Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-275/2022 22.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi Cəmilova (Hacıyeva) Nərmin Nemət qızının iştirakı ilə, Ərizəçi Cəmilova (Hacıyeva) Nərmin Nemət qızının “dövlət aktının payına münasibətdə ona məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi Cəmilova (Hacıyeva) Nərmin Nemət qızı ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən Şəki rayonu, Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,36 hektar, 0,75 hektar və 0,3051 hektar pay torpaq sahələri ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40406018, JN-1162A saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən A-064458 və A- 050035 nömrələri ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədlərinin payına münasibətdə Cəmilova (Hacıyevə) Nərmin Nemət qızına məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Cəmilova (Hacıyeva) Nərmin Nemət qızı izahat verərək göstərmişdir ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə birlikdə Şəki rayonu Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,36 hektar, 0,75 hektar və 0,3051 hektar pay torpaq sahələri ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40406018, JN-1162A saylı torpağa mülkiyyət huququna dair dövlət aktı, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən A-064458 və A-050035 nömrələri ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədləri verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin dövlət aktında paylı mülkiyyətçilərlə bağlı qeydlərdə onun soyadı və adı “X11” əvəzinə mexaniki olaraq səhvən “X12” kimi göstərilmişdir. Əslində onlar ailədə 2 bacı olmuş, qardaşları olmamışdır. Həmçinin o sonradan ailə qurmuş və soyadı Cəmilova soyadına dəyişmişdir. O, qeyd edilən yanlışlıqların düzəldilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etsə də, ona bu tələblə bağlı, yəni həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Mövcud problemi başqa cür həll edə bilməyəcəyi üçün məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi və Şəki regioanl “ASAN Xidmət” mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək göstərmişdir ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən ona və ailə üzvlərinə birlikdə Şəki rayonu Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,36 hektar, 0,75 hektar və 0,3051 hektar pay torpaq sahələri ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40406018, JN-1162A saylı torpağa mülkiyyət huququna dair dövlət aktı, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən A-064458 və A-050035 nömrələri ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədləri verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin dövlət aktında paylı mülkiyyətçilərlə bağlı qeydlərdə onun qızının soyadı və adı “X11” əvəzinə mexaniki olaraq səhvən “X12” kimi göstərilmişdir. Bildirmişdir ki, onların X13 ilə birgə nikahlarından 2 qızları xx xxxxxx 1993-cü il təvəllüdlü X11 və 08 mart 2007-ci il təvəllüdlü X14 vardır. X17 Nemat adlı övladları ümumiyyətlə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 şahid X4 ilə oxşar olan eyni məzmunda ifadə vermişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi Cəmilova (Hacıyeva) Nərmin Nemət qızının tələbi əsaslıdır. Belə ki, işdə olan JN-1162A, KOD 40406018 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 saylı qərarına əsasən X4, X13 və X7 cizgidə göstərilən sərhəd daxilində 0,36 hektar torpaq sahəsi verilmişdir. İşdə olan 19 fevral 2009-cu il tarixli, A 050035 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şəki rayon Aqrar İslahatı Komissiyasının 23 iyul 2022-ci il tarixli, 05 saylı qərarı ilə 3051.02 kv.m torpaq sahəsi X2 adına Dövlət torpaq kadastrı kitabında 19.02.2009-cu il tarixdə 326 nömrə ilə qeydə alınmışdır. İşdə olan 20 fevral 2009-cu il tarixli, A 064458 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şəki rayon Aqrar İslahatı Komissiyasının 23 iyul 2022-ci il tarixli, 05 saylı qərarı ilə 7500.21 kv.m torpaq sahəsi X2 adına Dövlət torpaq kadastrı kitabında 20.02.2009-cu il tarixdə 2870 nömrə ilə qeydə alınmışdır. İşdə olan 21 mart 1993-cü il tarixli, XVİİİ-ЖГ 307404 seriya nömrəli X3 təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 1993-cü il təvəllüdlü X5 atası X4, anası X8r. İşdə olan 14 dekabr 2014-cü il tarixli, AZ-İ 966602 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X11 arasında 14 dekabr 2014-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanmsı haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Cəmilova soyadı verilmişdir. İşdə olan Şəki şəhər İHB-nin Baş Göynük Kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, 05 noyabr 2021-ci il tarixli, 4021 nömrəli arayışdan görünür ki, Baş Göynük kənd sakini X11 ilə JN: 1162A, A 06458, A 050035 saylı torpaq sahələrinin planı və ölçüsündə qeyd edilən X12 eyni şəxsdir. İşdə olan Şəki şəhər İHB-nin Baş Göynük Kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, 08 fevral 2022-ci il tarixli, 501 nömrəli arayışdan görünür ki, X1 rayonu, Baş Göynük kəndində yaşayır, onun ailə üzvləri arvadı 02 may 1971-ci il təvəllüdlü X13, qızı xx xxxxxx 1993-cü il təvəllüdlü X11 və qızı 08 mart 2007-ci il təvəllüdlü X9r. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 17 noyabr 2021-ci il tarixdə ünvanlanmış **********61 saylı məktubdan görünür ki, Şəki rayonu, Baş Göynük kəndində yerləşən 0,36 ha, 0,75 ha və 0,3051 ha torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 12 noyabr 2021-ci il tarixli müraciətlərinə DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. Müraciətləri ilə bağlı tərəflərindən aparılan araşdırma zamanı təqdim etdikləri JN- 1162A KOD 40460618 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və Şəki rayon AİK-nın fəaliyyəti dövründə tərtib olunmuş adlı siyahıda hüquq sahibi olan Ərizəçi adının səhv qeyd olunduğu müəyyən edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 saylı qərarına əsasən ərizəçiyə onların ailə üzvləri ilə birlikdə Şəki rayonu Baş Göynük kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,36 hektar, 0,75 hektar və 0,3051 hektar torpaq sahələri ayrılmışdır. Bununla bağlı onlara KOD 40406018, JN-1162A saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı və A-064458 və A-050035 nömrələri ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədləri verilmişdir. Həmçinin müəyyən olundu ki, KOD 40406018, JN-1162A saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı və A-064458 və A-050035 nömrələri ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədlərində “X5” adı “X12” kimi göstərilmişdir. Əslində isə, KOD 40406018, JN-1162A saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı və A-064458 və A-050035 nömrələri ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədlərində adı “X12” kimi yazılmış şəxs “X11” ilə eyni şəxsdir və torpağa mülkiyyət hüququna dair dövlət aktı paylarına münasibətdə Cəmilova (Hacıyeva) Nərmin Nemət qızına məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 saylı qərarına əsasən verilmiş KOD 40406018, JN-1162A saylı “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” və A- 064458 və A-050035 nömrələri ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədlərinin paylarına münasibətdə Cəmilova (Hacıyeva) Nərmin Nemət qızına məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi Cəmilova (Hacıyeva) Nərmin Nemət qızının dövlət büdcəsinə ödədiyii 100,40 (bir yüz) manat 40 qəpik dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 saylı qərarına əsasən verilmiş KOD 40406018, JN-1162A saylı “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” və A-064458 və A-050035 nömrələri ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədlərinin paylarına münasibətdə Cəmilova (Hacıyeva) Nərmin Nemət qızına məxsus olması hüquqi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 100,40 (bir yüz) manat 40 qəpik rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-275/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-275/2022
22.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver