Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-426/2025 26.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 25 yanvar 1984-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsi həll olunan şəxs X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, X8 onun həyat yoldaşı olmaqla birlikdə ünvan 3 ünvanında yaşamışlar. Həyat yoldaşı birinci dərəcəli əlil, əmək qabiliyyətsiz və kənar şəxsin qulluğuna ehtiyacı olan, toksiki ensefalopatiya, ağır toksik-hipoksik ensefalopatiyadan sonrakı vegetativ vəziyyət, apalik sindromu diaqnozlu şəxsdir. X8 yataq şəraitində olduğundan, fəaliyyət qabiliyyətli olmaması səbəbindən özünü idarə edə bilmədiyindən həyat yoldaşına o, özü baxmışdır. X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zərurət mövcuddur, o, həyat yoldaşının qəyyumu təyin edilmək istəyir, buna görə də, X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olduğundan hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində qeyd etdikləri məzmunda izahat verərək göstərdi ki, X8 onun həyat yoldaşıdır. Həyat yoldaşı uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkmiş, getdikcə xəstəliyi ağırlaşmış, əvvəllər yataqdan qaxmasa da qüsurlu danışığı ilə fikrini izah edirdisədə, artıq danışığını da itirmişdir. Həyat yoldaşının həmişə qulluğunda olmuş, baxıb qulluq etmiş, hazırda da qulluğunda dayanmışdır. Pensiyasının alınması, bunun üçün həyat yoldaşının yerinə sənədləşmə aparılması, hüquqi işlərin görülməsindən ötrü qəyyumun təyin edilməsinə ehtiyac, zərurət yaranmışdır ki, buna görə də Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin ona X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Ona görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. O, X8 xəstə olduğundan ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək, ərizə və iş materialları ilə tanış olduğunu, ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan; Qax rayon Ağyazı kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, AZ-T 013432 №li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X8 29 sentyabr 2009-cu ildə evlənmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2009-cuildə 7 № ilə qeyd edilmişdir. Evləndikdən sonra ərə Rəhimov, arvada Rəhimova soyadı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 1091 saylı rəyindən görünür ki, 25 yanvar 1984-cü il təvəllüdlü X4 demensiya (ağıl zəifliyi) psixi xəstəliyi müəyyən edilir. X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları süurlu idarə etmək iqtidarına malik deyil. X6 fəaliyyət qabiliyyati olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 25 yanvar 1984-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinənin verilməsi haqqında xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X8 İ dərəcə əlildir və başqasının qulluğuna ehtiyacı var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X8 İ dərəcə əlildir və başqasının qulluğuna ehtiyacı var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Göründüyü kimi X4 demensiya (ağıl zəifliyi) psixi xəstəliyi müəyyən edilir. X3 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinində müvafiq rəyi vardır. Ərizəçi X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 25 yanvar 1984-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 25 yanvar 1984-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №2(075)-426/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-426/2025
26.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver