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********96676 Samsung Galaxy A10 markalı telefon üçün 160 (yüz altmış) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, 08 mart 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********56720 Samsung galaxy A10 markalı telefon üçün 195 (yüz doxsan beş) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, ümumilikdə 1481 manat borc, 34,81 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh, "xxxx" MMC ilə 28.02.2020-ci il, 01.03.2020-ci il və 08.03.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer Aspire 3 kompüter, İMEİ Kodu **********96676 və **********56720 olan 2 ədəd Samsung galaxy A10 markalı telefon almış və nəticədə 1481 (min dörd yüz səksən bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1317.4 (min üç yüz on yeddi, qırx qəp) manat (12 ay x 90.2 manat - 235 manat ilkin ödəniş) Acer Aspire 3 kompüter üçün ümumilikdə, 1091 (min doxsan bir manat olmaqla ondan, 992 (doqquz yüz doxsan iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 99 (doxsan doqquz) manat cərimə miqdarında borc yaranmışdır. 01.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 300 (üç yüz) manat (6 ay x 40 manat 4- 60 manat ilkin ödəniş) İMEİ Kodu **********96676 Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə, 176 (yüz yetmiş altı) manat olmaqla ondan 160 (yüz altmış) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 (on altı) manat cərimə, 08.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 355.2 (üç yüz əlli beş iyirmi qəp) manat (6 ay x J9.2 manat ' 60 manat ilkin ödəniş) İMEİ Kodu **********56720 Samsung galaxy A10 markalı telefon üçün ümumilikdə, 214 (iki yüz on dörd) manat olmaqla ondan, 195 (yüz doxsan beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19 (on doqquz) manat cərimə, cavabdehin cəmi ödədiyi məbləğ 625.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəli təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer Aspire 3 kompüter üçün 992 (doqquz yüz doxsan iki) manat ödənilməmiş hissə, 99 (doxsan doqquz) manat cərimə, 01 mart 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********96676 Samsung Galaxy A10 markalı telefon üçün 160 (yüz altmış) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, 08 mart 2020ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********56720 Samsung galaxy A10 markalı telefon üçün 195 (yüz doxsan beş) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, ümumilikdə 1481 manat borc, 34,81 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 28.02.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer Aspire 3 kompüter üçün 992 (doqquz yüz doxsan iki) manat ödənilməmiş hissə, 99 (doxsan doqquz) manat cərimə, 01 mart 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********96676 Samsung Galaxy A10 markalı telefon üçün 160 (yüz altmış) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, 08 mart 2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********56720 Samsung galaxy A10 markalı telefon üçün 195 (yüz doxsan beş) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə, ümumilikdə 1481 manat borc, 34,81 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar