Məhkəmə qərarları › İş №2(075)-37/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-37/2022

17.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-37/2022 17.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən məcburi qaydad çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3,000 manat məbləğində pul kompensasiya ödənilməsi qarşılığında ünvan 1 ünvanından məcburi çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən 07 iyul 2022-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (azaldılması) barədə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh 3000 manat pul məbləğində kompensasiya ödənilməsi qarşılığında ünvan 1 ünvanından məcburi çıxarılması barədə tələbinin əsasını dəyişərək Cavabdeh ona məxsus ünvan 1 ünvanından məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, xx xxxxxxxx 1992-ci il tarixdə Şəki şəhəri, M.Əliyev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evində anadan olmuşdur. Atası Cavabdeh, anası Məhəbbətdir. Cavabdeh anası X22 isə onun nənəsidir. Göstərmişdir ki, atası ilə anası 1991-ci ildə ailə qurmuş, həmin nikahdan o özü və qardaşı Müstəqim anadan olmuşdur. Lakin 1997-ci ildə atası ilə anası ayrılmışlar. Atası ilə anası ayrıldıqdan sonra o, Şəki şəhəri, M.Əliyev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evində yaşamışdır. Ona nənəsi Minayə baxmışdır. Anası və atası isə hər ikisi ayrıldıqdan sonra ikinci dəfə ailə qurmuşlar. Belə ki, atası olan Cavabdeh Əhməd oğlu 2000-ci ildə Təranə Musayeva adlı qadınla ailə qurmuş, həmin nikahdan 1 uşaqları olmuşdur. Lakin çox keçməmiş cavabdeh Təranə ilə də boşanmışlar. Cavabdeh 2005-ci ildə Zərinə Mahmudova adlı qadınla 3-cü dəfə ailə qurmuşdur. Həmin nikahdan da cavabdehin 1 uşağı olmuşdur. Cavabdeh ailə qurduqdan sonra Şəki şəhəri, 124-cü kvartalda ev tikmiş və bir müddət orada yaşamışdır. Lakin sonradan 2019-cu ildə həmin evi sataraq Şəki şəhəri, 20 Yanvar küçəsində arvadı Zərinənin adına ev almış və hazırda da həmin evdə ailəlikcə yaşayırlar. Cavabdeh hal-hazırda Zərinə ilə nikahdadır. Cavabdeh həyat yoldaşı ilə birlikdə Zərinəyə Şəki şəhəri, 20 Yanvar küçəsi ünvanında yerləşən fərdi yaşayış evində 2005-ci ildən yaşayır. Onların yaşadıqları Şəki şəhəri, 20 Yanvar küçəsi ünvanında yerləşən fərdi yaşayış evi cavabdehin həyat yoldaşı Zərinənin adındadır. Anası Məhəbbət hal-hazırda başqa şəxslə evlidir. Onun anası ilə əlaqəsi yoxdur. Bildirmişdir ki, nənəsi Hümmətova Minayə 2013-cü ildə Şəki şəhəri, M.Əliyev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evini ona və qardaşı X9 bağışlamışdır. 2018-ci ildə isə qardaşı Hümmətli Müstəqim həmin fərdi yaşayış evindən özünə düşən hissəsini ona bağışlamışdır. Göstərmişdir ki, Şəki rayonu, Mahmud Əliyev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evi vərəsəlik əsasında 15 noyabr 2018-ci il tarixində ƏMDK yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən onun adına çıxarış verilmişdir. Lakin Cavabdeh mübahisəli mənzildən çıxmamışdır. Cavabdeh Şəki şəhəri, M.Əliyev küçəsində yerləşən, 2 saylı fərdi yaşayış evinin bir otağını bağlayaraq həmin otağın ona məxsus olduğunu bildirir. Bundan başqa cavabdeh həmin mənzildən yaşamaları onlara imkan vermir. Belə ki, səs-küy salır. Əlinə balta, kvalt, çəkic alaraq evi dağıdır. Bununla bağlı cavabdeh hətta inzibati məsuliyyətə də cəlb olunmuşdur. Bir sözlə bir mülkiyyətçi kimi onun və ailəsinin hüquqlarını pozur. Cavabdehin həmin mənzildən istifadəsinə ehtiyacı yoxdur. O, başqa yerdə yaşayır və qeydiyyatdadır. Cavabdeh həmin mənzildən çıxmadığı üçün o, həmin mənzillə bağlı hər hansı əqdləri, müəyyən hərəkətləri sərbəst həyata keçirə bilmir və bununla da onun mülkiyyət hüquqları pozulur. Bundan başqa cavabdehin qanunsuz gərəkətləri nəticəsində mülkiyyətində olan həmin evdə yaşaya bilmir. Buna görə də 1 ilə yaxındır ki, kirayə tutaraq başqa evdə yaşayır. Çünki evdə olanda söz-söhbət yaranır və bununla da polisə düşür. Göstərmişdir ki, yaşadığı evin 1 otağının açarı cavabdehdə olduğundan o həmin mülkiyyətində olan otağa daxil ola bilmir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də Cavabdeh xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışla onun mülkiyyətində olan ünvan 1 ünvanından məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, o, xx xxxxxx 1969-cu il tarixdə Şəki şəhəri, M.Əliyev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evində anadan olmuşdur. X13, anası X17r. Onlar dörd bacı, bir qardaş olmuşlar. Bacılarının özlərinə məxsus evləri-eşikləri vardır. O, həmin fərdi yaşayış evində böyümüşdür. Son beş ilə kimi həmin evdə yaşamışdır. Bildirmişdir ki, iddiaçı onun doğma övladıdır. O, 1991-ci il də iddiaçının anası Məhəbbətlə ailə qurmuşdur. Onların birgə nikahlarından Əhməd və Müstəqim adlı iki övladları anadan olmuşdur. 1997-ci ildə o, Məhəbbətdən ayrılmışdır. Məhəbbət ondan ayrılandan sonra ailə qurmuşdur. Onlar ayrıldıqdan sonra Əhməd və Müstəqim onun yanında həmin evdə yaşamışlar. Bildirmişdir ki, o, ikinci dəfə 2000-ci ildə Təranə adlı qadınla ailə qurmuşdur. Təranəni Şəki şəhəri, M.Əliyev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinə gəlin gətirmişdir. Onların Təranə ilə nikahlarından bir qızları anadan olmuşdur. 2005-ci ildə Təranədən boşanmışdır. Onlar ayrıldıqdan sonra, Təranə uşağı da apararaq həmin evdən çıxıb getmişdir. Həmin bu müddət ərzində Əhməd və Müstəqim anası Minayənin yanında və himayəsində yaşamışlar. Sonradan o, Zərinə Mahmudova ilə ailə qurmuşdur. Həmin nikahlarından X26 adlı bir oğlu var. Zərinəni də həmin evə gəlin gətirmişdir. O, Zərinə ilə birlikdə 2017-ci ilə kimi, yəni Əhməd ailə qurana kimi Şəki şəhəri, M.Əliyev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evində yaşamışlar. Sonradan 2017-ci ildə Şəki şəhəri, 124-cü kvartalda yerləşən torpaq sahəsində tikdirdiyi evə getmişlər. Həmin evdə həyat yoldaşı Zərinə və oğlu Nihadla yaşamışlar. 2019-cu ildə isə həmin evi satmış və Şəki şəhəri, 20 Yanvar küçəsi ünvanında yerləşən 43 saylı fərdi yaşayış evini almışlar. Həmin ev həyat yoldaşı Zərinənin adındadır. Bildirmişdir ki, o, halhazırda Şəki şəhəri M.Əliyev küçəsində yerləşən 2 saylı evdə yaşayır. Şəki şəhəri M.Əliyev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evini anası Minayə 2013-cü ildə Əhməd və Müstəqimə bağışlamışdır. Ev miras kimi Əhməd və Müstəqimə bağışlanan zaman o, razılıq vermişdir. Göstərmişdir ki, həmin evdə xəstə anası və xəstə atası yaşamışdır. O, həmin evdə qalaraq atası və anasına baxmışdır. Hazırda atası və anası vəfat etmişdir. Həmin evi o özü illərlə tikdirmişdir. Hesab edir ki, vaxtilə atası və anasının yaşamış olduğu evin 1 otağı onundur və o həmin otaqdan çıxmayacaqdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 15 noyabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 (yeni qaydalarla: ünvan 2 ünvanında mülkiyyətində olan 0.0789 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 47.1 m² yaşayış, 55.7 m² köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli reyestr kitabının 44 nömrəli vərəqində xx.xx.2018-ci ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 08 noyabr 2018-ci il tarixli, 2618 invertar nömrəli, **********33-10301 reyetr nömrəli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 25 oktyabr 2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı **********81-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə özünə məxsus olan 0.123 ha torpaq sahəsini X6 və X14 5,000 manat məbləğə satmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 24 oktyabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında mülkiyyətində olan 0.123 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 47.1 m² yaşayış, 55.7 m² köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 20 avqust 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında mülkiyyətlərində olan 0.123 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 47.1 m² yaşayış, 47.9 m² köməkçi sahədən ibarət fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ½ hissəsi X8 adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 27 iyul 2013-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayon 2 saylı notariat kontoru tərəfindən 23 oktyabr 2004-cü il tarixdə təsdiq edilən və reyestrdə 2V-79 reyestr nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 06 noyabr 2012-ci il tarixdə vəfat etmiş X15 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi İddiaçı və X10r, hər biri miras əmlakdan ½ pay irs almalıdır. Şəhadətnamə verilən miras əmlak 583/1931 saylı qeydiyyat vəsiqəsinə və ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 1236 saylı arayışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 583/1931 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Nuxa (ünvan 4 ünvanında yerlşən 1 nömrəli fərdi yaşayış evi 07 aprel 1954-cü il tarixdə X20 mülkiyyətinə verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 28 sentyabr 1987-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki invertar bürosunun 22 sentyabr 1987-ci il 2166 saylı arayışı və qeydə alma vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə X20 vərəsəsi X17r. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 29 sentyabr 1987-ci il tarixli, 583/1931 saylı qeydə alma vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X15 adına qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 24 oktyabr 2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı, daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X2 şəhəri, Mahmud Əliyev küçəsi, dalan 5, ev 2 ünvanında yerləşən ümumi sahəsi 0,123 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə ona məxsus olan hissəsini İddiaçı bağışlamışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 18 avqust 2013-cü il tarixli, 2618 invertar nömrəli, **********81-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi İddiaçı, ½ hissəsi X8 mülkiyyətində olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsinin 25 dekabr 2020-ci il tarixli, **********98 saylı məktubundan görünür ki, Cavabdeh adına Şəki şəhəri, 124-cü kvartalda 0.06 ha həyətyanı torpaq sahəsi xx.xx.2014-cü il tarixdə Xidmətin 12 saylı Şəki Ərazi İdarəsində qeydiyyata alınmış, 0.03 ha torpaq sahəsini Şəki 2 saylı DNK-nın xx.xx.2014-cü il tarixli, 4Ə-311 saylı müqaviləsinə əsasən X16, 0.03 ha torpaq sahəsini isə Şəki regioanl “Asan” xidmət mərkəzinin notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-1847 saylı müqaviləsinə əsasən X1. Hazırda xidmətin 12 saylı Şəki Ərazi İdarəsinin arxiv məlumatlarında Cavabdeh adına Daşınmaz əmlak qeydiyyata alınmamışdır. İşdə olan Şəki şəhər İHB-nin “Dolmabaxçalar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 22 may 2021-ci il tarixli, 82 saylı arayışdan görünür ki, Cavabdeh Şəki şəhər “Dolmabaxçalar” məhəlləsi 20 Yanvar küçəsi 312 A saylı yaşayır və qeydiyyatda Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 16 sentyabr 2019-cu il tarixli, 9720 invertar nömrəli **********52-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, ünvan 8 (yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi X3 mülkiyyətindədir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 16 sentyabr 2019-cu il tarixli, **********52-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 8 (yeni qaydalarla: ünvan 7 ünvanında 0.00377 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 18.9 m² yaşayış sahəsindən, 10.7 m² köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 27 avqust 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X11 **********52-10301 reystr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə özünə məxsus olan 18.9 kv/m, 1 otağı X7 15000 manat məbləğə satmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 05 dekabr 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 8 ünvanında 0.0074 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 18.9 m² yaşayış sahəsindən, 10.7 m² köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(075)-972/2021 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri, Mahmud Əliyev küçəsi dalan 5, ev 2, yeni qaydalarla ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması qət edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(107)-1614/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2 (075)-972/2021 nömrəli qətnaməsinin qismən, yəni mübahisələndirilən “iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri, Mahmud Əliyev küçəsi dalan 5, ev 2, yeni qaydalarla ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması” hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi bu hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2022-ci il tarixli, 2(102)-2148/2022 saylı qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1614/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(075)-59/2022 saylı qərarından görünür ki, Cavabdeh İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinərək 290 manat inzibati cərimə olunmuşdur. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh ata-övladdırlar. İddiaçı hazırda mülkiyyətində olan evdə doğulmuş, böyüyüb boya-başa çatmış və hazırda da həmin evdə yaşayır. Cavabdeh də iddiaçının atası olmaqla həmin evdə doğulub yaşamışdır. Cavabdeh 1-ci dəfə iddiaçının anası Məhəbbət adlı qadınla ailə qurmuş və həmin nikahdan Əhməd və Müstəqim adında iki oğlu doğulmuşdur. Cavabdeh Məhəbbətlə 1997-ci ildə boşanmış və azyaşlı uşaqlar cavabdehin və onun anası Minayənin yanında və himayəsində qalmışdır. Sonradan Məhəbbət ailə qurmuş, həmçinin cavabdeh də 2-ci dəfə ailə quraraq həmin ünvanda yaşamışdır. Sonradan cavabdeh ikinci ailəsi ilə də ayrılmış və üçüncü dəfə xx.xx.2005-ci il tarixdə Zərinə adlı qadınla nikaha girmişdir. Bundan sonra iddiaçı və onun qardaşı Müstəqim faktiki olaraq baba və nənə Minayənin himayəsində qalmışdır. Bundan sonra cavabdeh Şəki şəhəri, 124-cü kvartalda yerləşən torpaq sahəsində ev tikdirmiş və köçərək arvadı Zərinə və oğlu Nihadla həmin evdə yaşamışlar. 2019-cu ildə isə cavabdeh həmin evi satmış və Şəki şəhəri, 20 Yanvar küçəsi ünvanında yerləşən 43 saylı fərdi yaşayış evini almışlar. Həmin ev həyat yoldaşı Zərinənin adına dövlət qeydiyyatına alınmışdır. Cavabdeh faktiki olaraq ailəsi ilə birlikdə Şəki şəhəri, 20 Yanvar küçəsi ünvanında yerləşən 43 saylı fərdi yaşayış evində yaşasa da Şəki şəhəri, M.Əliyev küçəsində yerləşən 2 saylı evinə də gedib gələrək orada da qalmışdır. Şəki şəhəri, M.Əliyev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evini mülkiyyətçi Minayə 2013-cü ildə Əhməd və Müstəqimə bağışlamışdır. Ev miras kimi Əhməd və Müstəqimə bağışlanan zaman cavabdeh də buna razılıq vermişdir. Bundan sonra Şəki şəhəri, M.Əliyev küçəsində yerləşən 2 saylı fərdi yaşayış evi tam olaraq iddiaçının mülkiyyətinə keçmişdir. Cavabdehin hazırda da mülkiyyətində olan evdə yaşamasını bildirən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə vaxtilə qeyd edilən evin tikilməsində böyük zəhmətinin olduğunu bildirmiş və həmin evdə olan atasının yaşamış olduğu 1 otağın ona məxsus olduğunu bildirmişdir. Göstərmişdir ki. ailəsini də götürüb gəlib həmin evdə yaşamağa başlayacaqdır. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinəyib, iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi cavabdeh X12 ilə nikaha girdikdən sonra ünvan 11 ünvanda fərdi yaşayış evi almışlar. AZ-İ 169765 seriya nömrəli nikah haqqında əhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 nikahı xx.xx.2005-ci il tarixdə rəsmiləşdirilmiş, nikahdan sonra arvada Hümmətova soyadı verilmişdir. Mübahisəli mənzil hazırda tam mülkiyyət hüququ ilə cavabdehə məxsusdur. İddiaçı cavabdehin atası olmaqla, sonradan ailə qurmuş və yeni ailəsi ilə birlikdə neçə vaxtdır ki, mübahisəli mənzildə deyil, ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evində yaşamışdır. ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evi X3 adına qeydiyyata alınmasına baxmayaraq, iddiaçı Cavabdeh ilə onun hazırki arvadı X5 birgə nikah dövründə alqı-satqı yolu ilə əldə olunmuşdur. Buradan belə nəticəyə gəlinir ki, iddiaçının artıq həmin evin ½ hissəsinə mülkiyyət hüququ yaranmışdır. Bundan başqa işə əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(107)-1614/2021 saylı qətnaməsinin məzmunundan aydın olur ki, cavabdehin qeyd edilən mübahisəli evə hər hansı istifadə hüququ olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2022-ci il tarixli, 2(102)-2148/2022 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1614/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamaqla Apellyasiya Məhkəməsinin mövqeyini müdafiə etmiş olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh qanunsuz olaraq iddiaçının mülkiyyətində olan evə daxil olmuş və hal-hazırda iddiaçının razılığı olmadan qeyd edilən mübahisəli mənzildə yaşayır. Bu isə mülkiyyətçinin mülkiyyət hüququnun pozulması və məhdudlaşdırılması deməkdir. Buna görə də iddiaçı cavabdehin qeyd edilən mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia ərizəsi ilə bağlı ödənilmiş 10,40 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı məxsus ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın. İddia ərizəsi ilə bağlı ödənilmiş 10,40 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar