Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2617/2021 22.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC sadələşdirilmiş iddia icraaqtı qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 913.47 (doqquz yüz on üç manat qırx yeddi qəpik) manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiа ərizəsi məhkəmənin icrааtınа qəbul edilmiş, məhkəmə bildirişi cavabdehin qeydiyyatda olduğu Şəki rayonu, Kiçik Dəhnə kəndinə rəsmi qaydada göndərilmişdir. Lakin məktub ünvan sahibinə çatmadığından geri qaytarılmışdır. Buna səbəb isə həmin şəxsin vəfat etdiyi göstərilmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. İşdə olan Cavabdeh ünvanına göndərilmiş məhkəmə bildirişinin olduğu SS751562945AZ nömrəli zərfin üzərinə edilmiş qeydiyyatdan görünür ki, Cavabdeh vəfat etmişdir. Həmçinin, məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş AZ-İ seriyalı 968541 nömrəli ölüm haqqında şəhədatnamədən görünür ki, Cavabdeh 17 dekabr 2018-ci il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində ölmüşdür. Göründüyü kimi Cavabdeh 17 dekabr 2018-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi isə 01 noyabr 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Belə olduğu halda iddia ərizəsi üzrə cavabdeh kimi qeyd edilən Cavabdeh məhkəmədə tərəf olarkən deyil, hələ belə status qazanmamışdan təxminən 3 il əvvəl vəfat etmişdir. Göründüyü kimi iddiaçı məhkəmədə artıq 3 il əvvəl ölmuş cavabdehə qarşı iddia qaldırmışdır. Halbuki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxtda cavabdeh artıq vəfat etmiş olmuşdur. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinin məzmununa görə isə mərhum Cavabdeh məhkəmə iclasında tərəf kimi iştirak edib, mülki işə baxılan zaman vəfat edərdisə və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verərdisə məhkəmə cavabdehin hüquqi varisini müəyyən edərək işə cəlb etməlidir. Lakin hazırkı vəziyyətdə iddiaçı özü mərhum Cavabdeh hüquqi varisini aşkar edərək ona qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır. MPM-nin 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası MM-nin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. İddiaçı ASC-nə izah edilməlidir ki, Cavabdeh hüquq varisini müəyyən edildikdən sonra ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.7, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. İddiaçı ASC-nə Cavabdeh hüquq varisini müəyyən etməklə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-2617/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2617/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver