Məhkəmə qərarları › İş №2(075)-2784/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2784/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2784/2021 23.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 14.10.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN markalı televizor üçün 239,80 (iki yüz otuz doqquz) manat, 80 qəpik ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə, 21.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********83383 olan Samsung Galaxy A50 markalı telefon üçün 431,80 (dörd yüz otuz bir) manat, 80 qəpik ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, ümumilikdə 737,6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə 14.10.2019-cu və 21.12.2019-cu il tarixli müqavilələrinə əsasən HOFFMANN markalı televizor və İMEİ Kodu **********83383 olan Samsung Galaxy A50 markalı telefon almış və nəticədə 737,6 (yeddi yüz otuz yeddi) manat, 60 qəpik borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 14.10.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 486 (dörd yüz səksən altı) manat (18 ay :x 27 manat 0 manat ilkin ödəniş) HOFFMANN markalı televizor üçün ümumilikdə 262,80 (iki yüz altmiş iki) manat, 80 qəpik olmaqla ondan 239,8 (iki yüz otuz doqquz) manat, 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 23 (iyirmi üç) manat cərimə, 21.12.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 649 (altı yüz qırx doqquz) manat (12 ay x 48.5 manat + 67 manat ilkin ödəniş) İMEİ Kodu **********83383 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 474,80 (dördyüz yetmiş dörd manat, səksən qəpik) manat olmaqla ondan 431,8 (dörd yüz otuz bir) manat, 80 qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43 (qırx üç) manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 463,4 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 14.10.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN markalı televizor üçün 239,80 (iki yüz otuz doqquz) manat, 80 qəpik ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə, 21.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********83383 olan Samsung Galaxy A50 markalı telefon üçün 431,80 (dörd yüz otuz bir) manat, 80 qəpik ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, ümumilikdə 737,6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 14.10.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN markalı televizor üçün 239,80 (iki yüz otuz doqquz) manat, 80 qəpik ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə, 21.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********83383 olan Samsung Galaxy A50 markalı telefon üçün 431,80 (dörd yüz otuz bir) manat, 80 qəpik ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, ümumilikdə 737,6 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar