Məhkəmə qərarları › İş №2(075)-274/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-274/2021

08.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-274/2021 08.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqüova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1984-cü il təvəllüdlü əri X2 fəaliyyət qabıliyəti olmayan sız hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək tələbini belə əsaslandırdı ki, X3 onun əridir. Əri bir ilə yaxındır ki, psixi xəstəlikdən əziyyət çəkir və birinci dərəcəli əlildir. Əri ruhi xəstəliyinə görə öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayış ilə öz təsdiqini tapır ki, əri G92 Toksiki ensefalopatiya, ağır toksik-hipoksik ensefolapatiyadan sonraki vegetativ vəziyyət apalik sindrom, ağırlaşma N31.8 sidik kisəsinin digər sinir-əzələ disfunksiyası, çanaq orqanlarının disfunksiyası, ağırlaşma G82.4 spastik tetraplegiya, spastik tetraplegiya xəstəliyindən əziyyət kəçır. Həmin arayışdan da görünür ki, ərinin kənar şəxsin qulluğuna ehtiyacı var. Göstərmişdir ki, əri ümumiyyətlə hərəkət edə bilmir, yataq xəstəsidir. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məlumat verilməsinə baxmayaraq Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan AZ-T 013432 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X1 arasında xx xxxxxxxx 2009-cu il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Rəhimova soyadı verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X3 ümumi xəstəlik üzrə birinci dərəcəli əlildir. Əmək qabiliyyətsiz. Kənar şəxsin qulluğuna ehtiyacı var. İşdə olan Azərbaycan Respublikası Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 42 nömrəli rəydən görünür ki, müayinəyə təqdim edilmiş şəxsin fiziki vəziyyəti: orta boylu, düzgün bədən quruluşludur. Dəri və selikli qişalar quru və təmizdir. Baş ağrılarından, hərəkət məhdudluğundan və yuxu pozuntusundan şikayətlənir. Daxili orqanlarında kobud patologiya aşkar olunmur. A/T 130/80 c.s.b. Nəbzi dəqiqədə 86 vurğudur, ritmikdir. Nevroloji vəziyyəti: mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunur. Göz bəbəkləri bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər refleksləri qeyri-bərabərdir, onda spastik tetraplegiya aşkar edilir. Psixi vəziyyəti: xarici görünüşü səliqəlidir. Bələdliyi zamana, məkana və öz şəxsiyyətinə görə bir qədər zəifləmişdir. Ünsiyyətə daxil olur, bu zaman verilən suallara qısa və konkret cavablar verir, bununla yanaşı anamnestik məlumatları və olmuş hadisələri xronoloji qaydada çatdırır. Əhvalı bir qədər aşağıdır və düşdüyü vəziyyətə müvafiqdir. Yaddaşı nisbətən zəifləmişdir, yeni məlumatları pis qavrayır. Təfəkküründə konkretliyə meyillilik vardır. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, kəskin psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideaları) aşkar etmək mümkün olmur. Emosiyaları və affektiv reaksiyaları nisbətən davamsızdır, tez qıcıqlanır, əsəbiliyə meyillidir. Düşdüyü vəziyyətə tənqidi nisbətən zəifləmişdir, intellekti aldığı təhsilə və keçirdiyi həyat tərzinə müvafiqdir. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, X3 xroniki psixi xəstəlik və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə mülkü işin materialları, tibbi sənədlər (AR ƏƏSMN- nın TSEK-dən verilmiş xx.xx.2020-ci il tarixli şəhadətləndirilmə vərəqəsi, Dağıstan Respublika Klinik xəstəxanasından verilmiş 82/1470 saylı xəstəlik tarixindən çıxarış, AR SN-nın Respublika Klinik xəstəxanasının 1-ci sinir xəstəlikləri şöbəsindən cerilmiş ******* saylı çıxarış), anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. X3 hal-hazırda xroniki psixi xəstəlik və kəmağıllıq xəstəliyi keçirmədiyindən o, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Bununla əlaqədar olaraq X3 hal-hazırda fəaliyyət qabiliyyəti olan şəxs hesab edilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X2 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malikdir, öz hərəkətlərinin mənasını başa düşür, öz hərəkətlərinə rəhbərlik edə bilir. X2 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan hər hansı rəy yoxdur. Azərbaycan Respublikası Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 42 nömrəli rəyindən də göründüyü kimi X3 fəaliyyət qabiliyyəti olan şəxs hesab edilə bilər. Bu əsaslarla məhkəmə hesab edir ki, Ərizəçi xx xxxxxx 1984-cü il təvəllüdlü əri X2 fəaliyyət qabıliyətsız hesab olunması tələbinə dair ərizəsi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizəçi xx xxxxxx 1984-cü il təvəllüdlü əri X2 fəaliyyət qabıliyəti olmayan hesab olunması tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar