Məhkəmə qərarları › İş №2(075)-384/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-384/2021

12.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-384/2021 12.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi İddiaçı iştirakı ilə İddiaçı X1 Cavabdehnə qarşı borcun silinməsi və sayğacın evə yaxın yerləşdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 fevral 2020-ci il tarixli, ******* nömrəli aktın, həmin akt əsasında hesablanmış 250 manat məbləğində borcun silinməsi və qaz sayğacının evə yaxın məsafədə yerləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı X4 əsl iddiaçı X4 ilə əvəz edilmişdir. İddiaçı X1 nümayəndəsi İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, qaz sayğacının dəyişdirilərək yenisi ilə əvəz edilməsi, evə yaxın məsafədə quraşdırılması və sayğac quraşdırılanadək hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı X1 nümayəndəsi İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, qaz sayğacının dəyişdirilib yenisi ilə əvəz olunması, evə yaxın məsafədə quraşdırılması, sayğac quraşdırılanadək hesablanmış 317 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında izahat verən iddiacı X1 nümayəndəsi İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, iddiacı X4 hal-hazırda öz ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İddiaçı X1 yaşadığı və ünvan 1 ünvanında yerləşən evinin qapısının qarşısından Cavabdehnə məxsus olan qaz borusu keçir. Lakin, iddiacı X1 yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı evdən 150 metr aralıda quraşdırılmışdır. Quraşdırılmış həmin qaz sayğacından iddiaçının evinə gələn qaz xətti qonşunun həyətindən keçməklə iddiaçının həyətinə daxil olur. Halbuki, həmin qaz sayğacının yeri dəyişdirilməklə, iddiaçı X1 yaşadığı və ünvan 1 ünvanında yerləşən evinin qapısının qarşısından keçən xətdə quraşdırılması mümkündür. O, bununla bağlı Cavabdehnə müraciət etsə də, onun müraciəti cavablandırılmamışdır. Əksinə, Cavabdeh nümayəndələri 14 fevral 2020-ci il tarixdə iddiçıya məxsus qaz sayğacına baxış keçirmiş və sayğaca müdaxilə edildiyi bildirilərək 14 fevral 2020-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında iddiaçıya 250 manat cərimə yazılmışdır. Halbuki, həmin qaz sayğacı iddiaçının fərdi yaşayış evindən 150 metr məsafədə quraşdırılmışdır. Ümumiyyətlə, həmin sayğac özü nasaz vəziyyətdədir. Belə ki, evdən uzaq məsafədə quraşdırılmış həmin sayğacdan qaz sızdığından faktiki olaraq iddiaçı tərəfindən istehlak edilməmiş qazla bağlı sayğacda borc hesablanmışdır. Həmçinin o, məhkəməyə müraciət etməmişdən əvvəl, yəni 14 dekabr 2020-ci il tarixdə qaz sayğacının yenisi ilə əvəz edilməsi və evinə daha yaxın məsafədə quraşdırılması ilə bağlı Cavabdeh Zaqatala X7 İdarəsinə ərizə ilə müraciət etmiş və ərizəsi həmin idarədə rəsmi qeydiyyata da alınmışdır. Lakin, cavabdeh təşkilatın nümayəndələri iddiaçının evinə qazın verilişi üçün quraşdırılmış sayğacı həmin tarixdə yoxlama məqsədi ilə çıxardaraq heç bir qüsurun olmaması əsası ilə yenidən yerinə bağlamışlar. Lakin sayğac iddiaçının evinə yaxın məsafədə quraşdırılmamışdır. Həmçinin sayğacla iddiaçının evinə çıxış borusundakı birləşmədə olan qaz sızmasından ibarət qüsur aradan qaldırılmamışdır. İddiaçı özü həmin nasazlığı aradan qaldırmağa cəhd edəcəyi halda isə bu sayğacın üzərinə bərkidilmiş plombun qopması ilə nəticələnəcəkdir. Bir sözlə iddiaçıya hesablanmış borc məbləği qeyd edilən sayğacdan qaz sızması nəticəsində yaranmışdır. Sayğacdan verilən qaz sızması hazırda da davam etməkdədir. Bütün bunlar iddiaçı X1 qanunla müəyyən edilmiş hüquqlarını məhdudlaşdırır. Ona görə də iddiaçı X4 hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, Cavabdeh məhkəməyə daxil olmuş ərizəsində məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə daxil olmuş etirazında göstrəmişdir ki, ünvan 1 ünvanında iddiaçı X1 adına rəsmiləşdirilmiş **********10000 saylı qaz hesabında 15.01.2021-ci il tarixə 1105.60 manat borc vardır. Hazırda həmin qaz hesabında 239 manat borc vardır və həmin borc hazırda istismarda olan G-4 markalı ******* saylı qaz sayğacının 18198 m3 göstəricisi ilə yaranmışdır. AGİS abonent baza məlumatlarına əsasən mənzilin təbii qazla təchizatı üçün sonuncu dəfə alqı-satqı müqaviləsi 18.11.2019-cu il tarixdə Asan Xidmət mərkəzində X4 ilə bağlanılmışdır. Eyni zamanda hazırda iş materiallarına əlavə edilən abonent saldosu və 14.12.2020-ci il tarixli ******* saylı qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt X1 adına qeydiyyatda olan hesab üzrə rəsmiləşdirilmişdir. İtehlakçının 14.12.2020-ci il tarixdə Zaqatala RQİİ-nin Şəki xidmət sahəsinə “sayğacda sızma olması ilə bağlı” müraciəti əsasında nümayəndələri həmin tarixdə qeyd edilən ünvanda olmuşlar. Mənzildə istismarda olan G-4 markalı ******* saylı qaz sayğacı qaz xəttindən açılaraq yoxlanılmış, sayğac normal işlədiyindən yenidən ünvanına bağlanılmış və 10629020 saylı plombla plomblanmışdır. Həmin sayğacdan digər hər hansı şikayət bu günədək müəssisəyə daxil olmamışdır. Həmin ünvanda 2020-ci ilin dekabr ayında qaz sərfi 554 m3, 2021-ci ilin yanvar ayında 534 m3 olmuşdur. Əgər qazın sərfi ilə bağlı sayğacda hər hansı nasazlıq olsa idi dekabr ayında olan sərf ilə yanvar ayı arasında kəskin fərq olardı. Eyni zamanda sayğacda hər hansı qüsur mövcud olsa idi istehlakçının təkidi ilə sayğac yenisi ilə əvəz olunardı və dövlət yoxlamasına göndərilərdi. Beləliklə, hazırda X1 adına rəsmiləşdirilmiş **********10000 saylı qaz hesabında hazırda G-4 markalı ******* saylı qaz sayğacının 18198 m3 göstəricisi ilə 239 manat borc vardır. Göstərilən borc hər hansı akt əsasında yox yalnız sayğac göstəricisiə əsasən yaranmışdır. Bundan başqa iddiaçı qaz sayğacının yerinin dəyişdirilərək evinə yaxın ərazidə quraşdırılması üçün iddiaçı Cavabdehnə müraciət etməli idi və bundan sonra texniki şərt alınaraq onun tələbinin təmin edilməsi mümkün olardır. Lakin, iddiaçı bununla da bağlı Cavabdehnə müraciət etməmişdir. Göstərilənlərə əsasən X1 iddia tələbi əsassızdır. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı X1 yaşadığı ünvan 1 ünvanında onun adına **********10000 saylı qaz sayğacı quraşdırılmışdır. AGİS abonent baza məlumatlarına əsasən mənzilin təbii qazla təchizatı üçün sonuncu dəfə 18.11.2019-cu il tarixdə Asan Xidmət mərkəzində X4 ilə alqı-satqı müqaviləsi bağlanılmışdır. İş materiallarına əlavə edilən abonent saldosu və 14.12.2020-ci il tarixli ******* saylı qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt X1 adına qeydiyyatda olan hesab üzrə rəsmiləşdirilmişdir. İddiaçı X1 **********10000 saylı qaz hesabında hazırda 239 manat borc vardır və həmin borc hazırda istismarda olan G-4 markalı ******* saylı qaz sayğacının 18198 m3 göstəricisi ilə yaranmışdır. İddiaçı X4 yaşadığı və ünvan 1 ünvanında yerləşən evinin qapısının qarşısından Cavabdehnə məxsus olan qaz borusu keçdiyini, lakin, onun yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının evindən 150 metr aralıda quraşdırıldığını, quraşdırılmış həmin qaz sayğacından evinə gələn qaz xəttinin qonşunun həyətindən keçməklə daxil olduğunu, həmin sayğacdan qaz sızmasından baş verdiyini, evindən uzaq məsafədə quraşdırıldığından nəzarətdən kənarda qaldığını, həmin qaz sayğacının yeri dəyişdirilməklə, yaşadığı evin qapısının qarşısından keçən xətdə quraşdırılmasının mümkün olduğunu, bununla bağlı Cavabdehnə müraciət etsə də, onun müraciətinin cavablandırılmadığını, əksinə, qaz sızması nəticəsində hazırda sayğacın 317 manat borc yazdığını əsas göstərərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi isə iddianı qəbul etmir. Mülki iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı X1 iddiası qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konistutisiyasının 13-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respbulikasında Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş MM-in 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər Həmin Məcəllənin 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının 2-ci maddəsinə əsasən xarici qaz kəməri-binadan kənarda çəkilmiş, binanın xarici divarının konstruksiyasına qədər olan yeraltı, yerüstü və ya yer səthindən yuxarı çəkilən qaz kəməri başa düşülür. Həmin Qaydaların 6.3-cü maddəsinə əsasən məskunlaşmış ərazilərdə çəkilən xarici qaz kəmərləri, bir qayda olaraq, AzDTN 2.6 -1 normativ sənədinin tələblərinə uyğun olaraq yeraltı nəzərdə tutulmalıdırlar. Xarici qaz kəmərlərinin yerüstü dayaqlarda və yerüstü çəkilməsinə yaşayış məhəllələri və həyətlərinin daxilində, həmçinin trassaların ayrı-ayrı sahələrində yol verilir. Həmin Qaydaların 6.28-ci maddəsinə əsasən yer səthindən yuxarı çəkilən qaz kəmərlərinin hündürlüyü SNiP İİ-89 normativ sənədinin tələblərinə uyğun olaraq qəbul edilməlidir. Nəqliyyat keçməyən və adamların gediş-gəlişi olmayan boş ərazilərdə qaz kəmərlərinin alçaq dayaqlar üzərində, torpağın səthindən borunun altına qədər 0,35 m-dən az olmayan hündürlükdə çəkilməsinə yol verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.3-cü maddəsinə əsasən qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Həmin Qaydaların 4.4-cü maddəsinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin Qaydaların 4.5-ci maddəsinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6-cı maddəsinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci maddəsinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tərəfindən iş üzrə obyektiv yekun məhkəmə qərarının çıxarılması üçün iddiaçı X1 yaşadığı və ünvan 1 ünvanında yerləşən evinin qarşısından keçən qaz borusuna və evinə verilən qaz sayğacına yerində baxış keçirilən zaman da müəyyən edilmişdir ki, həqiqətən də, iddiaçı X4 yaşadığı və ünvan 1 ünvanında yerləşən evinin qapısının qarşısından Cavabdehnə məxsus olan qaz borusu keçir, lakin, onun yaşadığı fərdi yaşayış evinə qaz sayğacı evindən kifayət qədər uzaq məsafədə iddiaçının həyətinə girişindən, evindən, görünməyən yerdə, döngə ərazidə və digər şəxsin divarına bərkidilməklə quraşdırılmışdır. Həmçinin, iddiaçı X1 yaşadığı və ünvan 1 ünvanında yerləşən evinə həmin qaz sayğacından keçərək gələn qaz xətti digər qonşunun həyətindən keçməklə iddiaçının həyətinə daxil olur. Halbuki, həmin qaz sayğacının yeri dəyişdirilməklə, onun iddiaçının yaşadığı evin qapısının qarşısından keçən xətdə quraşdırılması mümkündür və bunun mümkünsüzlüyü barədə Cavabdeh tərəfindən məhkəyə hər hansı bir sübut növü təqdim edilməmişdir. Göründüyü kimi iddiaçı X1 öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin, qeyd edilən qaz sayğacı Az DTN 2.9-2 “X5 Layihələndirmə Normaları”nın və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozulmaqla çəkilmiş və bu hal iddiaçının həmin sayğaca nəzarət etməsinə və digər hüquqlarını həyata keçirməsinə müəyyən çətinliklər yaradır. Cavabdeh məlum olmayan səbəblərdən həmin qaz borusunun yerini dəyişməkdən yayınır. Nəticədə isə iddiaçı X1 qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Halbuki, qeyd edilən qaz sayğacının yeri dəyişdirilməklə, iddiaçının yaşadığı evin qapısının qarşısından keçən xətdə quraşdırılması iddiaçı tərəfindən ona nəzarət və onu izləmə imkanlarını genişləndirəcəkdir. Həmçinin cavabdeh təşkilatın nümayəndəsi məhkəməyə göndərdiyi etirazında sayğacın yerinin dəyişdirilməsi üçün iddiaçının əvvəlcə Cavabdehnə müraciət etməli olduğunu, lakin belə bir müraciətin isə edilmədiyini göstərsə də iddiaçının nümayəndəsi bununla bağlı 14 dekabr 2020-ci il tarixdə cavabdeh təşkilata müraciət edildiyini, ərizəsinin cavabdeh təşkilatda qeydə alındığını göstərmiş və Cavabdeh İB-nin Zaqatala RQİİ-də qeydiyyata alınmış ərizəsinin kserosürətini məhkəməyə təqdim etmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh təşkilatın nümatəndəsinin iddiaçının məhkəməyə qədər cavabdeh təşkilata bununla bağlı müraciət etməməsi barədə etirazında göstərdikləri ilə razılaşmır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qeyd edilən qaz sayğacının hazırki vəziyyətdə saxlanılması iddiaçıya məxsus fərdi yaşayış evində qazdan istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradır və nəticədə isə iddiaçı X1 qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Buna görə də iddiaçı X4 yaşadığı ünvan 2 ünvanına qazın verilməsi ilə bağlı qaz sayğacının onun evinə daha yaxın məsafədə quraşdırılmasını tələb etməkdə haqlıdır. Lakin, məhkəmə iddiaçının iddia tələbinin sayğac quraşdırılanadək hesablanmış 317 manat borcun silinməsi və qaz sayğacının yenisi ilə əvəz olunması ilə bağlı hissələrini əsaslı hesab etmir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən və məhkəmə iclasında araşdırılan abonentin saldosundan da göründüyü kimi əvvəlki illərin müvafiq aylarına münasibətdə də iddiaçının qaz sərfiyyatında önəmli bir artma və ya azalma müşahidə edilmir. Yəni, hazırda iddiaçının silinməsini tələb etdiyi borc məbləği onun yaşadığı fərdi yaşayış evində istifadə etdiyi təbii qazın dəyəridir. Həmçinin, iddiaçı nasaz olması səbəbi ilə evinə quraşdırılmış qaz sayğacının yenisi ilə əvəz edilməsini tələb etsə də, o, sızmanın sayğacın özündən deyil, sayğacdan evinə doğru çıxış borusunun sayğacla birləşdiyi yerdə baş verdiyini göstərmişdir ki, bu halın yalnız sayğacın nasazlığı ilə bağlı deyil, həmçinin oraya bərkidilmiş borudakı nasazlıqdan da yaranması istisna edilmir. Sayğacın özünün nasaz olması ilə bağlı isə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə iddia tələbinin həmin hissələrini əsaslı hesab etmir. Azərbaycan Respublukası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tətəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalniz məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək, iddiaçı X1 yaşadığı ünvan 2 ünvanına qazın verilməsi ilə bağlı qaz sayğacı onun evinə daha yaxın məsafədə quraşdırılmalı, əsaslı olmadığından iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı X1 yaşadığı ünvan 2 ünvanına qazın verilməsi ilə bağlı qaz sayğacı onun evinə daha yaxın məsafədə quraşdırılsın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-384/2021 12 aprel 2021-ci il İddiaçı: X3 (ünvan 1) İddiaçının nümayəndəsi: İddiaçı (ünvan 1) Cavabdeh: Cavabdehnə (Bakı şəhəri, Yusif Səfərov küçəsi 23) Şəki Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2 (075)-384/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 04 vərəqə, 07 səhifə. Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar