Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2878/2021 17.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, hakim İmanov Cahid Fehruz oğlu, İddiaçı X1 Cavabdeh İB-nə qarşı “akt əsasında yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən yazılmış 27.10.2021-ci il tarixli ******* saylı akt barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materialını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən yazılmış 27.10.2021-ci il tarixli ******* saylı akt barədə qətnamə çıxarılmasını xahiş etsə də, iddiaçı iddia ərizəsinin əslini yox surətini məhkəməyə təqdim ediiyi üçün məhkəmə həmin ərizənin imzalanmaması kimi qəbul edir. Bundan başqa Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələbi dəqiq göstərməli olduğu halda iddia ərizəsinin xahiş edirəm hissəsində iddiaçının cavabdehə qarşı yönələn tələbi dəqiq göstərməmişdir. Belə ki, İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən yazılmış 27.10.2021-ci il tarixli ******* saylı akt barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının iddia tələbi aydın və dəqiq deyil. Yəni iddiaçı iddia ərizəsini “akt əsasında yazılmış borcun silinməsi” adlandırılsa da o iddia tələbində hansı məbləğdə borcun silinməsinə dair hər hansı fikir bildirməmişdir. Ona görə də iddiaçı X1 iddia ərizəsi geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də ərizə Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 266- 268ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı X1 Cavabdeh İB-nə qarşı “akt əsasında yazılmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-2878/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2878/2021
17.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver