Məhkəmə qərarları › İş №2(075)-353/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-353/2022

03.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-353/2022 03.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “akt əsasında hesablanmış borcun hesabından silinməsi” tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində "xxxx" ASC-nin X6 Şəbəkəsi MMC-nin əməkdaşlarının tərtib etdikləri 28 mart 2021-ci il tarixli akt əsasında hesablanmış 666,75 manat borcun hesabımdan silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o Şəki rayonu, Aşağı Daşağıl kəndində yaşayır. Yaşadıqları ünvanda həmişə işlətdiyi elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında poçta ödəmişdir. O, həmişə sayğac üzrə daima ödəniş aparmışdır. Lakin cavabdeh təşkilatın nümayəndələri 28 mart 2021-ci il tarixdə evinə gələrək qanunvericilikdə nəzərdə tutulmuş tələbləri pozaraq onun barəsində akt tərtib etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə “X1 qaydalarının’’ tələblərini pozmuşlar. Bununlada istehlakçı kimi ona nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə, X1 qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən enerji təhcizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin, həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Həmçinin akt tərtib edilərkən onun iştirakı təmin edilməmiş, aktı məşət abonenti kimi imzalamamışdır. Tərtib edilmiş aktda qeyd edilmişdir ki, elektrik xəttində qarmaq atılması ilə bağlı zədələr olduğundan xəttə qeyri-qanuni qoşulma ehtimal edilir. Heç cavabdeh təşkilat özü də dəqiq bilmir ki, xəttə müdaxilə olunub ya yox. Çünki aktda müdaxilə olunması ehtimal edilir. Həmçinin bildirmişdir ki, əvvəllər onun evinə gələn elektrik xətlərinin üzərində qoruyucu vasitə olmamışdır. Hazırda isə cavabdeh təşkilat yeni üzəri qoruyuculu xətt çəkmişdir. O, elektrik xəttinə hər hansı müdaxilə etməmişdir. Quruyucusu olmayan elektrik xəttinin zədələnməsi müxtəlif səbəblərdən də ola bilər. Bütün bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 izahat verərərək göstərmişdir ki, iddiaçının Şəki rayonu, Aşağı Daşağıl kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00068 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 28.03.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları T.Əzizov, X.Abdullayev, M.Əliyev və X.Hacıbabayev tərəfindən Şəki rayonu Aşağı Daşağıl kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının giriş xəttinin zədəli olduğu və istehlakçının qarmaqdan istifadə ehtimalı olduğu aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən 28.03.2021-ci il tarixli, R215243 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən Şəki EŞ-nin əməkdaşları tərəfindən sayğac yenisi ilə əvəz edilərək möhürlənmişdir. 28.03.2021-ci il tarixli, R215243 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə keçən yükə uyğun 107 gün üçün 0.07 manatla 956 kvt.s (dəyəri 66.92 manat) və 0.11 manatla 5453 kvt.s (dəyəri 599.83 manat) toplamda 666.75 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. “EEİQ”-nın 8.32 bəndinin tələbinə görə “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. “Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) “məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 etdiyi nəzərə alınmaqla hesabat aparılır”. Həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə “Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. Abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda 11.11.2020- ci il tarixdən 06.05.2021-ci il tarixə qədər 205 gün üçün sərfiyyatın toplamda 566 kvts olduğu, lakin sayğac dəyişildikdən sonrakı dövr üzrə, yəni 09.06.2021-ci il tarixdən 14.12.2021-ci il tarixə kimi 220 gün üçün artaraq 1471 kvts olduğu görünür. Abonentin “abunə haqqında” məlumatından açıq aşkar görünür ki, sayğacın pozuntu aşkar olunan dövrdəki sərfiyyatı ilə qüsur bərpa edildikdən sonrakı dövrdəki sərfiyyatı arasında fərq (905 kvt.s) olduqca böyükdür. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Şəki rayonu Aşağı Daşağıl kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş 28.03.2021-ci il tarixli akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinlədikdən sonra məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İş materiallarında olan, abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00068 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 28 mart 2021-ci il tarixli, R seriaylı 215243 nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, yoxlama zamanı sayğacının giriş xəttinin zədəli olması, istehlakçının qarmaqdan istifadə ehtimalı olması və sayğacın tipinin enegomer olduğu halda bazada DDS-26 kimi göstərilməsi aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş 16 dekabr 2021-ci il tarixli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında protokolun təsdiq edilmiş surətindən görünür ki, 21351756 nömrəli sayğac 21351756 nömrəli sayğacla əvəz olunmuşdur. “X1 qaydalarının” 8.15-ci bəndinə görə ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Həmin “Qaydaların” 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 28 mart 2021-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları T.Əzizov, X.Abdullayev və M.Əliyev tərəfindən Şəki rayonu, Aşağı Daşağıl yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və elektrik enerjisinin istifadə qaydalarının pozulmasına dair akt tərtib etmişlər. Cavabdeh təşkilatın əməkdaşları aktın tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aktın məzmununda həmin bənddə nəzərdə tutulan pozuntulardan məhz hansının istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamışdır. Sözügedən fərdi yaşayış evində yaşayan İddiaçı həmin aktın tərtibində iştirak etməsi öz təsdiqini tapmamışdır. Eyni zamanda cavabdeh təşkilatın əməkdaşları T.Əzizov, X.Abdullayev və M.Əliyev 28 mart 2021-ci il tarixli, R 215243 saylı X1 qaydalarının pozulması barədə akt tərtib edilərkən həmin aktda hal şahidlərinin iştirakını təmin etməmişlər. Bundan başqa cavabdeh baxış zamanı istehlakçıya məxsus elektrik sayğacının giriş xəttinin zədəli olması, istehlakçının qarmaqdan istifadə ehtimalı olması və sayğacın tipinin enegomer olduğu halda bazada DDS-26 kimi göstərilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yəni qeyd edilən müdaxilənin iddiaçı tərəfindən edilməsi hər hansı sübutla təsdiqlənmir. Həmçinin məhkəmə qeyd edir ki, həmin sayğac demək olar ki, hər ay cavabdeh təşkilatın nəzarətçisi tərəfindən yoxlanılır və nəzarətçi həmin müdaxiləni bundan əvvəl də aşkar edə bilərdi. Cavabdeh təşkilatın əməkdaşları X1 zamanı istehlakçı tərəfindən X1 qaydalarının müvafiq maddəsinin posulması səbəbindən akt tərtib edərkən özləri həmin qaydaların 8.33-cü maddəsinin tələblərini pozaraq hal şahidlərinin iştirakı olmadan akt tərtib etmişlər. Beləliklə də, cavabdeh təşkilatın əməkdaşları X1 qaydalarının tələblərini pozaraq qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablamışlar. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş 28 mart 2021-ci il tarixli, R 215243 saylı akt əsasında hesablanmış 666,75 manat məbləğində saxlanılmış borc onun hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı MPM-nin 216-220 və 360-cı mаddələrini rəhbər tutаrаq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib edilmiş 28 mart 2021-ci il tarixli, R 215243 saylı akt əsasında hesablanmış 666,75 manat borc İddiaçı hesabından silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar