Məhkəmə qərarları › İş №2(075)-317/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-317/2025

15.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-317/2025 15.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi X1 Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi X3 Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü övladı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, oğlu X8 xx.xx.2007-ci il tarixdə ağır dərəcəli əqli gerilik psixoratabənzər davranış pozuntusu vəziyyətdə anadan olub və hal-hazırda Şəki şəhəri, Qoxmuq kəndində onun himayəsində olmaqla yaşayır. TSFK-ə göndərişə əsas verən sonuncu müayinə vəsiqəsində diaqnozdan göründüyü kimi X5 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı olması qeyd olunmaqla, orqanizmin funksiyalarının 85 faizinin itiriİdiyi qeyd olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan da görünür ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş X8 anadangəlmə xəstəliyi səbəbi ilə müddətsiz olaraq birinci qrup əlillik dərəcəsi verilmiş və o əmək qabiliyyətsizdir. Diaqnozdan da göründüyü kimi oğlunun xəstəliyi səbəbli özünə qulluq qabiliyyətinin olmaması səbəbi ilə kənar şəxslərin qulluğuna daima ehtiyacı var. Özünə qulluq qabiliyyəti olmayan oğlunun vəziyyəti olduqca ağır olduğu üçün hərəkətlərinin nəticəsinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Kənar şəxsin qulluğuna və yardımına daima ehtiyacı var. Xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, habelə öz hərəkətlərinə rəhbərlik edə, fikrini ifadə edə bilmir. Bütün bunlar ailənin gündəlik həyatında və idarə olunmasında ciddi maneələr yaradır. Oğlu hal-hazırda faktiki olaraq onun himayəsində və nəzarəti altında yaşayır. Xəstəliyi səbəbli yatağından qaldırmadıqda yerində sürünərək özünü idarə etmək iqtidarında deyil, ona deyilən söz və ifadələri şüurda dərk edə və adekvat reaksiya verə bilmir. Öz fikrini və iradəsini başqasına çatdırmaq, ən xırda məişət işlərini həyata keçirmək iqtidarında deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl aidiyyəti üzrə oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və bundan sonra onun oğluna qəyyum təyin edilməyi üçün Maraqlı şəxsnə müraciət etsə də, müraciətindən imtina edilərək, müəyyən olunmuş qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə də oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Sübutların tədqiqi: İş materialarında olan: - 28 mart 2007-ci il tarixində Şəki şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci ildə doğulmuş X4 atası Ərizəçi, anası isə X2r. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 289 saylı rəyindən görünür ki, xx.xx.2007-ci ildə doğulmuş X6 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə xəstəliyindən əziyyət çəkir. xx.xx.2007-ci ildə doğulmuş X8 öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsasları vardır. - Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2007-ci ildə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra onun xx.xx.2007-ci ildə doğulmuş X8 üzərində qəyyum təyin edilməyi məsələsinə baxılacağı bildirilmiş, xx.xx.2007-ci ildə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. - xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizəçi hazırkı ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: -28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin: -317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 320.2-ci maddəsinə əasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ərizəçi X1 hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi övladı xx.xx.2007-ci ildə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsidir. Göründüyü kimi X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X4 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin də müvafiq rəyi vardır. Ərizəçi X3 X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2007-ci ildə doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, xx.xx.2007-ci ildə doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar