Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-30/2022 28.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda adından bağlanmış 21 iyul 2007-ci il tarixli, 4Ə-1/281 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 23 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Şəki rayonu Birinci Biləcik kəndində yerləşən 0.98 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmasını xahiş etmişlər. Sonradan ona təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 15 yanvar 2021-ci il tarixli, **********71 nömrəli bildirişində “təqdim olunan sənədlərə əsasən aparılan araşdırılma zamanı qeydiyyata alınması istənilən torpaq sahəsinin Şəki rayon 2 saylı DNKnın 21.07.2007-ci il tarixli, 4Ə-1/281 nömrəli müqaviləsi əsasında dəyişdirildiyinin müəyyən edildiyi” qeyd edilmişdir. Ona görə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizəsinin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 15 yanvar 2021-ci il tarixli, **********71 nömrəli bildirişi ona təqdim olunana kimi Şəki rayon 2 saylı DNK-nın 21.07.2007-ci il tarixli, 4Ə- 1/281 nömrəli müqaviləsindən məlumatı olmamış, habelə tərəfindən hər hansı müqavilə imzalanmamışdır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, nəinki həmin müqaviləni imzalanmamış, həmçinin müqavilə imzalanan vaxt, ümumiyyətlə, ölkə ərazisində olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə İddiaçı verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclaslarına gəlməmiş, digər cavabdehlər Cavabdeh1 və Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisi isə nümayəndələrinin məhkəmə iclaslarında iştirakını təmin etməmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin cavabdeh Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisi 18 fevral 2022-ci il tarixdə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Həmçinin, Cavabdeh2 04 iyun 2021-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək göstərmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddia ərizəsində göstərilir ki, guya iddiaçı və onun ailəsi həmin torpaq sahəsini ona qeyrimüəyyən müddətə icarəyə vermişlər. Halbuki, Şəki rayon Notariat kontorunda həmin torpaq sahəsi ona məxsus torpaq sahəsi ilə dəyişdirilmişdir. Bundan başqa notariat kontorunda müqavilə bağlayarkən həmin müqavilə 2 nüsxə olmaqla ona verildiyi kimi iddiaçı tərəfə də təqdim edilmişdir. 2007-ci ilin iyul ayında bağlanmış müqavilənin iddiaçı və onun ailəsi indiyədək oxuyaraq tanış olmamaları ağlabatan əsas deyildir. Çünki həmin müqavilədə tam aydın surətdə müqavilənin icarə deyil, dəyişmə müqaviləsi olması yazılmışdır. 2007-ci il tarixli müqavilənin mübahisələndirmə müddəti 2008-cı ilin aprel ayında bitməsinə baxmayaraq 13 ilə yaxındır müqavilə mübahisələndirilməmişdir. Hətta o, torpağı aldığından əmin olduğu və qanuni olduğu üçün alqı-satqı müqaviləsi ilə həmin torpağında daxil olduğu torpaqlarını 2007-ci ilin oktyabr ayında X5 qanuni surətdə satmışdır. Göründüyü kimi iddiaçı tərəf 2007-ci ilin iyul ayında bağlanmış əqdi artıq 14 ildir ki mübahisələndirmir və eyni kənddə yaşamalarına baxmayaraq torpağın 14 ildir kimin istifadəsində olması və həmin torpağı həqiqətən onun mülkiyyətində qalması barədə maraqlanmamışdır. Müqavilə notarial qaydada bağlanmış, əgər onun iddiaçıya onlara hər hansı zorakılığı olmuşdusa iddiaçının bunu əvvəlcə notarius, sonra isə hüquq mühafizə orqanlarına bildirmək hüququ var idi. Lakin zorakılıq faktı ilə bağlı heç bir müraciət olmamışdır. O, işləri ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilmir. Amma məhkəmə iclasında iştirak etsə idi iddiaçıya aşağıdakı sualları verərdi. 1) Əgər həmin torpaq sahəsini onunla dəyişməmişdirlərsə, indiyədək onlara həmin torpaq sahəsini əkib-becərməyə nə mane olurdu? 2) Əgər əkib-becərməyə səy göstərmişdilərsə, onlara etdiyim zorakılıq və təzyiqlə bağlı hüquq mühafizə orqanlarına müraciətləri olmuşdurmu? 3) Əgər dəyişmə müqaviləsinin qarşılığında onlara torpaq sahəsi verilməmişdirsə, niyə 2008-ci ildən məhkəməyə müraciət etməmişlər? 4) İddiaçının atası ona dəyişmə müqaviləsinə əsasən verilən torpağı iddiaçıdan gizlinmi-aşkarmı, icra nümayəndəsinin köməkliyi ilə başqa şəxslərə satmasından xəbəri varmı? 5) Əgər iddiaçı həmin müqavilə bağlanan an kənddə olmamışdısa belə kəndə qayıtdıqdan sonra atasından torpaq sahəsinin niyə əkibbecərilmədiyini soruşmamışdır? 6) Həmin torpaq sahəsinin kənarları hasara alınmayıb. Bəs niyə iddiaçı və ailəsi o torpaq sahəsinə girmirlər. Ona görə ki, torpağı iradələrinə uyğun olaraq onunla dəyişdirdiklərini bilirdilər. Beləliklə, həmin torpaq sahəsini notarial müqavilə ilə artıq 14 ildir ki, Nərminə Kərimliyə satmışdır və torpaq hal-hazırda onun istifadəsindədir. Odur ki, İddiaçı ona qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki proses tərəflərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, İddiaçı onun oğludur. Mübahisələndirilən müqavilə bağlanılan vaxt o, oğlu ilə birlikdə Rusiya Federasiyasında olmuşdur. 2008-ci ildən Azərbaycan Respublikasına qayıtmışdır. Gələndən sonra onlara məlum olmuşdur ki, oğlunun adından hazırkı müqavilə bağlanmışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, torpağın satıldığını 2008-ci ildə bilmişlər. 2008-ci ildən onlara edilmiş qanunsuzluqla bağlı bütün orqanlara müraciət etmişlər. Hazırda isə torpağı heç kim əkmir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, İddiaçı onun oğludur. 2006-cı ildə həyat yoldaşım və oğlu Rusiyada olarkən tanışları “Abdulxalıq” onlara gəlmiş, kənddəki bir neçə nəfərin, həmçinin onların torpaq sənədlərinin düzgün olmadığını bildirmiş və sənədləri ona verməyini, hər şeyi qaydasına qoyacağını bildirmişdir. Həmin vaxt “Abdulxalıq”ın əlində başqa dövlət aktları da olduğundan ona inanmış və dövlət aktının əslini ona vermişdir. Sonradan onlara məlum olmuşdur ki, torpaq Rasim adlı şəxsə satılmışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, o, heç bir sənədə qol çəkməmişdir. 2006-cı ildən bu günə kimi dəfələrlə “Abdulxalıq”a müraciət etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; JN:102 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002ci il tarixli, 06 nömrəli qərarına əsasən Şəki rayonu Birinci Biləcik kənd sakinləri X12 və İddiaçı 0.98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı və X12 ilə Cavabdeh2 arasında bağlanmış 21 iyul 2007-ci il tarixli, 4Ə-İ/281 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X4 şəhər Ərazi İdarəsinin verdiyi 13.07.2007-ci il tarixli, 1023 saylı arayış və 20.09.2004-cü il tarixli, 22694 nömrəli Dövlət Aktına əsasən Şəki rayonu Birinci Biləcik kəndində yerləşən 0.98 ha torpaq sahəsini Şəki şəhər Ərazi İdarəsinin verdiyi 16.07.2007-ci il tarixli, 1041 saylı arayış və 26.05.2006-cı il tarixli, 319 nömrəli Dövlət Aktına əsasən həmin kənddə yerləşən, Cavabdeh2 məxsus 0.98 ha torpaq sahəsi ilə əvəzsiz olaraq dəyişmişlər. Torpaq sahələri girov qoyulmamış və həbs altında deyildir. Onun barəsində məhkəmə mübahisəsi yoxdur. Cavabdeh2 ilə X7 arasında bağlanmış 23 oktyabr 2007-ci il tarixli, 4Ə-İ/393 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 Şəki şəhər Ərazi İdarəsinin verdiyi 22.10.2007-ci il tarixli, 1773 saylı arayış və 16.08.2007-ci il tarixli Dövlət Aktına əsasən Şəki rayonu Birinci Biləcik kəndində yerləşən 8.388 ha torpaq sahəsini X2. Torpaq sahələri girov qoyulmamış və həbs altında deyildir. Onlar barəsində məhkəmə mübahisəsi yoxdur. Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 03 iyun 1999-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 10 avqust 2021ci il tarixli, 33/2778 nömrəli məktubundan görünür ki, İddiaçı 2006-2021-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: 05 sentyabr 2005-ci il tarixdə dövlət sərhədindən çıxmış, 13 dekabr 2006-cı il tarixdə geri qayıtmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 yanvar 2022-ci il tarixli, 4/1471 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı, X8 adlarından, Cavabdeh2 adına bağlanmış olan 21 iyul 2007-ci il tarixli 4Ə-İ/281 reyestr nömrəli müqavilənin “İmzalar" hissəsində “1” və “2” rəqəmləri qarşısındakı imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki,Şəki rayonu Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 nömrəli qərarı ilə Şəki rayonu Birinci Biləcik kənd sakinləri X12 və İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.98 hektar torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə dair JN:102 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Mülkiyyətçilərdən İddiaçı və X12 21 iyul 2007-ci il tarixdə onlara məxsus 0.98 ha torpaq sahəsini Cavabdeh2 məxsus 0.98 ha torpaq sahəsi ilə dəyişmişlər. Bundan sonra Cavabdeh2 həmin torpaq sahəsini 23 oktyabr 2007-ci il tarixdə X2. İddiaçı Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda adından bağlanmış 21 iyul 2007-ci il tarixli, 4Ə-1/281 saylı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və onun nümayəndəsi (vəkili) iddianı müdafiə edirlər. Cavabdehlərdən Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisi tarixdə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını, Cavabdeh2 isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 yanvar 2022-ci il tarixli, 4/1471 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsasən İddiaçı, X8 adlarından, Cavabdeh2 adına bağlanmış olan 21 iyul 2007-ci il tarixli 4Ə-İ/281 reyestr nömrəli müqavilənin “İmzalar" hissəsində “1” və “2” rəqəmləri qarşısındakı imzalar - İddiaçı tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən icra olunmaqla, mübahisələndirilən müqavilədəki imzalar iddiaçıya məxsus olmamaqla iddia tələbi əsaslı olsa da, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur, eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göründüyü kimi şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Cavabdeh2 04 iyun 2021-ci il tarixdə göndərdiyi ərizəsində göstərmişdir ki, mübahisələndirilmiş torpaq sahəsi 21.07.2007-ci il tarixdə ona məxsus eyni ölçüdə digər torpaq sahəsi ilə dəyişdirilmiş, daha sonra 23.07.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. Mülkiyyətçilər torpaq sahəsini onunla dəyişdirdiklərini bilmiş və buna etiraz etməmişlər. İddiaçı dəyişmə müqaviləsindən bağlandığı vaxtda, yəni 21 iyul 2007-ci ildə deyil, 23 dekabr 2020-ci il tarixdə xəbəri olduğunu bildirmişdir. Məhkəmə iddiaçının bu fikirlərinə tənqidi yanaşaraq qeyd edir ki, iddiaçı əvvəlki məhkəmə iclaslarında müqavilə bağlanılan vaxt ümumiyyətlə ölkə ərazisində olmadığını bildirmiş, bununla bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə sorğu verilmiş və sorğuya cavab məktubunda İddiaçı 2006-2021-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatların olduğu qeydə edilmişdir; 05 sentyabr 2005-ci il tarixdə dövlət sərhədindən çıxmış, 13 dekabr 2006-cı il tarixdə geri qayıtmışdır. Göründüyü kimi iddiaçı müqavilə bağlanılan vaxt ölkə ərazisində olmuşdur. Bundan başqa iddiaçının məhkəmə iclasına şahid qismində dəvət etdiyi şəxslər onun yaxın qohumları (anası və atası) olmaqla, izahatlarında torpağın satıldığını 2008-ci ildən bildiklərini qeyd etmişlər. Həmçinin, məhkəmə iclasında iddiaçı izahat verərkən torpağı niyə indiyədək əkib-becərmədiklərinə dair suallara cavab verə bilməmişdir. Odur ki, iddia tələbi torpağın qanuni mülkiyyətçisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 mülkiyyət hüquqlarını pozur. Belə ki, əgər iddiaçı vaxtında iddia ilə məhkəməyə müraciət etmiş olsa idi, X7 da ona dəymiş ziyan tələbi ilə Cavabdeh2 qarşı iddia qaldıra bilərdi. Göründüyü kimi iddiaçı müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi (21.07.2007) və ya bilməli olduğu (2008) gündən bir illik iddia müddətini ötürməklə on üç il sonra, yəni 2021-ci ilin martın 17-də vermişdir. Belə ki, tərəflər arasında hadisəsinin baş verməsi ilə bağlı müddət axımı 2008-ci il tarixdən hesablanmaqla 2009-cu il tarixdə bitmişdir. Hətta ümumi iddia müddəti belə 2019-cu il tarixdə bitmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisə tərəfinin iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə verdiyi ərizə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia hüququnun yaranması üçün subyektiv mülki hüququn pozulması faktı mövcud olmalıdır. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox, daha gec müddətdə bilmişdirsə bunu sübut etməlidir. İddiaçı cavabdeh tərəfindən torpağın satın aldığını bunu öz izahatı ilə də təsdiq etmiş, hüquqlarının həyata keçirilməsinə əngəl kimi üzrlü səbəb göstərə bilməmiş, qanunla iddia müddətinin üzürlü səbəbdən ötürülməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Bütün bunlara baxmayaraq məhkəməyə iddia ərizəsi ilə bildiyi və bilməli olduğu son müddət kimi 2009-cu il tarixədək deyil, 17.03.2021-ci il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə iddiaçı tərəfin iddia müddətinin ötürmədiyi barədə izahatına tənqidi yanaşaraq qeyd edir ki, mübahisə edilən torpaq sahəsi faktiki iddiaçıda olsa belə, rəsmi olaraq digər şəxslərə məxsus mülkiyyət sənədinin sərhədləri daxilində olmuş və bu, iddiaçıya məlum olmuşdur. Bununla da o, iddia qaldıranadək ötən 13 il ərzində həmin torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olmasını qəbul etmiş və dövlət tərəfindən təmin ediləcək maddi yardımdan bilərəkdən imtina etmişdir. Şərh olunanlara əsasən İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Həmçinin, 150 (bir yüz əlli) manat ekspertiza xərci İddiaçı alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X6 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2, Cavabdeh1 və Şəki regional «ASAN» xidmət mərkəzində notariat ofisinə qarşı “Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda adından bağlanmış 21 iyul 2007-ci il tarixli, 4Ə-1/281 saylı müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. 150 (bir yüz əlli) manat ekspertiza xərci İddiaçı alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X6 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-30/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-30/2022
28.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver