Məhkəmə qərarları › İş №2(075)-417/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-417/2021

13.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-417/2021 13.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X4, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh İBnə qarşı “borcun silinməsi” tələbinə dair ilk iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh İB-nin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən akt əsasında hesablanmış qaz sərfiyyatının və **********000010 abonent koduna vurulmuş 907,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh İB-nin nümayəndəsi X1 məhkəməyə elektron qaydada qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair ilkin iddia tələbinin rədd edilməsi, Cavabdeh İB-nin İddiaçı qarşı qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçı 907,10 manat əsas borcun, 30 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının, ümumilikdə 937,50 manat borcun tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(075)-417/2021 saylı qərardadına əsasən Cavabdeh İB-nin İddiaçı qarşı borcun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və qərardad qarşılıqlı iddia ərizəsinin surəti ilə birlikdə ilk iddia üzrə iddiaçıya rəsmən verilmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 iddianı müdafiə edərək göstərdi ki, iddiaçı, ünvan 1 ünvanında yaşayır. İddiaçı istifadə etdiyi təbii qazın dəyərini vaxtı-vaxtında poçt şöbəsinə ödəmişdir. Cavabdeh təşkilatın nümayəndələri xx xxxxxx 2021-ci tarixdə ******* nömrəli akt tərtib edərək aktda göstərilmişdir ki, sayğaca baxış keçirərən zaman sayğacın giriş hissəsində olan membranı hərəkətə gətirən qolların qarşısında məftil parçası aşkarlanmışdır, bu o deməkdir ki, sayğacdan keçən qazın sərfi qeydə alınmır. Cavabdeh təşkilatın nümayəndələri iddiaçının yaşlı olmasından sui istifadə edərək və onu aldadaraq akta onu imza etdirmişlər. Lakin iddiaçıya nəyə imza etməyini, imzanın hansı hüquqi nəticələr doğuracağı iddiaçıya izah edilməmişdir. Buna görə iddiaçı akta imza etməyin əsaslarını bilmədən həmin aktı imzalamışdır. Belə ki, cavabdeh təşkilat həyətindən təxminən 20 metr aralıda küçədə olan və sayğac hər hansı kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməmiş sayğaca baxış keçirərkən telefon vasitəsi ilə çəkiliş etmişlər. Həmin çəkilişdən də göründüyü ki, cavabdeh təşkilat sayğacın zavod plombunu necə açmaları çəkilişə düşməmişdir. Sadəcə sayğacı açaraq içərsindən məftil aşkar edildiyini nümayiş etdirmişlər. Göstərmişdir ki, iddiaçının 80 yaşı var. İddiaçı heç vaxt sayğacın içərisindən aşkar edilən metal naqilin sayğaca necə taxılmalı olmasını bilə bilməzdi. Hesab etmişdir ki, həmin metal naqili cavabdeh təşkilatın nümayəndələri özü sayğacın müvafiq hissəsinə keçirmişlər. Sadəcə cavabdeh təşkilatın işçiləri özləri bunu qəsədən etmişlər. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş həmin akt tamamilə qanunsuz və əsassızdır. Bundan sonra cavabdeh təşkilat əsassız və qanunsuz olaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə 907,20 manat məbləğində cərimə yazmışlar. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı, iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Göründüyü kimi cavabdeh təşkilatın nümayəndələri qanunsuz olaraq cərimə yazmışlar. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuş və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Bundan əlavə abonetin saldosundan da göründüyü kimi iddiaçının cavabdeh təşkilata 2020-ci ilin yanvar ayından 2020-ci ilin dekabr ayına kimi hər hansı borcu olmamış və vaxtı vaxtında ödəniş olunmuşdur. Sadəcə 2020-ci ilin dekabr ayına iddiaçıya 9072 kub metr qaz sərfi yazılmışdır. Cavabdeh təşkilatın nümayəndələri xx xxxxxx 2021-ci tarixdə ******* nömrəli aktda göstərmişlər ki, sayğaca baxış keçirən zaman sayğacın giriş hissəsində olan membranı hərəkətə gətirən qolların qarşısında məftil parçası aşkarlanmışdır, bu o deməkdir ki, sayğacdan keçən qazın sərfi qeydə alınmır.Yaşayış sahəsinə aid qaz sayğacı həyət divarından çöl tərəfdə təxminən 20 metr aralıda quraşdırılmışdır. Həmçinin sayğac hər hansı kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə istehlakçı cavabdehlik daşımır. Qanunvericiliyin tələbinə görə, qaz sayğacının kənar müdaxilələrdən mühafizəsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməli və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan suiistifadədir. Qarşılıqlı iddianı qəbul etmədiyini göstərmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabeh Cavabdeh İB-nin nümayəndəsi X5 məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı istehlakçı kimi qeydiyyatda olmaqla abonent bazasında qeydiyyatdadır və hazırda **********00010 saylı qaz hesabında 907,10 manat borc vardır. Həmin 907.10 manat dəymiş ziyana görə hesablanmış borc məbləğidir və iddiaçı tərəf də məhz həmin hissəni mübahisələndirməkdədir. Belə ki, "Cavabdeh" İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx xxxxxx 2021-ci ildə Şəki XS üzrə istehlakçı kimi qeydiyyatda olan xx.xx.1941-ci il təvəllüdlü Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 11/4-də yaşayan İddiaçı ünvanında quraşdırılmış G-4 markalı 10571004 saylı sayğaca video çəkilişlə və abonentin iştirakı ilə baxış keçirilmişdir. Video çəkilişlə baxışda vətəndaşın iştirakı ilə sayğac açılmış və sayğacın giriş borusunda membranı hərəkətə gətirən qolların hərəkətini məhdudlaşıdırılması və bu üsul ilə faktiki qaz sərfiyatnı qeydə alınmasının dayandırılması məqsədilə dəmir məftil aşkar edilmişdir. Çəkilişdən də göründüyü kimi sayğaca kənar müdaxilənin edilməməsi məqsədilə müəssisə tərəfindən xx.xx.2020-ci ildə vurulmuş 10529708 saylı plomb onun üzərində aşkar edilməmişdir. Aşkar edilmiş nöqsana görə qaz sayğacı şəbəkədən açılaraq yeni **********5 nömrəli qaz sayğacı ilə əvəzlənmiş və çıxarılmış qaz sayğacı müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Vizual müşahidə edilən müdaxilə halı mövcud olduğundan istehlakçının iştirakı ilə mənzilində istismarda olan qaz cihazların inventarizasiyası aparılmaqla qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsinə əsasən 9072 m3 (və ya 907.20 manat) həcmində müəyyən edilmişdir. İddiaçı ünvanında qazdan istifadə qaydalarının pozulması faktı ilə bağlı tərtib edilmiş aktlar istehlakçı tərəfindən şəxsən imzalanmaqla təsdiq edilmişdir. Abonent saldosundan da göründüyü kimi həmin ünvanda uzun müddətdir yaşayış olmasına, həmçinin mənzildə 1 ədəd PQ4 və 1 ədəd Kombi istismarda olmasına və hazırda qış mövsümü ilə əlaqədar havaların soyuq keçməsinə baxmayaraq sayğac faktiki qaz sərfini qeydə almamış və ya az qeydiyyat aparmışdır. Nəticə etibarilə qazdan bu şəkildə qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsdən irəli gəlir. Odur ki, iddianın rədd edilməsi və qarşılıqlı iddianən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2012-ci il tarixli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə Cavabdeh ilə qazın alqı-satqısı ilə bağlı müqavilə bağlamışdır. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx xxx 2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elestr” tipli G4 markalı 10571004 nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Elestr” tipli G4 markalı 10571004 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Aktda qeyd edilmişdir ki, sayğacın və plombun toxunulmazlığına cavabdeh şəxs İddiaçıdur. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxx 2021-ci il il tarixli ******* saylı aktın təsdiq edilmiş surətindən görünür ki, sayğaca baxış keçirən zaman sayğacın giriş hissəsində olan membranı hərəkətə gətirən qolların arasında məftil parçası aşkarlanmışdır. Bu o deməkdir ki, sayğacdan keçən qazın sərfi qeydə alınmır. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı Şəki şəhəri, Rəsulzadə küçəsində yerləşən evində qaz işlədicilərindən PQ-4-nin maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün: 28-kv kombinin maksimal saatlıq qaz sərfi 3 m3/ saat orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 9072 m3 müəyyən edilərək onun dəyəri olan 907,20 manat məbləğdə ziyan (9072 m3 x 0.10 man = 907,20 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X6 fialalı tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında ptotokol əsasında qəbul edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında qaz sayğacına müdaxilə etməklə təbii qazın talanması nəticəsində 1296 manat ziyan vurduğuna görə İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. İş materialına əlavə edilmiş iddiaçının ünvanında yerləşən sayğaca keçirilən baxış zamanı lentə alınmış CD diskdən görünür ki, sayğacın giriş hissəsində olan membranı hərəkətə gətirən qolların arasında məftil parçası aşkarlanmışdır. Mülki iş materiallarını araşdırıb iddiaçının nümayəndəsinin izahatını dinləyib, qarşılıqlı iddia ərizəsini, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, ilk iddia əsassızdır və Cavabdeh qarşılıqlı iddiası isə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 6.5-ci bənidnə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olanqanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Tərəflər arasında bağlanılmış müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Həmin qaydaların 4-cü bənində əsasən, istehlakçılar tərəfindən sayğaca və plomblara hər hansı bir müdaxilə edilməklə qazdan istifadə qaydalarının pozulmasına yol verilməsi aşkar edildikdə qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı istehlakçı kimi qeydiyyatda olmaqla abonent bazasında qeydiyyatdadır və hazırda **********00010 saylı kod altında qeydiyyatdadır. İşdə olan Diskə baxış zamanı aydın olmuşdur ki, sayğacın giriş borusunda membranı hərəkətə gətirən qolların hərəkətini məhdudlaşıdırılması və bu üsul ilə faktiki qaz sərfiyatını qeydə alınmasını dayandırılması məqsədilə sayğaca dəmir məftil taxıldığı müəyyən olunmuşdur. Bunun nəticəsində nəticəsində itirilmiş qaz sərfiyyatı kimi 907,20 manat müəyyən edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 məhkəmə iclasında cavabdeh tərəfindən məhkəməyə təqdim edilən CD disk baxış keçirilərkən, çəkilişdəki sayğacın iddiaçıya məxsus olduğunu, görüntülərdə əksini tapan evin və həyətin də iddiaçıya aid olduğunu bildirmişdir. Lakin metal məftilin sayğacın içərisinə cavabdeh təşkilatın özü tərəfindən qoyulduğunu iddia etmişdir. CD disk məhkəmə iclasında nümayiş etdirilmiş və müəyyən edilmişdir ki, həmin vaxt giriş borusunda membranı hərəkətə gətirən qolların hərəkətini məhdudlaşıdırılması və bu üsul ilə faktiki qaz sərfiyatını qeydə alınmasını dayandırılması məqsədilə dəmir məftil aşkar edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı abonent faktiki qaz sərfiyatını qeydə alınmasını dayandırmaqla qanunsuz olaraq qazdan istifadə etmişdir. Həmçinin işdə olan Abonentin saldosuna nəzər sadıqda aydın olur ki, son iki il ərizində abonentin sayğacı 6 dəfə dəyişdirilmişdir. Belə ki, həmin ünvana xx.xx.2018-ci (akt-3063775), xx.xx.2018-ci (akt-3103959), xx.xx.2019-cu (akt-3438234), xx.xx.2019-cu (akt-3590579), xx.xx.2020-ci (akt-3887082) və xx.xx.2021-ci (akt-0007809)il tarixlərində yeni sayğac qoyulmuşdur. Saldoya nəzər saldıqda məlum olur ki, hər sayğac dəyişikliyi edildikdə ilk günlərdə sayğac daha çox qaz sərfiyyatı qeydə almış, zaman keçdikcə sərfiyyat azalmışdır. Bu halın özü də onu deməyə əsas verir ki, iddiaçı qazdan qeyriqanuni istifadə etmişdir. Şərh edilənlərə əsasən, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilərək, cavabdeh İddiaçı 907,10 manat əsas borc, 30 manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı, ümumilikdə 937,50 manat borc tutularaq Cavabdeh İB-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217, 219-220, 227 və 233-cü maddələrin tələblərini rəhbər tutub məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı akt əsasında hesablanmış qaz sərfiyyatının və **********000010 abonent koduna vurulmuş 907,20 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı 907,10 manat əsas borc, 30 manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı, ümumilikdə 937,50 manat borc tutularaq Cavabdeh hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar