Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-416/2021 16.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2 iştirakları ilə İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı1 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh2 qarşı «pul» tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh2 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı1 qarşı «ev üçün verilmiş pul, evin yaxşılaşdırılması üçün çəkilmiş xərc və dəymiş ziyan» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı1 adından Cavabdeh2 ilə Şəki rayon 2 saylı Notariat Kontorunda bağladığı xx xxxxxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia ərizəsi xx xxxxxx 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən, yəni xx xxxx 2021-ci il tarixdə İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 adından Cavabdeh1 Cavabdeh2 ilə Şəki rayon 2 saylı Notariat Kontorunda bağladığı xx xxxxxxx 2018-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi üzrə əmlakın satışı üçün müəyyənləşdirilmiş pul məbləğinin ödənilməmiş hissəsinin, yəni 15000 manat məbləğində pulun Cavabdeh2 alınıb İddiaçı1 verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. xx xxxx 2021-ci il tarixdə Cavabdeh2 İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsini məhkəmənin dəftərxanasına təqdim edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alışı üçün tərəfindən cavabdehə ödənilmiş 20000 manatın, evin ipotekadan (girovdan) çıxarılması üçün cavabdehin əvəzinə “xxxx” ASC-nin Zaqatala filialına ödənilmiş 20000 manatın, evin yaxşılaşdırılması üçün çəkilmiş 30000 manat məbləğində xərcin, dəymiş ziyana görə 20000 manat olmaqla, ümumilikdə 90000 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdeh İddiaçı1 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 xx xxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 mülkiyyətində ünvan 2 ünvanında birmərtəbəli, ikiotaqlı fərdi yaşayış evi var. Həmin evə İddiaçı1 xüsusi mülkiyyət hüququ xx xxxxxx 2009-cu il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində qeydə alınmışdır (Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış seriya MH, № 0009762, reyestr nömrəsi **********94-10301). İddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən birmərtəbəli, ikiotaqlı fərdi yaşayış evini tanışı, ünvan 4ində yaşayan X8nun kredit öhdəliyinin təminatı kimi xx xxxxxx 2014-cü il tarixdə Şəki şəhər 1 saylı notariat ofisində “xxxx” ASC ilə müqavilə bağlamaqla ipoteka qoymuşdur. İddiaçı Rusiya Federasiyasında olduğundan ipoteka qoyulmuş mənzildə uzun müddət yaşamamışdır. 2019-cu ilin oktyabr ayında Azərbaycana qayıdan İddiaçı1 eşitmişdir ki, Cavabdeh1 guya onun adından verilmiş etibarnamə əsasında ipoteka qoyulmuş fərdi yaşayış evini başqa şəxsə satmışdır. İddiaçının adından Şəki şəhəri, N.Nərimanov küçəsi 54 saylı evdə yaşayan Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixdə Şəki rayon 2 saylı notariat ofisində verilmiş etibarnamənin və həmin etibarnamə əsasında həyata keçirilmiş daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin, müqavilə bağlanarkən toplanmış sənədlərin təsdiq olunmuş surətlərinin alınması üçün Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə vəkil sorğusu ilə müraciət edilmiş və sorğuya verilmiş xx xxxxxx 2020-ci il tarixli, 186 saylı cavab məktubuna əlavə edilmiş sənədlərdən aydın olmuşdur ki, Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixdə Şəki rayon 2 saylı Notariat Kontorunda iddiaçının adından verilmiş etibarnamə əsasında İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən birmərtəbəli, ikiotaqlı fərdi yaşayış evini xx xxxxxxx 2018-ci il tarixdə həmin notariat kontorunda alqısatqı müqaviləsi bağlamaqla Cavabdeh2 satmışdır. Lakin İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən birmərtəbəli, ikiotaqlı fərdi yaşayış evinin özgəninkiləşdirilməsi üçün Cavabdeh1 etibarnamə verməmişdir. Həmçinin, İddiaçı2 arvadı İddiaçı1 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən birmərtəbəli, ikiotaqlı fərdi yaşayış evinin özgəninkıləşdirilməsinə razılıq verilməsi üçün Cavabdeh1 etibarnamə verməmişdir. İşin məhkəmə baxışı zamanı Cavabdeh2 məhkəməyə təqdim etdiyi, iddiaçıların notariat qaydada imzalarının təsdiq edildiyi iltizamlarından görünür ki, İddiaçı1 mülkiyyətində olan, ünvan 3 ünvanda yerləşən birmərtəbəli, ikiotaqlı fərdi yaşayış evini Cavabdeh2 35000 manata satmağa razılaşmış, bunun üçün əvvəlcədən beh kimi 20000 manat almış, qalan 15000 manatın isə ev “xxxx” ASC-nin girovluğundan çıxdıqdan sonra alacağını, həmin evi Cavabdeh2 adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Həmin iltizamlara dair fikrini bildirən iddiaçı məhz evin alqı-satqısı üçün Cavabdeh2 ilə razılaşdıqları 35000 manat məbləğdən qalan 15000 manat hissəsini sonuncunun ödəməməsi səbəbindən alqı-satqını mübahisələndirdiyini göstərərək hazırda alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 15000 manat məbləğin ödənilməsini tələb edir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Qarşılıqlı iddia ərizəsinə münasibət bildirərək qeyd etdi ki, qarşılıqlı iddia icraata götürülməməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1ci maddəsinin tələblərinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Halbuki hazırkı iş üzrə məhkəmə baxışı xx xxxx 2021-ci il tarixdə başlanılmış, tərəflərdən iddiaçıların nümayəndəsinin, Cavabdeh2 izahatları dinlənilmiş və cavabdeh tərəfin vəsatəti ilə X8 şahid qismində dindirilmişdir. Qarşılıqlı iddianın mahiyyəti ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alışı üçün tərəfindən cavabdehə ödənilmiş 20000 manat pulun, evin ipotekadan (girovdan) çıxarılması üçün cavabdehin əvəzinə “xxxx” ASC-nin Zaqatala filialına ödənilmiş 20000 manat pulun, evin yaxşılaşdırılması üçün çəkilmiş 30000 manat məbləğində xərcin, dəymiş ziyana görə 20000 manat pulun, ümumilikdə 90000 manat məbləğində pulun ödənilməsindən ibarətdir. İddiaçı xx xxxx 2021-ci il tarixdə iddianın predmetini dəyişdirdikdən sonra ilkin tələb xx xxxxxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi üzrə əmlakın satışı üçün müəyyənləşdirilmiş pul məbləğinin ödənilməmiş hissəsinin, yəni 15000 manat məbləğində pulun ödənilməsindən ibarətdir. Əgər iddiaçının tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi olsa idi, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmiş olardı. Lakin iddiaçı artıq alqı-satqı müqaviləsini mübahisələndirmədiyi üçün cavabdehin fərdi yaşayış evinin alışı üçün tərəfindən iddiaçıya ödənilmiş 20000 manat pulun, evin yaxşılaşdırılması üçün çəkilmiş 30000 manat məbləğində xərcin, dəymiş ziyana görə 20000 manat pulun ödənilməsini tələb etməsi qanunsuzdur. Bundan başqa qarşılıqlı iddianın evin ipotekadan (girovdan) çıxarılması üçün “xxxx” ASC-nin Zaqatala filialına ödənilmiş 20000 manat pulun ödənilməsi hissəsi də əsassızdır. Belə ki, iddiaçının əri İddiaçı2 “xxxx” ASC-yə kredit borcu olmamış və iddiaçının mülkiyyətində olan daşınmaz əmlak kredit alan X8nun kredit öhdəliyinin təminatı kimi ipoteka qoyulmuşdur. Göründüyü kimi Cavabdeh2 hazırkı iş üzrə İddiaçı1 və onun əri İddiaçı2 deyil, Vidadi Yaqubovun kredit borcundan ödəniş etdiyi üçün ödədiyi məbləği də sonuncudan tələb etməlidir. Bütün bunları nəzərə alaraq məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASCnin Zaqatala filialı ilə Zaqatala rayonu Muxax kənd sakini X8 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 002/KTL/14 saylı kredit müqaviləsinə əsasən X4 60 ay müddətinə illik 7% olmaqla 120000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı kimi X4 məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 239.50 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi, X2 məxsus Zaqatala şəhəri 2 saylı bazar ətrafı ərazidə 0.0026 ha torpaq sahəsində yerləşən ikimərtəbəli qeyri-yaşayış binası, X8nun Zaqatala şəhəri 2 saylı bazar ətrafı ərazidə 0.00160 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (mağaza) və Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7 ünvanında yerləşən 10 nömrəli fərdi yaşayış evi “xxxx” ASC-nin Zaqatala filialında ipoteka qoyulmuşdur. İddiaçı2 X8 ilə razılaşma əsasında kreditin 20000 manat məbləğində hissəsini ondan almış və hər ay banka 580 manat ödəyəcəyinə söz vermişdir. 2016-cı ilin axırlarında İddiaçı1 mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7, ev 10 ünvanında yerləşən fərdi yaşayış evini 35000 manata ona satmağa razılaşmış, 20000 manat pulu əvvəlcədən ondan alaraq qalan 15000 manat pulu isə ev “xxxx” ASC-nin girovluğundan çıxarıldıqdan sonra ondan alaraq evi adına rəsmiləşdirməyi, xx xxxxxx 2016-cı il tarixdə isə öz ailə üzvləri ilə birlikdə həmin evdən və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İddiaçı1 əvvəlcədən ondan aldığı 20000 manat pulu 002/KTL/14 nömrəli müqaviləyə əsasən “xxxx” ASC-nin girovluğunda olan Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7, ev 10 ünvanında yerləşən fərdi yaşayış evini girovluqdan çıxarmaq üçün götürmüşdür. Bununla bağlı həm İddiaçı1, həm də onun əri İddiaçı2 xx xxxxxx 2016-cı il tarixdə Şəki rayon 2 saylı Notariat Kontorunda iltizam da təsdiqlətmişlər. Eyni zamanda həm cavabdeh İddiaçı1, həm də onun əri İddiaçı2 həmin tarixdə, yəni xx xxxxxx 2016-cı il tarixdə ünvan 6 ünvanında yaşayan Cavabdeh1 etibarnamə verərək İddiaçı1 məxsus fərdi yaşayış evini zərurət yarandığı təqdirdə onun adına rəsmiləşdirməyi bildirmişlər. Bundan sonra “xxxx” ASC-nin Zaqatala filialı tərəfindən borcalan X4, ipoteka qoyanlar X4, X2 və İddiaçı1 xx xxxxxxx 2018-ci il tarixli, 350 nömrəli sonuncu xəbərdarlıq və xx xxxxxxx 2018ci il tarixli, 351 nömrəli ipoteka əmlakına tutmanın yönəldilməsinə dair bildiriş məktubları göndərilmişdir. Həmin məktublarla kredit vaxtında ödənilmədiyi üçün xx xxxxxxx 2018-ci il tarixə filiala 37621.47 manat borcun olduğu, kredit üzrə gecikdirmənin 3 gün ərzində “xxxx” ASC-nin Zaqatala filialına ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun ödənilməsi kreditin təminatı kimi ipotekaya (girov) qoyulmuş əmlak hesabına ödənilməsi tələbi ilə müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Həmin məktublar poçt rabitəsi vasitəsi ilə Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7, ev 10 ünvanına çatdırıldığı zaman onun həmin xəbərdarlıq və bildiriş məktublarından xəbəri olmuşdur. Belə ki, o, hər gün həmin ünvanda olmuş və evlə bağlı yaxşılaşdırma işi aparmışdır. Borcun ipotekaya (girov) qoyulmuş əmlak hesabına ödənilməsi, fərdi yaşayış evinin hərraca çıxarılaraq satılması təhlükəsi olduğundan o, cavabdeh İddiaçı1 və onun əri İddiaçı2 axtarmağa başlamış, Şəki rayonu Kiçik Dəhnə kəndinə gedərək onları soruşmuş, lakin onların Rusiya Federasiyasında olduqlarını, əlaqə nömrələrinin isə olmadığını bildirmişlər. Şəki rayonu Pasport və Qeydiyyat Şöbəsindən isə onların hər ikisinin bir çox vətəndaşlara borcları olduğu üçün rəsmi qaydada axtarışda olduqları bildirilmişlər. Bundan sonra o, “xxxx” ASC-nin Zaqatala filialına gedərək bankın girovluğunda olan və İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin girovluqdan çıxarılması üçün 20000 manat məbləğində pul vəsaitinin ödənilməli olduğunu öyrənmiş və həmin məbləği xx xxxxxxx 2018-ci il tarixdə bankın hesabına ödəmişdir. O, həmin məbləği ödəyərək sözügedən fərdi yaşayış evini girovluqdan çıxarmağa məcbur olmuşdur. Ona görə ki, həmin ev üçün cavabdehə əvvəlcədən 20000 manat pul ödəmiş, evin yaxşılaşdırılması üçün 30000 manat xərc çəkmişdir. Tərəfindən 20000 manat pul məbləği bankın hesabına ödənildikdən sonra “xxxx” ASC-nin Zaqatala filialı tərəfindən DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə xx xxxxxxx 2018-ci il tarixli məktub göndərilmiş, X8 tərəfindən borcalan qismində “xxxx” ASC-nin Zaqatala filialından götürülmüş kreditin təminatı olaraq İddiaçı1 məxsus Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7, ev 10 ünvanında yerləşən fərdi yaşayış evinin yüklülükdən azad edilməsi xahiş edilmişdir. Həmin fərdi yaşayış evi girovluqdan çıxdıqdan sonra İddiaçı1 və onun əri İddiaçı2 etibarnamə üzrə nümayəndələri Cavabdeh1 ilə aralarında qanunvericiliyə uyğun olaraq xx xxxxxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almaq üçün 2016-cı ildə cavabdeh İddiaçı1 əvvəlcədən 20000 manat pul ödəmiş, həmin evin yaxşılaşdırılması üçün 30000 manat xərc çəkmiş, evin girovluqdan çıxarılması üçün cavabdehi 2 il gözləmiş, həmin müddət ərzində cavabdehin hərəkətsizliyi nəticəsində evin hərraca çıxarılaraq satılması təhlükəsi olduğundan banka cavabdehin əvəzinə 20000 manat pul məbləğini ödəyərək evi girovluqdan çıxarmış və qanunvericiliyə uyğun olaraq adına rəsmiləşdirmişdir. Halbuki, həmin dövrdə həmin məbləğə bundan da yaxşı və təmirli ev ala bilərdi. Hazırda cavabdehin belə vicdansızcasına iddiası səbəbli o, evin alışı üçün ödədiyi, evin girovluqdan çıxarılması üçün cavabdehin əvəzinə banka ödədiyi, evin yaxşılaşdırılması üçün xərclədiyi pulu və ona dəymiş ziyanın əvəzinin ödənilməsini tələb edir. İddiaçı1 tərəfindən ona və digər cavabdehlər Cavabdeh1 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, sonradan isə iddiaçı X1 nümayəndəsi məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək 15000 manat pulun ondan alınıb İddiaçı1 qızna verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla da məhkəmə baxışı zamanı qarşılıqlı iddianın verilməsi üçün əsas əmələ gəlmişdir. Odur ki, hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. İlk iddia ərizəsinə münasibət bildirərək qeyd etdi ki, ilk iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, o, iddiaçının əvəzinə evin ipotekadan çıxarılması üçün banka 20000 manat ödəmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. Ona görə də iddiaçı hazırda ondan qalıq 15000 manatı tələb edə bilməz. Bütün bunları nəzərə alaraq məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə mülki proses tərəflərinin izahatlarını, şahidin ifadəsini dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ilk və qarşılıqlı iddia ərizələrinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ilk iddia tələbi rədd, qarşılıqlı iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X8 bildirdi ki, özü fərdi sahibkardır. İddiaçı2 da bazara mal paylayan kimi tanımışdır. Daha sonra aralarında səmimi münasibətlər yaranmışdır. 2014-cü ilin noyabr ayının əvvəllərində İddiaçı2 ona bildirmişdir ki, “Süleyman” adlı şəxsə 30000 ABŞ dolları borcu var. Onun bankda tanışı var və ona illik 5%-lə kredit verə bilər. Əgər ipotekaya qoymaq üçün daşınmaz əmlakı varsa, onun evi də daxil olmaqla ipotekaya qoyub pul götürsünlər və hərə payına düşən pulu götürüb payına nisbətdə banka olan borcu ödəsin. Bundan sonra o, ailə üzvləri ilə məsləhətləşmiş və kredit götürməyə razı olduğunu İlqara bildirmişdir. Daha sonra İlqarla birlikdə “xxxx” ASC-nin Zaqatala filialına getmişlər. Ona məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 239.50 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi, qohumu X2 məxsus Zaqatala şəhəri 2 saylı bazar ətrafı ərazidə 0.0026 ha torpaq sahəsində yerləşən ikimərtəbəli qeyri-yaşayış binası, onun Zaqatala şəhəri 2 saylı bazar ətrafı ərazidə 0.00160 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (mağaza) və İddiaçı2 yoldaşı İddiaçı1 adına olan Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7 ünvanında yerləşən 10 nömrəli fərdi yaşayış evi “xxxx” ASC-nin Zaqatala filialında ipoteka qismində çıxış etmək üçün bank tərəfindən qiymətləndirmə keçirilmişdir. Ona məxsus əmlaklar ümumilikdə 210000 manat və İddiaçı2 məxsus əmlak 40000 manat qiymətləndirilmişdir. Bank tərəfindən ona illik 7%-lə 120000 manat kredit verə biləcəklərini bildirilmişdir. Həmin pulun bir hissəsi komissiya və digər bank xərclərinə çıxıldıqdan sonra ələ çatan pul 103300 manat olmuşdur. O, pulun 16700 manatının bank xərclərinə çıxıldığını görüb kredit götürmək fikrindən daşınmışdır. Lakin İddiaçı2 həyat yoldaşı İddiaçı1 ilə birlikdə bir neçə dəfə Zaqatala rayonu Muxax kəndində yerləşən evlərinə gəlmiş, vəziyyətlərinin yaxşı olmadığını, “Süleyman” adlı şəxsin onları sıxışdırdığını, kreditin onlara düşən hissəsini vaxtında ödəyəcəklərinə söz verdiklərini bildirmiş, kredit götürməyi xahiş etmişlər. O, sonunculara inanmış və bankdan kredit götürmüşdür. Kredit məbləği olan 120000 manatın 20000 manatı İddiaçı2 payına düşmüş, həmin puldan komissiya və bank xərcləri çıxıldıqdan sonra sonuncuya 17300 manat pul vermişdir. İddiaçı2 20000 manat kredit məbləği üçün faizi ilə 24600 manat ödəməli olmuş, həmin pul aylara bölündükdə 116 manat düşmüşdür. Pulu İlqara verdikdən sonra sonuncu banka heç bir ödəniş etməmiş, gecikmələr yarandığından məcbur qalıb özü borcu ödəməyə başlamışdır. Bununla bağlı dəfələrdə İlqarın yaşadığı evə getmiş, telefon vasitəsilə əlaqə saxlamış, lakin sonuncu hər dəfə bir bəhanə etmişdir. İlqar ona həmin borcdan cəmi 1000 manat ödəmiş, 2016-cı ilin sonlarından başlayaraq ona məxsus telefona zəng çatmamış, onun Rusiya Federasiyasına getdiyini öyrənmişdir. Bundan sonra bir neçə dəfə İlqarın atasının yanına getmiş, atası sonuncunun çoxlu borcları olduğunu, özünə məxsus VAZ- 2106 markalı avtomobili də oğluna verdiyini və oğlunun borcları üçün məsuliyyət daşımadığını bildirmişdir. Beləliklə, bütün borc onun üstünə qalmışdır. Həmin vaxtdan mütəmadi İlqarın yaşadığı evə getmiş, hər dəfə qapını bağlı görmüşdür. Sonuncu dəfə İlqarın yaşadığı evə getdikdə evdə ustalar işlədiyini görmüş, soruşduqda sonuncunun evi “Elşən” adlı şəxsə satdığını bilmişdir. 2018-ci ildə bankrota düşmüş, banka qalıq 38000 manat borcu ödəyə bilməmişdir. Evinə xəbərdarlıq məktubları gəlmiş, ipoteka predmetlərinin hərraca çıxarılacağı bildirilmişdir. Ona görə də “Elşən” adlı şəxsi tapmış, ona satın aldığı evin ipotekadan çıxarılması üçün banka 20000 manat ödəməli olduğunu, əks təqdirdə evin hərraca çıxarılacağını bildirmişdir. Bundan sonra Cavabdeh2 banka 20000 manat ödəmiş və evi ipotekadan çıxarmışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirdi ki, bankdan götürdüyü 103300 manat pulun 17300 manatını İlqara verdiyini onun çobanı, bazardakı şəxslər və məhkəməyə gətirə biləcəyi digər şahidlər təsdiq edə bilər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh1 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2009-cu il tarixdə verilmiş MH seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7 ünvanında istifadədə olan 0.0096 ha torpaq sahəsində yerləşən 1-(1) mərtəbəli, 2 otaqlı, 38.4 kv.m yaşayış, 30.4 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. “xxxx” ASC ilə X8 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 002/KTL/14 saylı kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, bank tərəfindən X4 60 ay müddətinə illik 7% olmaqla 120000 manat məbləğində kredit verilmişdir. “xxxx” ASC ilə İddiaçı1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 002/KTL/14- 002(1) saylı ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli, 002/KTL/14 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı1 tam mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7 ünvanında istifadədə olan 0.0096 ha torpaq sahəsində yerləşən 1-(1) mərtəbəli, 2 otaqlı, 38.4 kv.m yaşayış, 30.4 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İddiaçı1 tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 7E-16340 reyestr nömrəli iltizamdan görünür ki, o, Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7, ev 10 ünvanında yerləşən fərdi yaşayış evini 35000 manata Cavabdeh2 satmağa razılaşmış, 20000 manat pulu əvvəlcədən Cavabdeh2 alaraq qalan 15000 manat pulu isə ev “xxxx” ASC-nin girovluğundan çıxarıldıqdan sonra Cavabdeh2 alaraq evi Cavabdeh2 adına rəsmiləşdirməyi, xx xxxxxx 2016-cı il tarixdə isə öz ailə üzvləri ilə birlikdə həmin evdən və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. İddiaçı2 tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 7E-16341 reyestr nömrəli iltizamdan görünür ki, arvadı İddiaçı1 mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7, ev 10 ünvanında yerləşən fərdi yaşayış evini 35000 manata Cavabdeh2 satmağa razılaşmış, 20000 manat pulu əvvəlcədən Cavabdeh2 alaraq qalan 15000 manat pulu isə ev “xxxx” ASC-nin girovluğundan çıxarıldıqdan sonra Cavabdeh2 alaraq evi Cavabdeh2 adına rəsmiləşdirməyi, xx xxxxxx 2016-cı il tarixdə isə öz ailə üzvləri ilə birlikdə həmin evdən və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Heç bir etirazı yoxdur. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə xx xxxxxxx 2018-ci il tarixli bildirişdən görünür ki, Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7 ünvanında istifadədə olan 0.0096 ha torpaq sahəsində yerləşən 1-(1) mərtəbəli, 2 otaqlı, 38.4 kv.m yaşayış, 30.4 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsinə başlanıldığı borcalan Yaqubov Vidadi oğluna və ipoteka qoyan İddiaçı1 izah edilmişdir. xx xxxxxxx 2018-ci il tarixli cari hesaba mədaxil qəbzindən görünür ki, Cavabdeh2 X8nun xx xxxxxx 2014-cü il tarixli, 002/KTL/14 saylı kredit müqaviləsi üçün “xxxx” ASC-yə 20000 manat ödəmişdir. “xxxx” ASC tərəfindən ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxxx 2018-ci il tarixli məktubdan görünür ki, İddiaçı1 məxsus Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7 ünvanında istifadədə olan 0.0096 ha torpaq sahəsində yerləşən 1-(1) mərtəbəli, 2 otaqlı, 38.4 kv.m yaşayış, 30.4 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Hal-hazırda X8 banka olan ssuda borcunun həmin girova uyğun hissəsini ödəmişdir. Odur ki, əmlakın yüklülükdən azad edilməsi xahiş edilmişdir. xx xxxxxxx 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqısatqısı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, “satıcı” İddiaçı1 tam mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7 ünvanında istifadədə olan 0.0096 ha torpaq sahəsində yerləşən 1-(1) mərtəbəli, 2 otaqlı, 38.4 kv.m yaşayış, 30.4 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evini “alıcı” Cavabdeh2 satmışdır. xx xxxxxxx 2018-ci il tarixli, 8İ-4174 reyestr nömrəli ərizədən görünür ki, İddiaçı2 Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7 ünvanında istifadədə olan 0.0096 ha torpaq sahəsində yerləşən 1-(1) mərtəbəli, 2 otaqlı, 38.4 kv.m yaşayış, 30.4 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinin satılmasına etirazını olmadığını notarial qaydada bildirmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx xxxxx 2020-ci il tarixli, 33/1933 nömrəli məktubundan görünür ki, İddiaçı2 və İddiaçı1 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: İddiaçı2 – xx.xx.2016 – Çıxış, İddiaçı1 – xx.xx.2016 – Çıxış, xx.xx.2019 – Giriş. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəki şəhəri, Məzahir Abbasov küçəsi, döngə 7 ünvanında istifadədə olan 0.0096 ha torpaq sahəsində yerləşən 1-(1) mərtəbəli, 2 otaqlı, 38.4 kv.m yaşayış, 30.4 kv.m köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 məxsus olmuşdur. Həmin əmlak “xxxx” ASC ilə X8 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 002/KTL/14 saylı kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuşdur. Əmlak ipoteka yüklülüyündə olarkən Cavabdeh2 35000 manata satılmışdır. Həmin pulun 20000 manatı əvvəlcədən verilmiş, qalıq 15000 manatın əmlak yüklülükdən çıxarıldıqdan sonra mülkiyyətçiyə ödənilməsi ilə bağlı mülkiyyətçi İddiaçı1 və onun həyat yoldaşı İddiaçı2 tərəfindən notarial qaydada iltizamlar verilmişdir. xx xxxxxxx 2018-ci il tarixdə bank tərəfindən ipoteka qoyan və borcalana ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərildiyindən xx xxxxxxx 2018-ci il tarixdə Cavabdeh2 “xxxx” ASC-yə 20000 manat ödəyərək əmlakı ipotekadan çıxarmış və ipoteka predmeti yüklülükdən azad edilmişdir. Bundan sonra satıcı İddiaçı1 ilə alıcı Cavabdeh2 arasında əmlakın alqı-satqısı haqqında notarial müqavilə imzalanmışdır. İşin bu halları mülki proses tərəflərinin izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilir. İlk İddiaçı1 əmlakın satışından qalıq qalmış 15000 manatın Cavabdeh2 alınaraq ona verilməsini tələb edir. Qarşılıqlı iddiaçı Cavabdeh2 mübahisəli fərdi yaşayış evinin alışı üçün tərəfindən İddiaçı1 ödənilmiş 20000 manat, evin ipotekadan (girovdan) çıxarılması üçün İddiaçı1 əvəzinə “xxxx” ASC-nin Zaqatala filialına ödənilmiş 20000 manat, evin yaxşılaşdırılması üçün çəkilmiş 30000 manat məbləğində xərcin, dəymiş ziyana görə 20000 manatın İddiaçı1 alınaraq ona verilməsini xahiş edir. Məhkəmə ilk iddiaya münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında xx xxxxxx 2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və əmlakın dəyəri olan 35000 manatın 20000 manat hissəsi alıcı Cavabdeh2 tərəfindən əvvəlcədən satıcı İddiaçı1 ödənilmişdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göründüyü kimi İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 7E-16340 və 7E-16341 reyestr nömrəli iltizamlara əsasən mülkiyyətçi və onun əri əmlakın ödənilməmiş qalan 15000 manat hissəsinin ev “xxxx” ASC-nin girovluğundan çıxarıldıqdan sonra Cavabdeh2 almağı, bundan sonra evin Cavabdeh2 adına rəsmiləşdirməklə xx xxxxxx 2016-cı il tarixdə isə ailə üzvləri ilə birlikdə həmin evdən və pasport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər. İddiaçı əmlakın satışından qalan 15000 manatın cavabdehdən alınaraq ona verilməsini xahiş etsə də, xx xxxxxxx 2018-ci il tarixli cari hesaba mədaxil qəbzindən görünür ki, məhz Cavabdeh2 xx xxxxxx 2014-cü il tarixli, 002/KTL/14 saylı kredit müqaviləsi üçün “xxxx” ASC-yə 20000 manat ödəmiş və əmlakı yüklülükdən çıxarmışdır. Halbuki tərəflər arasındakı razılığa əsasən əmlakın yüklülükdən çıxarılmasını mülkiyyətçi təmin etməli, bundan sonra qalıq 15000 manatı Cavabdeh2 alaraq əmlakın sonuncunun adına rəsmiləşdirilməsini həyata keçirməli idi. Göründüyü kimi tərəflər arasındakı razılaşma məhz satıcı tərəfindən pozulmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xx xxxxxxx 2018-ci il tarixli bildiriş gəldikdən sonra Cavabdeh2 məcbur qalaraq 20000 manat ödəmiş və əmlakı ipotekadan çıxarmışdır. Beləliklə, tərəflər arasındakı razılaşmaya əsasən 35000 manata satılmalı olan əmlak alıcıya 40000 manata başa gəlmişdir. Odur ki, əmlakın dəyəri alıcı tərəfindən artıqlaması ilə ödənildiyindən İddiaçı1 15000 manatın Cavabdeh2 alınaraq ona verilməsini tələb etməkdə haqlı deyildir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Göründüyü kimi kreditor ("xxxx" ASC) borclunun (İddiaçı1) razılığı olmadan tələbi üçüncü şəxsə (Cavabdeh2) güzəşt edərək 20000 manat məbləğində pulu bankın xx xxxxxx 2014-cü il tarixli, 002/KTL/14 saylı kredit müqaviləsi üçün cari hesabına mədaxil edərək əmlakı ipotekadan çıxarmışdır. Halbuki, mübahisə predmeti olan ev üçüncü şəxsə satılarkən evin ipotekadan çıxarılmasının təmin edilməsi öhdəliyi İddiaçı1 olmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı1 və Cavabdeh2 ilə əmlakın qiyməti 35000 manata razılaşdırıldığından, həmin pulun 20000 manatı əvvəlcədən ödənildiyindən və qalıq 15000 manat əvəzinə “xxxx” ASC-yə 20000 manat ödənilərək əmlak ipotekadan çıxarıldığından Cavabdeh2 həmin fərdi yaşayış evinin ipotekadan (girovdan) çıxarılması üçün İddiaçı1 əvəzinə “xxxx” ASC-nin Zaqatala filialına ödənilmiş 5000 manat pulu ondan tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi). Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alışı üçün tərəfindən İddiaçı1 ödənilmiş 20000 manatın alınaraq ona verilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, sözügedən əmlak xx xxxxxx 2016-cı il tarixdə faktiki, xx xxxxxxx 2018-ci il tarixdə rəsmi olaraq Cavabdeh2 satılmışdır. Qanunvericiliyə əsasən Cavabdeh2 əmlakı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürdüyündən o, əmlakın alışı üçün ödədiyi pulu geri tələb edə bilməz. Həmçinin, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxşılaşdırılması üçün çəkilmiş 30000 manat məbləğində xərcin İddiaçı1 alınaraq ona verilməsini xahiş etsə də, daşınmaz əmlak artıq ona satıldığından o, öz əmlakına çəkilmiş xərclərin əvəzini satıcıdan tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neqanti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Cavabdeh2 ona dəymiş ziyana görə 20000 manatın İddiaçı1 alınaraq ona verilməsini xahiş etsə də, iddiaçı öz tələbini təsdiq edən sübut qismində heç bir mötəbər sənəd təqdim etməmiş, onun göstərdiyi hallar şahid ifadələri ilə təsdiq olunmamışdır. Həmçinin, ona dəymiş ziyanın nədən ibarət olduğunu ifadə edə bilməmişdir. Qarşılıqlı iddiaçıya ziyan dəyməsini təsdiq edən hər hansı bir mötəbər sübut sonuncu tərəfindən məhkəməyə təqdim edilmədiyindən və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddia tələbi həmin hissədə də əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 Cavabdeh2 qarşı «pul» tələbinə dair ilk iddiası əsassız olduğundan təmin edilməməlidir. İlk iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin, qarşılıqlı iddia qismən təmin edilərək Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekadan (girovdan) çıxarılması üçün İddiaçı1 əvəzinə “xxxx” ASC-nin Zaqatala filialına ödənilmiş 5000 (beş min) manat pul İddiaçı1 alınaraq Cavabdeh2 ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun 28.5 manatı qarşılıqlı iddiaçının özünə aid edilməklə, 1.5 manatı İddiaçı1 alınaraq Cavabdeh2 ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 «onun adından Cavabdeh1 Cavabdeh2 ilə Şəki rayon 2 saylı Notariat Kontorunda bağladığı xx xxxxxxx 2018-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi üzrə əmlakın satışı üçün müəyyənləşdirilmiş pul məbləğinin ödənilməmiş hissəsinin, yəni 15000 manat məbləğində pulun Cavabdeh2 alınıb ona verilməsi» tələbinə dair ilk iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekadan (girovdan) çıxarılması üçün İddiaçı1 əvəzinə “xxxx” ASC-nin Zaqatala filialına ödənilmiş 5000 (beş min) manat pul İddiaçı1 alınaraq Cavabdeh2 ödənilsin. Ödənilmiş dövlət rüsumunun 28.5 manatı qarşılıqlı iddiaçının özünə aid edilməklə, 1.5 manatı İddiaçı1 alınaraq Cavabdeh2 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-416/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-416/2021
16.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver