Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-259/2021 23.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə "İddiaçı" ASC-nin arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 037CASA191630007 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 7117,36 manat əsas kredit borcu, 32,83 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 7150,19 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X3 zahat verərək göstərdi ki, 037CASA191630007 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Qax filialı tərəfindən Cavabdeh2 krediti Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 7117,36 manat məbləğində kredit Güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. 037CASA191630007 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh3 arasında 037FİZAM47729502 saylı xx xxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh2 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 037CASA191630007 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh1 arasında 037FİZAM41776204 saylı xx xxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh2 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh2, eləcə də onun zaminləri Cavabdeh3 və Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət etmələrinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmiş, banka olan borcunu könüllü ödənilməsi üçün təklif verilməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2020-ci il tarixə “İddiaçı" ASC-yə 7117,36 manat əsas kredit borcu. 32,83 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 7150,19 manat borcu qalmaqdadır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək göstərdi ki, 037CASA191630007 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Qax filialı tərəfindən onun krediti Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 5458,58 manat məbləğində kredit Güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. 037CASA191630007 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh3 arasında 037FİZAM47729502 saylı xx xxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən zamin, onun güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 037CASA191630007 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh1 arasında 037FİZAM41776204 saylı xx xxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən zamin, onun güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Borcunu qəbul edir. Lakin maddi imkanı aşağı olduğundan orcunu vaxtında ödəyə bilməmişdir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 da Cavabdeh2 ilə eyni məzmunda izahat verərək qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsnə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 037CASA191630007 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsndən görünür ki, həmin müqavilə əsasında Cavabdeh2 60 ay müddətinə illik 1% dərəcəsi ilə 7117,36 manat manat məbləğində kredit verilmişdir. İşdə olan 037FİZAM41776204 saylı xx xxxx 2019-cu il tarixli və 037FİZAM47729502 saylı xx xxxx 2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh3 və Cavabdeh1 Cavabdeh2 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, əmmədov Şahin Kamil oğlunun 037CASA191630007 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə xx xxxxxxxx 2020-ci il tarixə 7117,36 manat əsas, 32,83 manat faiz olmaqla, cəmi 7150,19 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki 037CASA191630007 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Qax filialı tərəfindən Cavabdeh2 krediti Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 5458,58 manat məbləğində kredit Güzəştli kredit müqaviləsinə əsasən restrukturizasiya olunmuşdur. 037CASA191630007 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh3 arasında 037FİZAM47729502 saylı xx xxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh2 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 037CASA191630007 saylı xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin təminatı qismində Bankla Cavabdeh1 arasında 037FİZAM41776204 saylı xx xxxx 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən o, borclu Cavabdeh2 güzəştli kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdeh X2 və onun zaminləri Cavabdeh3 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 7117,36 manat əsas kredit borcu, 32,83 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 7150,19 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. İddiaçı ASC-nin Cavabdeh2 ilə "İddiaçı" ASC-nin arasında bağlanmış xx xxxx 2019cu il tarixli 037CASA191630007 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 7117,36 manat əsas kredit borcu, 32,83 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 7150,19 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair mülki iş üzrə İddiaçı ASC-nin iddia tələbinin “Cavabdeh2 ilə "İddiaçı" ASC-nin arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 037CASA191630007 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi” ilə əlaqədar hissəsinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-259/2021 saylı qərardadı nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 7117,36 manat əsas kredit borcu, 32,83 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 7150,19 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. İddiaçı ASC-nin Cavabdeh2 ilə "İddiaçı" ASC-nin arasında bağlanmış xx xxxx 2019cu il tarixli 037CASA191630007 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 7117,36 manat əsas kredit borcu, 32,83 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla cəmi 7150,19 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair mülki iş üzrə İddiaçı ASC-nin iddia tələbinin “Cavabdeh2 ilə "İddiaçı" ASC-nin arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 037CASA191630007 saylı güzəşli kredit müqaviləsinin ləğv edilməsi” ilə əlaqədar hissəsinin baxılmamış saxlanılması barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(075)-259/2021 saylı qərardadı nəzərə alınsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-259/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-259/2021
23.02.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver