Məhkəmə qərarları › İş №2(075)-302/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-302/2025

13.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-302/2025 13.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə nümayəndəsi X5 iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X7 oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs xx.xx.2006-cı il təvəllüdlü X7 oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəsində tələbini belə əsaslandırmışdır ki, 24 avqust 2003-cü il tarixdə X2 ilə rəsmi qaydada ailə həyatı qurmuşdur. Birgə nikahlarından 24 sentyabr 2006-cı il tarixdə X7 oğlu anadan olmuşdur. Oğlu X7 oğlu doğulduğu vaxtdan USİ, tetraparetik forma, psixofiziki inkişafın geriliyi xəstəliyindən əziyyət çəkir və hərəkətlərinin mənasını dərk edə bilmir. Doğulduğu vaxtdan ona tərəflərindən zəruri qulluq göstərilmişdir. Uzun illərdir ki, oğlu - X7 oğlu USİ, tetraparetik forma, psixo-fiziki inkişafın geriliyi xəstəliyindən əziyyət çəkir və xəstəliyinə görə hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışda qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixdə doğulmuş X7 oğlu əmək qabliyyətsiz olmaqla əlillik səbəbi ümumi xəstəlik olmuşdur. Dioqnoz isəUSİ, tetraparetik forma, psixo-fiziki inkişafın geriliyi kimi qeyd edilmişdir. Bu səbəbdən Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək xx.xx.2006-cı il təvəllüdlü oğlu X7 oğlunun üzərində qəyyum təyin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasınını 15 noyabr 2024-cü il tarixli 5-7/2-A-xx-xx/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü X7 oğlunun üzərində qəyyum təyin edilməsi ilə bağlı müraciətə baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra sizin X1 üzərində qəyyum təyin edilməyiniz məsələsinə baxılacaqdır. Odur ki, xx.xx.2006-cı il təvəllüdlü X7 oğlunun fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil izahat verərək göstərdi ki, X7 oğlu onun oğludur. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin onu məhkəməyə yönəltmişlər. X7 oğlu xəstə olduğundan ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclası zamanı verdiyi izahatında ərizə ilə tanış olduğunu və ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025 il tarixli, 928 saylı rəyindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7 oğlunda dərin əqli gerilik uşaq serebral iflici nəticəsində (F73) aşkar olunur. Bu səbəbdən o, öz hərəkətlərinin mənasını başa düşmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil. Buna görə də X7 oğlu faaliyyət qabiliyyati olmayan şəxs kimi hesab edilməlidir. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X7 oğlunun fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinənin verilməsi haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X7 oğlu sağlamlıq imkanları məhdud uşaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Göründüyü kimi X7 oğlunda dərin əqli gerilik uşaq serebral iflici nəticəsində (F73), davranış pozuntuları müəyyən edilir. X7 oğlunun fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinində müvafiq rəyi vardır. Ərizəçi X7 oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X7 oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X7 oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhəri İş № 2(075)-302/2025 xx.xx.2025-ci il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə nümayəndəsi X5 iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X7 oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar