Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-272/2021 29.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxx 2000-ci il tarixdə Şəki rayonu, Sanca kəndində anadan olan, həmin ünvanda qeydiyyatda olan oğlu X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək tələbini belə əsaslandırdı ki, oğlu X6 xx xxx 2000-ci il tarixdə Şəki rayonu, Sarıca kəndində anadan olmuşdur. Doğulduğu andan öz hərəkətlərini ölçüb-biçmək, özünü idarə etmək iqtidarında deyildir. Ətrafdakılar üçün təhlükəli olmasa da, nə etdiyini, nə də ki, nə danışdığını dərk etmir. Anadan olduğu gündən onun himayəsindədir. Lakin hazırda oğlu Məmmədə qəyyum təyin edilməsi ilə bağlı Şəki şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Oğlum X1 vəziyyəti onun üzərinə qəyyum təyin edilməsinə zərurət yaratdığından hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məlumat verilməsinə baxmayaraq Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan AZ-İ 061920 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxx 2000-ci il təvəllüdlü X3 atası X4, anası isə Ərizəçidır. İşdə olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X6 ümumi xəstəlik üzrə birinci dərəcəli əlildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazrliyi Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 659 saylı arayışdan görünür ki, Şəki rayonu, Sarıca kəndində yaşayan 2000-ci il təvəllüdlü X6 həqiqətən xx.xx.2018-ci il tarixdən Şəki Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. D-z: Ağır dərəcəli əqli gerilik. İşdə olan Azərbaycan Respublikası Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 54 nömrəli rəydən görünür ki, fiziki vəziyyəti: orta boylu, düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Səhhətindən şikayət təqdim etmir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/t 120/70 mm c.s.b. nəbzi dəqiqədə 78 vurğudur. Nevroloji vəziyyəti: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunmur. Göz bəbəkləri bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər refleksləri canlıdır. Rəmberq duruşunda davamsızdır, irəli uzadılmış əl barmaqlarında əsmə vardır. Psixi vəziyyəti: Xarici görünüşü səliqəsizdir. Bələdliyi pozulub, yoxlanılan şəxs verilən suallara heç bir reaksiya vermir, anlaşılmaz səslər çıxarır. Onunla ünsiyyət qurmaq mümkün olmadığından bütün məlumatlar anası Ərizəçi toplanmışdır. Neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını, ətrafda baş verənləri söyləyə bilmir. Əhvalı davamsızdır, narahatdır, bir yerdə qərar tutmur. Yaddaşı kobud pozulub. Təfəkkürü parçalanıb. Oxumaq, yazmaq vərdişləri yoxdur. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) ışkar etmək mümkün olmur. Maraq dairəsi çox daralmışdır, fizioloji tələblərlə motivləşir. Abstrakt və məntiqi təfəkkürə malik deyil. Emosiyaları və affektiv reaksiyaları davamsızdır. Düşdüyü vəziyyətə heç bir tənqidi yoxdur. İntellekti inkişafdan kəskin geri qalıb, şəxsiyyəti qüsurludur, İQ=32%. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X6 anadangəlmə xroniki xəstəlik olan ağır dərəcəli kəmağıllıq, davranış pozuntuları və nitqin olmaması ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyi keçirir. Bu nəticəyə gəlməyə mülki işin materialları, tibbi səhədləK (Şəki rayon Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2020-c: il tarixli 659 saylı arayış, AR ƏƏSMN yanında TSEK-dən verilmiş xx.xx.2020-ci il tarixli müayinə aktı), anaınnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda davranış pozğunluğu müşahidə olunması, bələdliyinin pozulması, verilən suallara anlaşılmaz səslər çıxarmaqla reaksiya verməsi, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvaııda yaşadığını,ətrafda baş verənləri söyləyə bilməməsi, əhvalının davamsız olması,ondı narahatlıq müşahidə edilməsi, yaddaşının kobud pozulması,təfəkkürünün parçalanması,oxumaq, yazmaq vərdişlərinin olmaması, maraq dairəsinin çox daralması və fizioloji tələblərlə motivləşməsi,abstrakt və məntiqi təfəkkürünün olmaması,tənqidi funksiyalarının kobud pozulması,intellektinin inkişafdan kəskin geri qalması, şəxsiyyətində qüsur aşkar edilməsi, İQ=32% və s.) imkan verir. X6 uşaqlıqdan AĞİR DƏRƏCƏLİ KƏMAGİLLİQ, DAVRANİŞ POZUNTLURİ VƏ NİTQİN OLMAMASİ İLƏ XBT-10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X3 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X3 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan Azərbaycan Respublikası Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixo-Nevroloji Dispanserinin də müvafiq rəyi vardır. Ərizəçi X3 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx xxx 2000-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx xxx 2000-ci il tarixdə Şəki rayonunun Sarıca kəndində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-272/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-272/2021
29.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver