Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-282/2021 05.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qızna, müstəqil tələb irəli sürməyən İİİ şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Cavabdeh2 və Şəki Şəhər Bələdiyyəsinə qarşı “qanunsuz qoyulmuş köşkün sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 1 mənzil 1 ünvanında yerləşən Şəki şəhəri, M.Ə.Rəsulzadə propekti 180 nömrəli binaya bitişik qoyulmuş iki ədəd dəmir-metal konstruksiyadan inşa edilmiş köşkün cavabehin öz hesabına sökülüb götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, onun mülkiyyətində ünvan 3 mənzil 1 ünvanında yerləşən mənzil vardır. O, 2017-ci ildən həmin mənzildə yaşayır və artıq xeyli yaşı var. Bir müddət qabaq onun qonşusu Cavabdeh1 onun mülkiyyətində olan mənzilin pəncərəsinin altına iki ədəd dəmir konstruksiyalı köşk qoyaraq orada küçə ticarəti həyata keçirməklə istər köşkdə istərsə də onun qabağında yaş meyvətərəvəz məhsullarının satışı ilə məşğul olur. Cavabdeh1 satılmayıb qalan məhsulları köşkün yanına ataraq oranı zibilləyir və orda anti-sanitar şərait yaradır. Həmçinin gün ərzində ticarətlə məşğul olduğundan köşkə gəlib-gedən adamların səsi, həmçinin onun özünün səsindən mülkiyyətində olan evdə oturmaq olmur. Həmçinin hər iki köşk və onun qabağında meyvə və tərəvəzləri yığmaqla bina sakinlərinin gediş-gəliş yolunu da kəsmişdir. O, dəfələrlə cavabdehə müraciət edərək köşklərin götürülməsini yolun açılmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Bununla bağlı Cavabdeh2nə və ərazinin sahə müvəkkilinə müraciət etsə də müraciətləri nəticəsiz qalmış və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, yaşadığı mənzilin yerləşdiyi binanın İ mərtəbəsində məişət obyektləri yerləşir. Onun yaşadığı mənzil isə İİİ mərtəbədədir. Həmçinin göstərmişdir ki, cavabdeh tərəfindən istifadə edilən köşklərin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində deyildir. Cavabdehgil həm binanın blokunda həm həyətdə həm də köşkün yanında səs-küy salaraq onun hüzurunu pozurlar. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 37 ildir ki, sözügedən binada yaşayır. Göstərmişdir ki, qeyd edilən köşklər onun yox keçmiş qonşusuna aid olmuşdur. Həmin qonşusu həmin binadan köçüb getmişdir. Gedərkən həmin köşklər ona qalmışdır. Bildirmişdir ki, həmin köşklər 22-23 ildir ki, həmin ərazidədədir. O da uzun müddətdir ki, həmin köşklərin qarşısında meyvə-tərəvəz satmaqla ailələrini dolandırır. Ailələri böyükdür, özü də İİ qrup əlildir. Qeyd etmişdir ki, iddiaçı tərəf 2017-ci ildən həmin binaya köçərək orada yaşamağa başlamışdır. İddiaçı yaşlı olmaqla 80 yaxın yaşı var. Qeyd etmişdir ki, iddiaçı ilə eyni blokda və eyni mərtəbədə yaşayırlar, yəni qonşudurlar. Əvvəllər iddiaçı ilə yaxın qonşuluq münasibətləri olmuşdur. Kasıb olduqlarından əvvəllər gəlini iddiaçının evini silib-süpürməklə onun evini təmizləmiş, iddiaçı da bunun müqabilində onlara maddi yardım etmişdir. Lakin son 6 aydır ki, iddiaçı mütamadi olaraq onlardan müvafiq qurumlara Pois şöbəsinə, İcra Hakimiyyətinə və s-yə şikayətlər edir. Həm iddiaçının şikayətləri həm də pandemiya ilə əlaqədar hazırda köşkün işlədilməsinə icazə verilmir. Hər iki köşkün qapıları hazırda bağlıdır. İddiaçı ona bildirmişdir ki, onun Bakı şəhərində də evi vardır və həmin evində həyətində meyvə-tərəvəz satılır. Həmin şəxslər orada meyvə-tərəvəz satmasına görə ona haqq ödəyirlər. Bildirir ki, sən də ödəməlisən. Göstərmişdir ki, həm iddiaçı həm də o binanın İİİ mərtəbəsində yaşayırlar. Onun istifadəsində olan köşklər isə binanın İ mərtəbəsinin kəllə hissəsindədir. Həmin köşklər iddiaçıya məxsus torpağa qayulmamış və ya köşklər iddiaçıya hər hansı maneçilik törətmir. Hesab edir ki, iddiaçının iddiası əsaslı deyil. Buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə işə daha obyektiv olaraq baxılması zərurəti ilə əlaqədar həm iddiaçının həm də cavabdehin iştirakı ilə yerli baxış etmiş və müyyən etmişdir ki, həm iddiaçı həm də cavabdeh Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 180 nömrəli binanın eyni blokunda və eyni mərtəbəsində yaşamaqla qonşudurlar. Həmin binanın İ mərtəbəsində məişət (market, maqazin, gözəllik salonu) obyektləri yerləşir. İddiaçı binanın İ mərtəbəsinin qeyri-yaşayış sahəsi olmasını nəzərə alsaq binanın İİİ mərtəbəsində yerləşir. Məhz Şəki şəhəri, X5 prospekti, bina 180, mənzil 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehin istifadəsində olan köşklər isə binanın baş (kəllə) hissəsində iddiaçının mülkiyyətində olmayan torpaq sahəsində yerləşir. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, hər iki köşkün qapıları bağlıdır. Orada hər hansı küçə ticarəti ilə məşğul halları müəyyən olunmamışdır. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı X7 tərəfindən verilmiş Seriya RX ******* nömrəli çıxarışın və xx.xx.2017-ci il tarixli mənzilin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X5 prospekti, bina 180, mənzil 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İşdə ola Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Gigiyena və Epidemioligiya Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 55 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 11:00 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 180 saylı binanın tinində qoyulmuş köşklərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan ünvanda yerləşdirilmiş hər iki köşkün fəaliyyəti dayandırılmış və qapıları bağlıdır. Köşkə birləşikli inşa edilmiş altıaçıqda bir neçə içərisi boş olan taxta və karton qutular var idi. Baxış zamanı köşklərin ətrafında heç bir antisanitar vəziyyət və tullantılar aşkar edilməmişdir. İşdə olan Şəki ŞRPŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 189-4230-1221 nömrəli məktubdan görünür ki, ünvan 1 mənzil 1 ünvanında yaşayan Cavabdeh1 barəsində Şəki ŞRPŞ-də inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin hüquqi əsası olmadığından iddia təmin edilməməlidir. Belə ki, məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə iddiaçının mübahisəli tikilinin sökülməsi məsələsinə hüquqi qiymət verməzdən əvvəl, onun belə bir tələblə məhkəməyə müraciət etmək hüququnun mövcud olub-olmaması, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddiaçı cavabdehə qarşı “köşkün cavabehin öz hesabına sökülüb götürülməsi” barədə iddia qaldıraraq, cavabdeh qonşusu tərəfindən onun mülkiyyətində olan ünvan 1 mənzil 1 ünvanında yerləşən Şəki şəhəri, M.Ə.Rəsulzadə propekti 180 nömrəli binaya bitişik qoyulmuş iki ədəd dəmir-metal konstruksiyadan inşa edilmiş köşkün cavabehin öz hesabına sökülüb götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, tərəflərin izahatı və iş materialında olan sənədlərdən məlum olur ki, iddiaçı tərəfindən mübahisələndirilən hər iki köşk iddiaçıya aid torpaq sahəsinə qoyulmamışdır. Yəni cavabdehin istifadəsində olmuş hər iki köşkün yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində deyildir. Həmçinin məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, həmin köşklər bu və ya digər şəkildə iddiaçının hüquqlarını pozmur, onun hüquqlarını məhdudlaşdırmır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, X2 bu tələblə məhkəmədə iddia qaldırmaqda subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X3 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 1 mənzil 1 ünvanında yerləşən Şəki şəhəri, M.Ə.Rəsulzadə propekti 180 nömrəli binaya bitişik qoyulmuş iki ədəd dəmir-metal konstruksiyadan inşa edilmiş köşkün cavabehin öz hesabına sökülüb götürülməsi tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan ünvan 1 mənzil 1 ünvanında yerləşən Şəki şəhəri, M.Ə.Rəsulzadə propekti 180 nömrəli binaya bitişik qoyulmuş iki ədəd dəmir-metal konstruksiyadan inşa edilmiş köşkün cavabehin öz hesabına sökülüb götürülməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-282/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-282/2021
05.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver